Hava məkanı məhdudiyyətləri Mərkəzi Asiya ilə Rusiya arasında uçuşlara təsir edib
Mərkəzi Asiya ilə Rusiya arasında aviareyslər Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər fonunda pozulub. Bəzi təyyarələr istiqamətini...
Cənubi Afrikanın hüquq müdafiəçiləri və təbiəti mühafizə təşkilatları “Navitas Petroleum” şirkətinin böyük dəniz neft blokunda pay almasına qarşı çıxıblar. Onlar şirkətin İsraillə əlaqələrini, Qəzzadakı müharibəni və ətraf mühit risklərini əsas gətiriblər.
Məlumatlara görə, “Navitas” may ayında Cənubi Afrikanın qərb sahillərində yerləşən neft blokunun 37,5 faizini almaq üçün müraciət edib.
İsrailə qarşı boykot və sanksiyaları dəstəkləyən BDS (Boykot, Təcrid və Sanksiyalar) Koalisiyası və bir neçə ətraf mühit təşkilatı nazir Qvede Mantaşeyə məktub göndərib. Onlar şirkətlə razılaşmanın Cənubi Afrikanın İsrail və Fələstinlə bağlı mövqeyinə zidd olduğunu bildiriblər.
Təşkilatlar hesab edir ki, “Navitas”ın Cənubi Afrikanın strateji neft ehtiyatlarına çıxışı İsrail investorlarına və maliyyə qurumlarına gəlir gətirə bilər.
Etirazçılar hökuməti şirkətin bu layihədə iştirakına icazə verməməyə çağırıblar. Onlar İsrailə məxsus enerji şirkətinin Cənubi Afrika sahillərində fəaliyyət göstərməsinə qarşı olduqlarını və bunun ölkənin Qəzzadakı müharibə ilə bağlı mövqeyinə zidd olduğu qeyd ediblər.
Cənubi Afrika Qəzzadakı müharibəyə görə İsraili sərt tənqid edir. Ölkə 2023-cü ilin dekabrında İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırıb. İsrail Soyqırımı Konvensiyasını pozmaqda ittiham olunur. Rəsmi Təl-Əviv bu ittihamı rədd edir.
Fəallar dənizdə yeni neft layihələrinə də qarşı çıxırlar. Onlar bu layihələrin iqlim dəyişikliyini sürətləndirə biləcəyini bildirirlər. Layihələrin dəniz təbiətinə və sahilyanı icmalara uzunmüddətli zərər verə biləcəyi də qeyd olunur.
Cənubi Afrika və Namibiya sahilləri boyunca uzanan ərazidə son illərdə böyük neft və qaz ehtiyatları aşkarlanıb. Buna görə bölgədə axtarış işləri genişlənib.
Prezident Siril Ramafoza ötən ay bu ərazini dünyanın ən perspektivli yeni enerji bölgələrindən biri adlandırıb.
Cənubi Afrikada dənizdə aparılan neft və qaz axtarışlarına etirazlar artır. Ötən həftə Konstitusiya Məhkəməsi “Shell” şirkətinin ekoloji baxımdan həssas “Wild Coast” sahillərində axtarışları davam etdirməsinə icazə verməyib.
Qərar ətraf mühit təşkilatları və yerli icmaların uzun illər davam edən hüquqi mübarizəsindən sonra verilib. Onlar seysmik tədqiqatların ətraf mühitə zərər verə biləcəyini bildiriblər.
İran Səhiyyə Nazirliyi bildirib ki, avqustun 30-dan sentyabrın 2-dək ABŞ-nin həyata keçirdiyi hava zərbələri nəticəsində azı 18 nəfər ölüb, 142 nəfər yaralanıb.
Üç yüksəkvəzifəli iranlı mənbənin sözlərinə görə, ABŞ-nin neft blokadası və sanksiyalar vasitəsilə İran iqtisadiyyatına təzyiq göstərmək səyləri Tehran üçün getdikcə daha çətin vəziyyət yaradır. Vaşinqton gələcək danışıqlarda güzəştlər əldə etmək məqsədilə təzyiqləri artırır.
Rusiyanın TASS xəbər agentliyi anonim mənbəyə istinadən xəbər verir ki, ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner həftəsonu əvvəlcə Rusiyaya, daha sonra Ukraynaya səfər edəcəklər. Ukrayna Prezidenti Volodimir Zelenski də ABŞ elçilərinin hər iki ölkənin paytaxtına səfər edəcəyini bildirib.
Günə AnewZ-un səhər xülasəsi ilə məlumatlı başlayın. Sentyabrın 4-ü üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
Günə AnewZ-un səhər xülasəsi ilə məlumatlı başlayın. Sentyabrın 3-ü üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
ABŞ ölkənin 250 illik yubileyi münasibətilə Prezident Donald Trampın portreti olan xüsusi 1 dollarlıq sikkə buraxır.
Almaniyanın avtomobil istehsalçısı “Volkswagen”in Müşahidə Şurası 2030-cu ilədək 100 min iş yerinin ixtisarını nəzərdə tutan genişmiqyaslı yenidənqurma planını təsdiqləyib. Şirkət bu addımı satışların zəifləməsi, mənfəətin azalması və qlobal rəqabətin güclənməsi fonunda atır.
Naurunun etirazına baxmayaraq, Sakit Okean adaları ölkələrinin liderləri Çinin raket sınağı ilə bağlı narahatlıqları ifadə ediblər. Sakit Okean Adaları Forumunun illik sammitində liderlər Çinin regionda keçirdiyi raket sınağı ilə bağlı narahatlıqlarını bildiriblər.
“Saudel” tayfunu Çinin cənubundakı Fucien və Quandun əyalətlərində genişmiqyaslı daşqınlara səbəb olub. Daşqın avtomobilləri aparıb və üçmərtəbəli binanın uçması ilə nəticələnib.
Günə AnewZ-un səhər xülasəsi ilə məlumatlı başlayın. Sentyabrın 4-ü üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın