Qlobal turizm yenidən formalaşır: Bu, Azərbaycan üçün nə deməkdir?
Turizm ənənəvi olaraq iqtisadiyyatın qeyri-sabitliyə ən həssas sahələrindən biridir.
İsrailin Baş naziri Benyamin Netanyahu İordan çayının qərb sahilində icazəsiz salınmış yəhudi məskənlərinin sökülməsi barədə göstəriş verib.
Məsələ barədə məlumatlı şəxslərin bildirdiyinə görə, bu addım ABŞ-nin İsraili fələstinlilərə qarşı məskunlaşanların zorakılığını azaltmağa çağırdığı bir vaxtda atılıb.
Göstəriş İsrail hökumətinin rəsmi təsdiqi olmadan salınan məskənlərə aiddir.
Belə məskənlərdə adətən bir neçə prefabrik və ya qoşqu tipli ev olur və az sayda insan yaşayır. İsrail hakimiyyəti əvvəllər bəzi məskənləri söksə də, digərləri sonradan rəsmən tanınıb və dövlət maliyyəsi alıb.
Söküntülərin nə vaxt başlayacağı hələ məlum deyil.
Qərar İsrailin ən yaxın müttəfiqi ABŞ-nin fələstinlilərə qarşı yəhudi məskunlaşanların hücumları ilə bağlı tənqidlərini artırdığı bir vaxtda qəbul edilib.
ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi zorakılıq törədən yəhudi məskunları “terrorçu” adlandırıb və onların ciddi nəticələrlə üzləşməli olduğunu bildirib.
ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi mətbuat konfransı zamanı. İordan çayının qərb sahili, 5 sentyabr 2026-cı il.
Maliyyə naziri və yaşayış məntəqələrinin genişləndirilməsinin əsas tərəfdarlarından biri Bezalel Smotriç Netanyahunun qərarı ilə İordan çayının qərb sahilində fələstinlilərin yaşadığı A və B zonalarında icazəsiz salınmış məntəqələrin ləğv ediləcəyini təsdiqləyib.
Smotriç qərarla razılaşmadığını bildirib. O, eyni zamanda Qərb sahilinin təxminən 60 faizini əhatə edən və İsrailin tam nəzarətində olan C zonasında yaşayış məntəqələrinin genişləndirilməsi istiqamətində hökumətin ciddi irəliləyiş əldə etdiyini deyib.
Elə həmin gün İsrail Ali Məhkəməsi müdafiə orqanlarına İordan çayının qərb sahilindəki Cəlud kəndində yaşayan üç fələstinli ailənin evlərinə təhlükəsiz qayıdışını təmin etmək barədə göstəriş verib.
Məhkəmə materiallarına görə, ailələr yəhudi məskunların təzyiqi nəticəsində evlərini tərk etməyə məcbur olublar.
Qərar Qərb sahilinin bəzi ərazilərində fələstinli icmaların təzyiq, təqib və hücumlarla üzləşdiyi barədə məlumatların yayıldığı bir vaxtda yəhudi məskunların fəaliyyətinə diqqəti daha da artırıb.
İordan çayının qərb sahili onilliklərdir İsrail-Fələstin münaqişəsinin əsas mərkəzlərindən biri olaraq qalır. 1990-cı illərdə imzalanmış Oslo sazişlərinə əsasən, ərazi İsrail və fələstinlilər arasında müxtəlif səviyyəli nəzarətin tətbiq olunduğu A, B və C zonalarına bölünüb.
İsrail Qərb sahilində yüzlərlə yaşayış məntəqəsi və daha kiçik məskən salıb. Məskənlərin genişləndirilməsinə qarşı çıxan İsrailin “Peace Now” təşkilatının məlumatına görə, hazırda ərazidə 340 icazəsiz məskən və 146 rəsmi tanınmış yaşayış məntəqəsi var.
Əksər hökumətlər və BMT qurumları Qərb sahilindəki İsrail yaşayış məntəqələrini beynəlxalq hüquqa zidd hesab edir və Qərb sahilini işğal olunmuş ərazi kimi qiymətləndirir. İsrail isə bu hüquqi mövqeyi qəbul etmir və Qərb sahilini mübahisəli ərazi adlandırır.
İsrail hökumətləri yəhudi məskunların zorakılığını dəfələrlə pisləyib. Lakin tənqidçilərin sözlərinə görə, bu əməllərdə təqsirləndirilən şəxslər nadir hallarda həbs olunur, məhkəmə qarşısına çıxarılanların sayı isə daha azdır.
Məsələ Vaşinqton üçün xüsusilə həssasdır. ABŞ administrasiyası İsraili məskunlaşanların zorakılığına qarşı daha sərt tədbirlər görməyə çağırır.
MDB ölkələrinin liderləri əhalinin siyahıyaalınması ilə bağlı qərar qəbul ediblər. BELTA-nın məlumatına görə, sənəddə siyahıyaalınmanın 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirilməsi təklif olunur. Qərar oktyabrın 9-da Türkmənistanda keçirilən iclasda qəbul edilib.
Azərbaycan və Mərkəzi Asiyanın beş ölkəsinin dövlət başçıları 8-ci Məşvərət görüşünün Birgə Bəyanatını və görüşün tənzimləyici sənədləri haqqında Qərarı imzalayıblar.
Türkmənbaşıda keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iki sənəd imzalanıb: Birgə Bəyanat və Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar.
Azərbaycan Cənubi Qafqazın aparıcı gücünə çevrilib. Regionun Şərq yarımkürəsindəki əhəmiyyəti də getdikcə artır. Cənubi Qafqaz Asiya ilə Avropa arasında mühüm əlaqələndirici rol oynayır. Bu isə Azərbaycanın əhəmiyyətini regionun hüdudlarından kənara çıxarır.
ABŞ İranın xam neftinin, neft məhsullarının və neft-kimya məhsullarının xarici bazarlara daşınması ilə əlaqəli 17 gəmiyə və bir sıra şirkətə qarşı yeni sanksiyalar tətbiq edib.
ABŞ oktyabrın 9-da Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyalar tətbiq edib. Bu addım Vaşinqtonun avropalı müttəfiqləri ilə münasibətlərində gərginliyi artırıb. Yeni sanksiyalar məhkəməyə xidmət göstərən şirkətlərə də təsir edə bilər.
“Navi” adı ilə tanınan Cənubi afrikalı hakim Navanethem Pillay 2026-cı il Nobel Sülh Mükafatına layiq görülüb. Norveç Nobel Komitəsinin məlumatına görə, mükafat ona sülhün və beynəlxalq hüququn təşviqi istiqamətindəki səylərinə görə verilib.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 2009-cu ildə Texas ştatındakı Fort-Hud hərbi bazasında 13 nəfəri öldürdüyünə görə ölüm cəzasına məhkum edilmiş keçmiş hərbi psixiatr Nidal Həsənin edamının canlı yayımlanacağını açıqlayıb.
Tramp administrasiyası “Microsoft”, “Adobe” və bir sıra iri texnologiya şirkətlərinin əcnəbi işçilərin ABŞ-də daimi yaşayış icazəsi alması üçün istifadə olunan PERM proqramında iştirakını dayandırıb.
ABŞ-nin federal immiqrasiya xidmətinin əməkdaşları oktyabrın 8-də Nyu-Yorkun Bronks rayonu ilə həmsərhəd Marbl-Hill ərazisində avtomobildə olan kişiyə atəş açaraq onu yaralayıblar. Avtomobildə beş yaşlı uşaq da olub.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın