Putin Ukrayna ilə sülhə nail olmaq üçün hələ də şansın olduğunu bildirib

Putin Ukrayna ilə sülhə nail olmaq üçün hələ də şansın olduğunu bildirib
Reuters

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə sülh əldə etmək üçün hələ də imkan olduğunu bildirib. O, Rusiyanın Vladivostok şəhərində keçirilən Şərq İqtisadi Forumunda münaqişənin həlli üçün “bir yol tapmaq şansının olduğunu” deyib.

⦿ 21:42 | SON DƏQİQƏ

Donetskdə avtobusa dron zərbəsi endirilib, ölən və yaralananlar var

Reuters

Rusiyanın nəzarətində olan Ukraynanın Donetsk vilayətinin Horlivka şəhərində avtobusa dron zərbəsi nəticəsində bir mülki şəxsin öldüyü, beş nəfərin isə yaralandığı bildirilib. Bu barədə Rusiyanın yerli hakimiyyət orqanları məlumat verib.

Şəhərin Rusiyanın təyin etdiyi meri İvan Prihodko Ukraynanı avtobusa “məqsədli dron hücumu” həyata keçirməkdə ittiham edib.

“Reuters” bu iddianı müstəqil şəkildə təsdiqləyə bilməyib. Həm Rusiya, həm də Ukrayna mülki şəxsləri qəsdən hədəfə aldıqlarını inkar edir.

⦿ 21:10 | YENİLƏNİB

Rusiya Qara dənizdə Ukraynaya hərbi yük daşıyan iki gəmini vurduğunu bildirib

Reuters

Rusiya Müdafiə Nazirliyi sentyabrın 3-də Qara dənizdə Ukraynaya silah, sursat və hərbi texnika daşıdığı bildirilən iki yük gəmisinə zərbə endirildiyini açıqlayıb.

“Reuters” bu məlumatı müstəqil mənbələrdən təsdiqləyə bilməyib.

⦿ 21:00 | YENİLƏNİB

Rusiyanın Belqorod vilayətində dron hücumu nəticəsində bir nəfər ölüb, 4 nəfər yaralanıb

Reuters

Rusiyanın Belqorod vilayətində sərnişin avtobusuna dron hücumu edilib. Nəticədə bir nəfər ölüb, dörd nəfər yaralanıb. Bu barədə məlumatı yerli hakimiyyət orqanları verib.  

⦿ 20:54 | YENİLƏNİB

Rusiya Qara dənizdə iki yük gəmisini hədəfə alıb

Reuters

Rusiya Qara dənizdə, Odessa yaxınlığında iki yük gəmisinə zərbə endirib. Bu barədə Rusiya xəbər agentlikləri ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıblar. Nazirlik həmçinin liman obyektlərinin və bir anbarın hədəfə alındığını bildirib.

Bu, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Qara dəniz ticarəti üçün ən ciddi təhlükələrdən biri hesab olunur. Tərəflər ixrac limanlarını və taxıl daşıyan gəmiləri qarşılıqlı şəkildə hədəfə alırlar.

Teqlər