Hava məkanı məhdudiyyətləri Mərkəzi Asiya ilə Rusiya arasında uçuşlara təsir edib
Mərkəzi Asiya ilə Rusiya arasında aviareyslər Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər fonunda pozulub. Bəzi təyyarələr istiqamətini...
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Rəsmi Tehran müharibə istəmir, lakin hücumlara sərt cavab verəcək.
Pezeşkian bu açıqlamanı 2026-cı il Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün Qırğızıstanın paytaxtı Bişkekə yola düşməzdən əvvəl verib.
Onun səfərindən bir neçə saat əvvəl İran və ABŞ orduları həftələr sonra ilk dəfə yenidən qarşılıqlı zərbələr endirib. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) avqustun 31-də bildirib ki, Hörmüz boğazındakı Larak adasına hücuma cavab olaraq İordaniyadakı iki ABŞ hərbi bazasını hədəfə alıb.

İran Prezidenti Məsud Pezeşkian Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Bişkekə gəlib. 31 avqust 2026-cı il.
İran Silahlı Qüvvələrinin xəbərlərini yayımlayan “Defa Press” portalı ABŞ-yə məxsus “MQ-9” hərbi PUA-sının avqustun 31-də səhər saatlarında vurulduğunu açıqlayıb.
SEPAH bildirib ki, Hörmüz boğazından keçən və qaydaları pozduğu iddia edilən supertanker iki dəniz minasına toxunduqdan sonra yanıb.
İran Xarici İşlər Nazirliyi ABŞ-nin zərbələrini pisləyib və bildirib ki, Tehran özünümüdafiə hüququ çərçivəsində ABŞ bazalarını hədəfə ala bilər.
İranın məlumatına görə, Larak adasına hücum İordaniyadakı ABŞ bazalarından həyata keçirilib və Tehran cavab olaraq həmin bazaları vurub.
İran BMT Təhlükəsizlik Şurasını və təşkilatın Baş katibini ABŞ-nin hücumlarını pisləməyə çağırıb.
Gərginliyin artdığı bir vaxtda İran dövlət mediası ordunun kamikadze PUA-larla BƏƏ-dəki Əl-Minhad aviabazasında ABŞ qüvvələrinə məxsus obyektləri hədəfə aldığını bildirib.
İran Səhiyyə Nazirliyi bildirib ki, avqustun 30-dan sentyabrın 2-dək ABŞ-nin həyata keçirdiyi hava zərbələri nəticəsində azı 18 nəfər ölüb, 142 nəfər yaralanıb.
Üç yüksəkvəzifəli iranlı mənbənin sözlərinə görə, ABŞ-nin neft blokadası və sanksiyalar vasitəsilə İran iqtisadiyyatına təzyiq göstərmək səyləri Tehran üçün getdikcə daha çətin vəziyyət yaradır. Vaşinqton gələcək danışıqlarda güzəştlər əldə etmək məqsədilə təzyiqləri artırır.
Rusiyanın TASS xəbər agentliyi anonim mənbəyə istinadən xəbər verir ki, ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner həftəsonu əvvəlcə Rusiyaya, daha sonra Ukraynaya səfər edəcəklər. Ukrayna Prezidenti Volodimir Zelenski də ABŞ elçilərinin hər iki ölkənin paytaxtına səfər edəcəyini bildirib.
Günə AnewZ-un səhər xülasəsi ilə məlumatlı başlayın. Sentyabrın 4-ü üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
Günə AnewZ-un səhər xülasəsi ilə məlumatlı başlayın. Sentyabrın 3-ü üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
ABŞ ölkənin 250 illik yubileyi münasibətilə Prezident Donald Trampın portreti olan xüsusi 1 dollarlıq sikkə buraxır.
Almaniyanın avtomobil istehsalçısı “Volkswagen”in Müşahidə Şurası 2030-cu ilədək 100 min iş yerinin ixtisarını nəzərdə tutan genişmiqyaslı yenidənqurma planını təsdiqləyib. Şirkət bu addımı satışların zəifləməsi, mənfəətin azalması və qlobal rəqabətin güclənməsi fonunda atır.
Naurunun etirazına baxmayaraq, Sakit Okean adaları ölkələrinin liderləri Çinin raket sınağı ilə bağlı narahatlıqları ifadə ediblər. Sakit Okean Adaları Forumunun illik sammitində liderlər Çinin regionda keçirdiyi raket sınağı ilə bağlı narahatlıqlarını bildiriblər.
“Saudel” tayfunu Çinin cənubundakı Fucien və Quandun əyalətlərində genişmiqyaslı daşqınlara səbəb olub. Daşqın avtomobilləri aparıb və üçmərtəbəli binanın uçması ilə nəticələnib.
Günə AnewZ-un səhər xülasəsi ilə məlumatlı başlayın. Sentyabrın 4-ü üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın