Şimali Kipr sahillərində 267 nəfəri daşıyan qayığın batması nəticəsində yeddi nəfər ölüb

Şimali Kipr sahillərində 267 nəfəri daşıyan qayığın batması nəticəsində yeddi nəfər ölüb
Qayıq batdıqdan sonra sağ qalanlar sahilə çıxarılır. Girnə, Şimali Kipr, 30 avqust 2026-cı il.
Reuters

Şimali Kipr sahillərində 267 nəfər daşıyan qayığın batması nəticəsində yeddi nəfər ölüb, 23 nəfər itkin düşüb. Bu barədə Şimali Kipr rəsmiləri məlumat verib.

Şimali Kiprin nəqliyyat naziri Erhan Arıklı bildirib ki, gəmidə 259 sərnişin və səkkiz heyət üzvü olub.

Hadisə zamanı qayıq Türkiyənin Mersin vilayətində yerləşən Taşucu limanına doğru hərəkət edirmiş.

Xilasetmə qayıqları batmış qayığın sərnişinlərini sahilə çıxarır. Şimali Kipr, 30 avqust 2026-cı il.
Reuters
Xilasetmə əməliyyatı davam edir

Sahil mühafizəsi və özəl gəmilərin iştirakı ilə aparılan xilasetmə işləri davam edir.

Xilasetmə qayıqları batmış qayığın sərnişinlərini sahilə çıxarır. Şimali Kipr, 30 avqust 2026-cı il.
Reuters

Xilas edilən sərnişinlər tibbi müayinə üçün Girnə limanına aparılıb. Ehtiyac yaranarsa, onlar xəstəxanaya yerləşdiriləcək.

Helikopter qayıq batdıqdan onra dənizdən xilas edilən sağ qalanları sahilə çıxarır. Girnə yaxınlığı, Şimali Kipr, 30 avqust 2026-cı il.
Reuters

Hadisənin səbəbi hələlik məlum deyil.

Teqlər