Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Konqo Demokratik Respublikası ölkə tarixinin ən ağır Ebola epidemiyası ilə mübarizə çərçivəsində peyvənd kampaniyasına başlayıb. İlk olaraq virusla mübarizədə ön sırada olan şəxslər peyvənd olunurlar.
Peyvəndləmə kampaniyasına Tshopo əyalətinin paytaxtı Kisanganidə start verilib. Bu bölgə Ebola epidemiyasının yayıldığı ərazilərdən biridir.
İlkin mərhələdə xəstələrə xidmət göstərən tibb işçiləri və yoluxma hallarının izlənməsində iştirak edən mütəxəssislər peyvənd olunurlar. Çünki onlar virusa yoluxma riski ən yüksək olan qruplar arasındadırlar.
Konqo hakimiyyəti əvvəlki Ebola epidemiyalarında effektivliyi sübut edilmiş Ervebo peyvəndini tətbiq edir. Lakin hazırkı epidemiya Bundibugyo ştamından qaynaqlanır və bu ştama qarşı hələ təsdiqlənmiş peyvənd yoxdur.
Hazırkı Ebola epidemiyası Konqo Demokratik Respublikasının üzləşdiyi ən ciddi epidemiyalardan birinə çevrilib.
Rəsmi məlumatlara görə, 5 700-dən çox yoluxma qeydə alınıb, ölənlərin sayı isə 2 700 nəfəri keçib. Epidemiya əsasən ölkənin şərqində yerləşən İturi əyalətində yayılıb, lakin yoluxma halları digər ərazilərdə də qeydə alınıb.
Səhiyyə rəsmiləri bildirirlər ki, bu epidemiyanın miqyası və ölüm göstəriciləri əvvəlki Ebola epidemiyalarından daha yüksəkdir.
Yoluxma hallarının artması onsuz da çətin vəziyyətdə olan səhiyyə sisteminə əlavə yük yaradır. Xüsusilə ucqar bölgələrdə tibbi xidmətlərə çıxış məhduddur.
Beynəlxalq tərəfdaşlar Bundibugyo ştamına qarşı peyvəndin hazırlanması ilə bağlı araşdırmaları sürətləndirirlər.
Epidemiyaya Hazırlıq İnnovasiyaları Koalisiyası Misirin “Minapharm Group” şirkətinə bu ştama uyğun peyvəndin insanlar üzərində klinik sınaqlardan keçirilməsi üçün maliyyə dəstəyi ayırıb.
Ekspertlər bildirirlər ki, peyvəndləmə tibb işçilərinin qorunması üçün mühüm addımdır. Lakin epidemiyanın qarşısını almaq üçün yalnız peyvəndləmə tədbirləri kifayət etmir.
Yoluxma hallarının vaxtında aşkarlanması, müalicə, yoluxmuş şəxslərlə təmasda olanların izlənməsi və icmalarla əməkdaşlıq da mübarizədə əsas rol oynayır.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin müəyyənləşdirilməsi üçün süni intellektə əsaslanan yeni proqram təminatını təqdim etməyə hazırlaşır.
ABŞ-nin xüsusi nümayəndəsi Cared Kuşner bildirib ki, Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin müəyyən şərtlər daxilində sülh sazişi bağlamağa hazır olduğuna inanır. O, bu açıqlamanı Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə başlayan ikigünlük danışıqlar zamanı verib.
Bolqarıstanın şərqində qatı duman səbəbindən magistral yolun hər iki istiqamətində onlarla avtomobilin toqquşması nəticəsində azı 12 nəfər həlak olub, 46 nəfər yaralanıb. Qəza noyabrın 10-da baş verib.
ABŞ Prezidenti Donald Tramp Fars körfəzi ölkələrinin müraciətindən sonra İrana yeni zərbələri hələlik təxirə salacağını bildirib. Onun sözlərinə görə, ABŞ-nin Hörmüz boğazındakı dəniz blokadası qüvvədə qalacaq.
ABŞ ordusu İranla əlaqəli olduğu bildirilən təhdidə görə Birləşmiş Krallıqdakı ikinci hərbi hava bazasından da təyyarələrini başqa yerlərə köçürüb. Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın