Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Günə AnewZ-un səhər xülasəsi ilə məlumatlı başlayın. Sentyabrın 2-si üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
ABŞ ordusu gecə saatlarında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hava hücumundan müdafiə, radar, dəniz və rabitə obyektlərini hədəf alan yeni zərbə dalğası həyata keçirdiyini açıqlayıb.
İran isə buna cavab olaraq ABŞ-nin Bəhreyn, İordaniya və İraqdakı mövqelərinə zərbələr endirib. Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədəki paylaşımında İranı danışıqlara sövq etməyə çalışmadığını bildirib.
Odessa şəhərinin hərbi administrasiyasının rəhbəri Sergey Lisakın məlumatına görə, Ukraynanın Qara dəniz sahilində yerləşən Odessa şəhərinə gecə saatlarında endirilən zərbələr nəticəsində, aralarında bir uşaq da olmaqla, azı üç nəfər həlak olub.
Kiyev vilayətində isə xilasedicilər Rusiya zərbəsi nəticəsində anbarlarda baş verən yanğını söndürüblər. Hücumların Kiyevə qarşı ardıcıl yeddinci gecə həyata keçirildiyi bildirilib.
Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinin kuluarlarında Ermənistanın Baş naziri Nikol Paşinyanı Avropa İttifaqına (Aİ) qoşulmaq niyyəti ilə bağlı “qısa müddətdə” aydınlıq gətirməyə çağırıb.
Putin bildirib ki, İrəvanın bu istiqamətdə planları Avrasiya İqtisadi İttifaqında (Aİİ) üzvlüyün davam etdirilməsi ilə ziddiyyət təşkil edir. Paşinyan isə qeyd edib ki, Aİ və Aİİ arasında seçimlə bağlı qərar verməyin vaxtı hələ çatmayıb.
Şimali Karolinada keçirilən G20 maliyyə görüşü rekord borc səviyyələri, ticarət balanssızlıqları və geosiyasi gərginliklər fonunda qlobal iqtisadiyyatın üzləşdiyi əsas problemləri gündəmə gətirib.
Maliyyə nazirləri və mərkəzi bank rəhbərləri artan fiskal təzyiqləri idarə etməklə yanaşı, iqtisadi artımın qorunmasının vacibliyini müzakirə ediblər.
Çinin böyük ticarət profisiti əsas mübahisə mövzularından birinə çevrilib, Rusiyanın G20-yə qayıtması isə Ukraynadakı müharibə ilə bağlı fikir ayrılıqlarını yenidən gündəmə gətirib.
ABŞ hakimi prokurorluğa 2025-ci ildə mühafizəkar fəal Çarli Kirkin qətlində təqsirləndirilən şəxs üçün ölüm hökmü tələb etməyə icazə verib. Tayler Robinson 2025-ci ilin sentyabrında Orem şəhərində yerləşən Yuta Vadisi Universitetində Kirkin öldürülməsi ilə bağlı ittihamları qəbul etməyib.
Yuta dairəsinin prokuroru Rayan Makbrayd bildirib ki, görüntülər Robinsonun atəş açıldığı zaman Kirkin çıxış etdiyi tədbirə baxan damda olduğunu göstərir.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin müəyyənləşdirilməsi üçün süni intellektə əsaslanan yeni proqram təminatını təqdim etməyə hazırlaşır.
ABŞ-nin xüsusi nümayəndəsi Cared Kuşner bildirib ki, Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin müəyyən şərtlər daxilində sülh sazişi bağlamağa hazır olduğuna inanır. O, bu açıqlamanı Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə başlayan ikigünlük danışıqlar zamanı verib.
Bolqarıstanın şərqində qatı duman səbəbindən magistral yolun hər iki istiqamətində onlarla avtomobilin toqquşması nəticəsində azı 12 nəfər həlak olub, 46 nəfər yaralanıb. Qəza noyabrın 10-da baş verib.
ABŞ Prezidenti Donald Tramp Fars körfəzi ölkələrinin müraciətindən sonra İrana yeni zərbələri hələlik təxirə salacağını bildirib. Onun sözlərinə görə, ABŞ-nin Hörmüz boğazındakı dəniz blokadası qüvvədə qalacaq.
ABŞ ordusu İranla əlaqəli olduğu bildirilən təhdidə görə Birləşmiş Krallıqdakı ikinci hərbi hava bazasından da təyyarələrini başqa yerlərə köçürüb. Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın