Yunanıstanda aviaşou zamanı "F-4 Phantom" qəzaya uğrayıb, iki pilot həlak olub

Yunanıstanda aviaşou zamanı "F-4 Phantom" qəzaya uğrayıb, iki pilot həlak olub
Yunanıstanın Tanagra şəhərində “Athens Flying Week” aviaşousu zamanı qəzaya uğrayan “F-4 Phantom” qırıcı təyyarəsindən tüstü yüksəlir. 5 sentyabr 2026-cı il.
Reuters

Sentyabrın 5-də Afinanın şimalındakı Tanagra aviabazasında keçirilən aviaşou zamanı “F-4 Phantom” qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində iki yunan hərbi pilot həlak olub.

Təyyarə Cənub-Şərqi Avropanın ən böyük aviaşoularından biri olan “Athens Flying Week” çərçivəsində havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb.

Minlərlə tamaşaçının izlədiyi nümayiş zamanı iki yerlik qırıcı aşağı hündürlükdə manevr edərkən idarəetməni itirib, yerə çırpılıb və alovlanıb.

Yunanıstanın Tanagra şəhərində “Athens Flying Week” aviaşousu zamanı qəzaya uğrayan “F-4 Phantom” qırıcı təyyarəsindən tüstü yüksəlir. 5 sentyabr 2026-cı il.
Reuters

Qəzadan sonra yaxınlıqdakı meşəlik ərazidə yanğın başlayıb. Hadisə yerinə təxminən 115 yanğınsöndürən və 36 yanğınsöndürmə maşını göndərilib. Yanğının söndürülməsinə təyyarə və helikopterlər də cəlb olunub. 

Yunanıstanın 112 fövqəladə xəbərdarlıq sistemi vasitəsilə əhaliyə məlumat verilib və yaxın ərazilərdə yaşayan insanlara ehtiyatlı olmaq çağırışı edilib.

Rəsmilər yanğının nəzarət altına alındığını bildiriblər. 

“Athens Flying Week” aviaşousu zamanı “F-4 Phantom” qırıcı təyyarəsinin qəzaya uğramasından sonra tüstü yüksəlir. Tanagra, Yunanıstan, 5 sentyabr 2026-cı il. 

Reuters
Aviaşounun qalan proqramı ləğv edilib

“F-4” qırıcısı 5-6 sentyabrda keçirilən “Athens Flying Week” aviaşousunda iştirak edirdi.

Tədbirin proqramına müxtəlif ölkələrin hərbi və mülki təyyarələrinin uçuşları, hava şouları və paraşüt nümayişləri daxil idi.

Təşkilatçılar baş verən qəza ilə əlaqədar aviaşounun qalan hissəsini ləğv ediblər.

Yunanıstanın müdafiə naziri Nikos Dendias da Saloniki Beynəlxalq Sərgisindəki proqramını yarımçıq qoyaraq Afinaya qayıdıb.

 

Teqlər