canlı Rusiyanın Ukraynaya zərbələri və qatara PUA hücumu etiraz doğurub
Rusiyanın həftəsonu Ukraynaya endirdiyi zərbələr beynəlxalq reaksiyalara səbəb olub. Hücumlar zamanı Ukrayna–Polşa sərhədi yaxınlığında sərnişin...
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanın Kiyev vilayətinə gecə saatlarında endirdiyi zərbələr nəticəsində 37 nəfər həlak olub. Onun sözlərinə görə, Kiyev demək olar, fasiləsiz dron hücumlarına məruz qalır.
Ukraynanın Kiyev vilayətinin Mila qəsəbəsində anbara endirilən Rusiya dron zərbəsi güclü partlayışa səbəb olub. Nəticədə azı 37 nəfər həlak olub.
Kiyev və ətraf ərazilərə hücumların üçüncü günündə baş verən bu hadisə son ayların ən çox insan tələfatına səbəb olan zərbələrindən biri hesab olunur.
Rusiyanın dron zərbəsi nəticəsində dağılan evlər. Mila, Ukrayna, 29 avqust 2026-cı il.
Valentina dron zərbəsi nəticəsində zədələnən evini təmizləyir. Mila, Ukrayna, 29 avqust 2026-cı il.
Rusiyanın dron zərbəsi nəticəsində dağılan evlər. Mila, Ukrayna, 29 avqust 2026-cı il.
Polis ekspertləri Rusiya dron zərbəsinin endirildiyi ərazidə işləyirlər. Mila, Ukrayna, 29 avqust 2026-cı il.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Avropa İttifaqının bəyanatları qurumun Rusiyanı rəqib, hətta düşmən kimi gördüyünü göstərir.
Onun sözlərinə görə, hazırda Rusiya ilə Aİ arasında münasibətlərin yaxşılaşması üçün heç bir perspektiv görünmür.
Peskov hansı bəyanatları nəzərdə tutduğunu açıqlamayıb. O bildirib ki, Aİ-nin hazırkı siyasətçiləri Rusiyaya qarşı sərt mövqelərini yalnız bəyanatlarla deyil, atdıqları addımlarla da nümayiş etdirirlər.
“Onlar Avropanın hərbi imkanlarını səfərbər edərək Rusiyaya qarşı yönəldirlər. Eyni zamanda, bizə qarşı hərbi əməliyyatlarda birbaşa iştirak edirlər”, – Peskov bildirib.
Rusiyanın dron hücumundan sonra təxliyə olunan sakinlər. Dmitrovka, Ukrayna, 29 avqust 2026-cı il.
Təxliyə olunan qadın və oğlu. Dmitrovka, Ukrayna, 29 avqust 2026-cı il.
İnsanlar müvəqqəti yardım məntəqəsində dincəlirlər. Dmitrovka, Ukrayna, 29 avqust 2026-cı il.
Bir gün əvvəl təxliyə olunan sakinlər. Dmitrovka, Ukrayna, 29 avqust 2026-cı il.
Ukrayna gecə saatlarında endirdiyi zərbələr zamanı Rusiyanın dron idarəetmə məntəqəsini vurub. Bu barədə Ukrayna Baş Qərargahı “Telegram”da məlumat yayıb.
Baş Qərargahın məlumatına görə, Ukrayna ordusu Donetskdə, həmçinin Krım yarımadasında yerləşən hədəflərə zərbələr endirib.
ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutu (ISW) bildirib ki, Rusiya Müdafiə Nazirliyi vətəndaşların şəxsi və tibbi məlumatlarına çıxışını genişləndirməyi planlaşdırır. Bu addım sentyabrda keçiriləcək parlament seçkilərindən sonra məcburi səfərbərlik ehtimalı ilə bağlı xəbərlərin yayıldığı bir vaxta təsadüf edir.
Avqustun 28-də dərc olunan qanun dəyişikliyi layihəsi Müdafiə Nazirliyinə vətəndaşların müəyyən hərbi vəzifələrə uyğunluğunu qiymətləndirmək üçün dövlət qurumlarından və şirkətlərdən məlumat almaq imkanı verəcək.
Nazirlik gəlir, iş yeri, təhsil, əlillik, bank və tibbi sənədlər də daxil olmaqla şəxsi məlumatlara çıxış əldə edə biləcək.
Rusiyanın Moldovadakı səfiri Oleq Ozerov Kişinyovun Rusiya dronlarının Moldova hava məkanını dəfələrlə pozması ilə bağlı iddialarını rədd edərək onları əsassız adlandırıb.
Ozerov Rusiyanın “TASS” xəbər agentliyinə müsahibəsində bildirib ki, zəif təşkil olunmuş təxribatlara bənzəyən bu insidentlər ekspertlər və ictimaiyyət arasında istehza ilə qarşılanır.
