ABŞ Hörmüz boğazı yaxınlığında İran sahillərinə yeni zərbələr endirib

ABŞ Hörmüz boğazı yaxınlığında İran sahillərinə yeni zərbələr endirib
ABŞ-nin İran hədəflərinə zərbələr endirdiyi barədə xəbərlərdən sonra Hörmüz boğazında gəmi hərəkəti.
Marine Traffic via Reuters

ABŞ gecə saatlarında Hörmüz boğazı yaxınlığında İran ərazisinə zərbələr endirib. İran dövlət mediası Bəndər Abbas və Qeşm adası da daxil olmaqla bir neçə ərazidə partlayışların baş verdiyini bildirib.

⦿ 22:41  | SON DƏQİQƏ

Bəndər Abbas və Qeşm adasında partlayış səsləri eşidilib

Reuters

Bəndər Abbas şəhərində və Qeşm adasında yeni partlayış səsləri eşidilib. Lavan adasında da partlayışların baş verdiyi bildirilib.

⦿ 22:19 | YENİLƏNİB

SEPAH sözçüsü: “ABŞ hücumlarına görə peşman olacaq”

Reuters

İranın “Fars” xəbər agentliyinin məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü bildirib ki, ABŞ gecə saatlarında İranın cənubuna endirdiyi yeni zərbələrə görə “peşman olacaq”.

⦿ 22:16 | YENİLƏNİB

Tramp ABŞ-nin İrana zərbələr endirdiyini təsdiqləyib

Reuters

ABŞ Prezidenti Donald Tramp ABŞ ordusunun Hörmüz boğazı yaxınlığında İranın cənubuna zərbələr endirdiyini təsdiqləyib.

O bildirib ki, İran onun “tam əsaslandırılmış hücum” adlandırdığı əməliyyata cavab verərsə, ABŞ daha sərt və daha genişmiqyaslı zərbələr endirəcək.

 

⦿ 22:10 | YENİLƏNİB

ABŞ Hörmüz boğazı yaxınlığında İrana zərbələr endirib

Reuters

İranın dövlət xəbər agentliyi IRNA-nın məlumatına görə, gecə saatlarında Hörmüz boğazı ətrafında yerləşən Bəndər Abbas, Cask, Sirik şəhərləri və Qeşm adasında partlayış səsləri eşidilib.

Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsindəki paylaşımında bildirib ki, zərbələr İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazında kommersiya gəmilərinə və regionda yerləşən ABŞ hərbçilərinə qarşı son hücum cəhdlərindən sonra həyata keçirilib.

 

Teqlər