Moldovanın Müdafiə Nazirliyi isə Ukraynaya hücumlar zamanı beş dronun icazəsiz şəkildə ölkənin hava məkanına daxil olduğunu açıqlayıb.
Moldova Prezidenti Maya Sandu bunu ölkəni qorxutmaq cəhdi kimi qiymətləndirib. Moldova ordusunun məlumatına görə, Ukraynaya qarşı müharibə başlayandan indiyədək Rusiya dronları ölkənin hava məkanına təxminən 70 dəfə daxil olub.
Ukraynanın “LIGA.net” nəşri Ukrayna Prezident aparatı rəhbərinin müavini Pavel Palisanın jurnalistlər üçün keçirdiyi qapalı brifinqə istinadən bildirib ki, Rusiya ölkənin şimalında hücum planlaşdırır. Kiyev və Çerniqov mümkün hücum hədəfləri sırasında göstərilir.
Palisanın sözlərinə görə, bir neçə mənbədən əldə olunan kəşfiyyat məlumatları göstərir ki, Rusiya hərbi rəhbərliyinə Ukraynanın şimalında mümkün əməliyyatlar üçün bir neçə variant hazırlamaq tapşırılıb.
O əlavə edib ki, hazırda həmin ərazilərdə Rusiyanın hücum qüvvələrinin cəmləşməsi müşahidə edilmir.
Ukrayna Prezident aparatı rəhbərinin müavini Pavel Palisa Vaşinqtonda Ukrayna səfirliyində keçirilən brifinqində. ABŞ, 4 iyun 2025-ci il.
Velosipedçi Kiyevdə Rusiyanın dron zərbəsinin endirildiyi ərazidən keçir. Ukrayna, 29 avqust 2026-cı il.
Kiyev vilayətində Rusiyanın dron zərbəsindən sonra yaşayış ərazisindən tüstü qalxır. Ukrayna, 29 avqust 2026-cı il.
Sakinlər Kiyevdə Rusiyanın dron zərbəsinin endirildiyi ərazidən keçirlər. Ukrayna, 29 avqust 2026-cı il.
Rusiyanın Müdafiə Nazirliyi Ukraynada üç kəndin ələ keçirildiyini bildirib. Bu barədə “TASS” agentliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, Rusiya qüvvələri Sumı vilayətində Xrapovşina, Donetsk vilayətində isə Novoandreyevka və Rubijnye kəndlərini ələ keçirib.
Belarus Prezidenti Aleksandr Lukaşenko avqustun 29-da Rusiya Prezidenti Vladimir Putinlə görüşür. Tərəflərin ikitərəfli əməkdaşlıq, təhlükəsizlik və aktual beynəlxalq məsələləri müzakirə edəcəyi bildirilir.
Görüş Lukaşenkonun bir gün əvvəl Rusiyanın Baş naziri Mixail Mişustinlə apardığı danışıqlardan və Rusiya Baş nazirinin birinci müavini Denis Manturovun Minskə səfərindən sonra baş tutur.
Görüş regionda gərginliyin artdığı bir vaxta təsadüf edir. Məlumatlara görə, avqustun 25-də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff əvvəlcədən elan olunmayan səfərlə Moskvaya gedib. Bildirilir ki, səfər zamanı rəsmi Vaşinqton Ukraynanı Moskvaya zərbələri dayandırmağa çağırıb.
Putin Moskvada keçirilən hərbi paraddan əvvəl Lukaşenkonu qarşılayır. Rusiya, 9 may 2026-cı il.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev yaxınlığındakı Mila kəndində Rusiyanın anbara dron zərbəsindən sonra baş verən ikinci partlayış nəticəsində yaşlı və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisəsi zədələnib.
Zelenskinin sözlərinə görə, Kiyev demək olar, fasiləsiz dron hücumlarına məruz qalır. O bildirib ki, gecə saatlarında 260-dan çox dronla Ukraynanın bir sıra digər regionlarına da hücum edilib.
Kiyev vilayətinə gecə saatlarında endirilən zərbə nəticəsində azı 27 nəfər həlak olub, 42 nəfər yaralanıb. Bu barədə Kiyev Vilayət Administrasiyasının rəhbəri Teymur Tkaçenko “Telegram”da məlumat verib.
Onun sözlərinə görə, zərbənin endirildiyi Buça rayonundan 381 nəfər təxliyə edilib.
Ukraynanın Rusiyanın qərbindəki Belqorod vilayətinə hücumları nəticəsində üç nəfər həlak olub, 14 nəfər yaralanıb. Bu barədə vilayətin qubernator əvəzi Aleksandr Şuvayev “Telegram”da məlumat verib.
Onun sözlərinə görə, Ukrayna artilleriya, aviasiya, raket və dronlardan istifadə etməklə regiona yeddi hücum həyata keçirib.
Rusiyanın “TASS” xəbər agentliyi Müdafiə Nazirliyinə istinadən bildirib ki, gecə saatlarında ölkə ərazisi, eləcə də Azov və Qara dəniz üzərində Ukraynaya məxsus 313 dron zərərsizləşdirilib.
Ukraynanın Rostov vilayətinə gecə saatlarında endirdiyi zərbələr nəticəsində ikisi uşaq olmaqla, yeddi nəfər yaralanıb. Bu barədə vilayətin qubernatoru Yuri Slyusar məlumat verib.
Onun sözlərinə görə, Rostov-na-Donu şəhərində dron qalıqlarının düşməsi nəticəsində iki çoxmərtəbəli yaşayış binasına ziyan dəyib.
“Anbarda pilotsuz uçuş aparatının qalıqları aşkarlanıb”, – Slyusar “Telegram”da bildirib. Qubernator anbarın kimə məxsus olduğunu açıqlamayıb.
Rusiyanın “Ozon” pərakəndə satış şirkətinin istifadə etdiyi anbara gecə saatlarında dronla hücum edilib və nəticədə yanğın baş verib. Şirkət bu barədə “Telegram”da məlumat yayıb.
“Ozon”un məlumatına görə, Rostovda yerləşən anbara zərbə endirilməzdən əvvəl bütün əməkdaşlar təxliyə edilib, yanğın isə dərhal söndürülüb.
Həmçinin şirkətdən bildirilib ki, fövqəladə xidmətlərin əraziyə baxış keçirməsi və təhlükəsizliyi yoxlaması üçün obyektdə fəaliyyət müvəqqəti dayandırılıb.
“Ukrayna Dəmir Yolları” bildirib ki, sentyabrın 13-də Kiyev–Varşava qatarı Polşa sərhədi yaxınlığında vurulub. Xəsarət alan olmayıb. Dəmir yolu şəbəkəsinə hücumlar ikinci gündür davam edir.
Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin məlumatına görə, sentyabrın 13-də Hörmüz boğazında gəmiyə hücum edilib. Hadisə Səudiyyə Ərəbistanının bir gün əvvəl mühüm neft kəmərini dayandırmasından sonra enerji təchizatı ilə bağlı narahatlıqları artırıb.
ABŞ Prezidenti Donald Tramp Şimali İrlandiyanın İrlandiya ilə birləşməsini görmək istədiyini bildirib. Onun Dublində səsləndirdiyi fikirlər Şimali İrlandiyadakı unionistlərin sərt reaksiyasına səbəb olub.
Səudiyyə Ərəbistanı dini turizmlə yanaşı, istirahət məqsədilə ölkəyə gələn xarici turistlər üçün də imkanlarını genişləndirir. Ər-Riyad, Əl-Ula və Dəriyyə tarixi məkanları və yeni turizm layihələri ilə getdikcə daha çox ziyarətçi cəlb edir.
Rusiya Müdafiə Nazirliyi qüvvələrinin gecə saatlarında Ukraynanın Qara dəniz sahilində yerləşən Çornomorsk limanında iki yük gəmisini vurduğunu bildirib. Bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.
İsveçdə mərkəz-sol blok müxalifət gərgin keçən seçkidə cüzi fərqlə önə keçib. Seçkinin nəticəsi ölkənin miqrasiya siyasətinə və ifrat sağ qüvvələrə münasibətinə təsir göstərə bilər.
Rusiyanın həftəsonu Ukraynaya endirdiyi zərbələr beynəlxalq reaksiyalara səbəb olub. Hücumlar zamanı Ukrayna–Polşa sərhədi yaxınlığında sərnişin qatarının lokomotivi pilotsuz uçuş aparatı (PUA) ilə vurulub. Ukrayna mülki və mühüm infrastruktura ziyan dəydiyini bildirib.
ABŞ Mərkəzi Komandanlığı bildirib ki, Hörmüz boğazında 101 ticarət gəmisinin marşrutu dəyişdirilib. Regionda yeni hücumlar və tədarüklə bağlı narahatlıqlar fonunda neft qiymətləri 2 faizdən çox artıb.
İndoneziyalı xilasedicilər pis hava şəraitinə baxmayaraq, Yava dənizində batan gəmidə olan 130 nəfərin axtarışını davam etdirirlər. Ölkənin axtarış-xilasetmə agentliyinin məlumatına görə, gəmidə ümumilikdə 243 nəfər olub.
Çin Xalq Respublikasının Sədri Si Cinpin bildirib ki, Çin BRICS ölkələri arasında iri dil modellərinin hazırlanması və tətbiqi sahəsində əməkdaşlığı gücləndirmək üçün açıq mənbə platformasının yaradılmasına rəhbərlik edəcək.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın