Rusiya və Ukrayna qarşılıqlı hücumları davam etdirir: Novorossiyskdə 4 nəfər ölüb

Rusiya və Ukrayna qarşılıqlı hücumları davam etdirir: Novorossiyskdə 4 nəfər ölüb
Ukrayna ilə Moldova arasındakı sərhəd-keçid məntəqəsinə Rusiya zərbəsindən sonra vəziyyət. 9 sentyabr 2026-cı il.
State Border Guard Service of Ukraine, Telegram

Krasnodar vilayətinin qubernatorunun sözlərinə görə, Ukraynanın Novorossiysk liman şəhərinə gecə hücumu nəticəsində bir uşaq da daxil olmaqla 4 nəfər ölüb. Ukraynanın pilotsuz uçuş aparatları qüvvələrinin komandanı Robert Brovdi isə Rusiya hərbi gəmilərinin məhv edildiyini bildirib.

⦿ 20:10 | SON DƏQİQƏ

Ukraynanın dron hücumu nəticəsində Rusiyanın Belqorod vilayətində 1 nəfər ölüb

Reuters

Rusiya rəsmilərinin məlumatına görə, Ukraynanın Belqorod vilayətinə endirdiyi dron hücumu nəticəsində bir nəfər ölüb, daha bir nəfər yaralanıb.

⦿ 20:00 | YENİLƏNİB

MKİ rəhbəri Rusiya-Ukrayna danışıqlarında rolunu artırır

Reuters

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Ratkliff Vaşinqtonun Rusiya və Ukrayna ilə apardığı danışıqlarda daha fəal rol almağa hazırlaşır.

“Financial Times” ABŞ rəsmilərinə istinadən bildirib ki, Ratkliffin danışıqlar prosesində rolunun artacağı gözlənilir.

⦿ 18:02 | YENİLƏNİB

Almaniyanın müdafiə naziri Rusiyadan artan təhlükələr barədə xəbərdarlıq edib

Reuters

Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Rusiya ayda 150 raket istehsal edir və Qərbə qarşı təzyiqi artırmağa, regionda sabitliyi pozmağa çalışır.

⦿ 17:08 | YENİLƏNİB

Kreml: Trampın dövründə ABŞ-nin Kiyevə yardımı azalıb

Reuters

Kreml Donald Tramp administrasiyası dövründə ABŞ-nin Ukraynaya göstərdiyi yardımın, o cümlədən hərbi dəstəyin nəzərəçarpacaq dərəcədə azaldığını bəyan edib.

Moskvanın mövqeyinə görə, ABŞ Kiyevə hərbi əməliyyatları davam etdirməyə imkan verən bütün yardımları dayandırmalıdır. Kreml hesab edir ki, bu addım münaqişənin başa çatmasına kömək edə bilər.

Putinin köməkçisi bildirib ki, Rusiya Ukrayna ilə bağlı mümkün danışıqlar üçün Əbu-Dabini əsas məkanlardan biri hesab edir.

Bu açıqlamalar Moskvanın Vaşinqtonu Kiyevə hərbi dəstəyi dayandırmağa çağırdığı və sülh danışıqlarını bərpa etməyə can atdığı bir vaxta təsadüf edir.

⦿ 16:36 | SON DƏQİQƏ

Kreml ABŞ-nin vasitəçiliyi ilə Ukrayna üzrə danışıqların tezliklə bərpa olunacağına ümid edir

Reuters

Kreml Rusiyanın Ukrayna ilə ABŞ-nin vasitəçiliyi ilə aparılan sülh danışıqlarının yaxın vaxtlarda bərpa olunacağına ümid etdiyini bildirib.

Kremlin sözçüsü Dmitri Peskov qeyd edib ki, fevraldan bəri belə danışıqlar keçirilməyib. Onun sözlərinə görə, Moskva mümkün sülh razılaşmasının şərtlərini ictimaiyyət qarşısında müzakirə etməyəcək.

Açıqlama Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın telefon danışığı zamanı müharibəyə son qoyulması perspektivlərini müzakirə etməsindən sonra verilib.

Kreml həmçinin Rusiya ilə ABŞ arasında məhbus mübadiləsi məsələsinin daim gündəmdə olduğunu bildirib.

⦿ 16:32 | YENİLƏNİB

Rusiya: Avropa qaz qiymətlərinin artımından əziyyət çəkir

Reuters

Kreml bildirib ki, qaz qiymətlərinin artması Avropa ölkələrini çətin vəziyyətə salıb və onlar Rusiyadan daha ucuz qaz ala bilərlər.

İranda gedən müharibə fonunda Avropada təbii qazın qiyməti kəskin artaraq ötən həftə 2022-ci ilin sonundan bəri ən yüksək səviyyəyə çatıb. Həmin dövrdə Ukraynadakı müharibə ilə əlaqədar Avropa Rusiyadan boru kəmərləri ilə qaz idxalını dayandırmışdı.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Avropa daha ucuz Rusiya qazına üstünlük vermək əvəzinə spot bazarlardan baha qiymətə qaz almaqla özünə zərər vurur.

⦿ 16:29 | YENİLƏNİB

Ukrayna XİN: “Səmamızı keçilməz etməliyik”

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X” sosial şəbəkəsindəki paylaşımında Kiyevin daha çox hava hücumundan müdafiə (HHM) sistemləri və xüsusilə ballistik raketləri zərərsizləşdirə bilən raketəleyhinə vasitələrlə təmin olunması çağırışını bir daha təkrar edib.

“Rusiya bu qışa Ukrayna səmasının daha keçilməz olduğunu, istehsal etdiyi raket və dronların getdikcə daha çox məhv ediləcəyini, hücumlarını dəstəkləyən sənaye, texnologiya, gəlir və təchizat zəncirlərinin isə pozulma və artan xərclərlə üzləşəcəyini anlayaraq daxil olmalıdır”, – deyə nazir əlavə edib.

⦿ 16:20 | YENİLƏNİB

Ukrayna Baş Qərargahı Novorossiyskə hücum zamanı neft terminalının vurulduğunu bildirib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Telegram” kanalı vasitəsilə yaydığı bəyanatda gecə saatlarında Rusiyanın Novorossiysk liman şəhərinə təşkil edilən hücumlar zamanı yanacaq-mazut terminalının vurulduğunu təsdiqləyib.

Buna qədər isə Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev Rusiyanın cənubunda yerləşən şəhərə Ukrayna tərəfindən endirilən zərbələr nəticəsində dörd nəfərin, o cümlədən bir uşağın həlak olduğunu bildirmişdi.

Ukrayna Prezidenti Volodimir Zelenski də öz növbəsində Kiyev qüvvələrinin şəhərdəki hərbi-dəniz bazasına zərbə endirdiyini qeyd edib.

⦿ 15:36 | YENİLƏNİB

Zaxarova Almaniya ilə münasibətlərin pozulmasına görə Mertsi günahlandırıb

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Almaniya Prezidenti Fridrix Merts və onun komandası Almaniya ilə Rusiya arasında ikitərəfli münasibətlərin “məhvinə” görə “tam məsuliyyət daşıyır”.

Zaxarova Almaniyanın avqust ayında Leypsiq/Halle hava limanına mümkün dron hücumunun arxasında Rusiyanın dayandığı ilə bağlı iddiasını “yalan” adlandırıb.

Almaniya buna cavab olaraq ölkədəki iki Rusiya diplomatik nümayəndəliyinin fəaliyyətini dayandırıb və Berlindəki Rusiya mədəniyyət və informasiya mərkəzinin bağlanması barədə qərar qəbul edib. Rusiya isə cavab tədbiri olaraq Almaniyanın Sankt-Peterburqdakı konsulluğunun, eləcə də “Goethe-Institut” mədəniyyət mərkəzlərinin bağlanacağını açıqlayıb.

⦿ 14:58 | YENİLƏNİB

Kreml ABŞ vasitəçiliyi ilə Rusiya-Ukrayna danışıqlarının tezliklə bərpa olunacağına ümid edir

Reuters

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Moskva ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında sülh danışıqlarının yaxın vaxtlarda bərpa olunacağına ümid edir.

Peskov qeyd edib ki, fevral ayından bəri belə danışıqlar keçirilməyib. O əlavə edib ki, Kreml mümkün sülh sazişinin şərtləri ilə bağlı detalları açıq şəkildə müzakirə etməyəcək.

Kremlin sözçüsü bu açıqlamanı Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın müharibənin başa çatdırılması perspektivlərini müzakirə etmək üçün telefon danışığı aparmasından sonra verib.

Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Moskva şəhərinin mərkəzində yerləşən Qızıl meydanda keçirilən hərbi paradda iştirak edir. Rusiya, 9 may 2026-cı il.
Reuters

⦿ 14:40 | YENİLƏNİB

Ukraynada davam edən müharibədən görüntülər

Reuters
Qadın Rusiyanın Ukraynaya hücumu fonunda Kramatorsk şəhərində dronlardan qorunmaq üçün torla örtülmüş küçədən keçir. Ukrayna, 8 sentyabr 2026-cı il.
Reuters
 
Rusiyanın Ukraynaya hücumu fonunda Xarkov vilayətində Rusiya dronlarının zərbəsindən sonra sərnişin qatarı yanır. Ukrayna, 9 sentyabr 2026-cı il.
Reuters
 
Qadın Rusiyanın Ukraynaya hücumu fonunda Kiyevdə Rusiya dronunun zərbəsi nəticəsində zədələnmiş yaşayış binasına baxır. Ukrayna, 9 sentyabr 2026-cı il.
Reuters
 
Ukrayna Silahlı Qüvvələrinin 24-cü Əlahiddə Mexanikləşdirilmiş Briqadasının hərbçisi Donetsk vilayətində hərbi texnikada oturur. Ukrayna, 9 sentyabr 2026-cı il.
Reuters
 
Qadın Rusiyanın Ukraynaya hücumu fonunda Kramatorskda dronlardan qorunmaq üçün torla örtülmüş küçədən keçir. Ukrayna, 8 sentyabr 2026-cı il.
Reuters
 
Ukraynanın 24-cü Əlahiddə Mexanikləşdirilmiş Briqadasının hərbçiləri Donetsk vilayətində xidmət aparırlar. Ukrayna, 8 sentyabr 2026-cı il.
Reuters

⦿ 14:20 | YENİLƏNİB

Aİ məhkəməsi Abramoviçin sanksiya şikayətini rədd edib

Avropa İttifaqı (Aİ) məhkəməsi rusiyalı milyarder Roman Abramoviçin ona tətbiq edilən sanksiyaların ləğvi ilə bağlı şikayətini rədd edib. Sanksiyalar Rusiyanın Ukraynaya qarşı müharibəsinə görə tətbiq olunmuşdu.

“Çelsi” futbol klubunun keçmiş sahibi Abramoviç Rusiyanın ən böyük polad və mədən şirkətlərindən biri olan “Evraz”ın əsas səhmdarıdır.

Roman Abramoviç Türkiyənin İstanbul şəhərində keçirilən imzalanma mərasimində iştirak edir. 22 iyul 2022-ci il.
Reuters

⦿ 12:30 | YENİLƏNİB

Rusiya Ukraynanın Ozernoye kəndini ələ keçirdiyini bildirib  

Rusiyanın Müdafiə Nazirliyi qüvvələrinin Ukraynanın şimal-şərqindəki Xarkov vilayətinin Ozernoye kəndini nəzarətə götürdüyünü bildirib. Bu barədə “TASS” məlumat yayıb.

⦿ 12:15 | YENİLƏNİB

Zelenski Rusiyanın hərbi dəniz bazasının vurulduğunu təsdiqləyib  

Ukrayna Prezidenti Volodimir Zelenski “X” platformasında Ukrayna qüvvələrinin gecə saatlarında Rusiyanın cənubundakı Novorossiysk şəhərində yerləşən hərbi dəniz bazasına zərbə endirdiyini təsdiqləyib.

“Hərbi dəniz bazası, o cümlədən neft yükləmək üçün istifadə olunan terminal, hərbi liman obyektləri və “Kalibr” raketləri daşıyan döyüş gəmiləri vurulub”, – Zelenski bildirib.

⦿ 12:00 | YENİLƏNİB

Rusiya Ukrayna–Moldova sərhəd-keçid məntəqəsini vurduğunu təsdiqləyib  

Rusiyanın Müdafiə Nazirliyi qüvvələrinin Moldova ilə Ukrayna arasındakı Starokazaçye sərhəd-keçid məntəqəsinə zərbə endirdiyini təsdiqləyib. Bu barədə TASS məlumat yayıb.

Nazirlik bildirib ki, məntəqə Rumıniyadan Moldova vasitəsilə Ukraynaya hərbi yüklərin daşınması üçün istifadə edilib.

⦿ 11:45 | YENİLƏNİB

Ukraynanın zərbələri nəticəsində bu həftə 47 nəfər ölüb

 

Rusiya Xarici İşlər Nazirliyi “X” platformasında yaydığı açıqlamada Ukraynanın bu həftə Rusiyaya endirdiyi zərbələr nəticəsində 47 nəfərin öldüyünü bildirib.

⦿ 11:35 | YENİLƏNİB

Aİ məhkəməsi Macarıstanın Rusiya aktivləri ilə bağlı iddiasını rədd edib

Reuters

Avropa İttifaqının ali məhkəməsi dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlərin Ukraynaya dəstək üçün ayrılmasına qarşı Macarıstanın hüquqi iddiasını rədd edib.

⦿ 11:25 | YENİLƏNİB

Merts Almaniyanın Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib

Reuters

Almaniya kansleri Fridrix Merts ölkəsinin Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib.

O qeyd edib ki, Ukrayna eyni zamanda “bizim azadlığımızı” da müdafiə edir.

⦿ 11:10 | YENİLƏNİB

Rusiya Qara dənizdə Ukraynanın hərbi yük daşıyan gəmisini vurduğunu bildirir

Reuters

Rusiya Müdafiə Nazirliyi qüvvələrinin Qara dənizdə Odessa limanına doğru hərəkət edən və hərbi texnika daşıyan Ukrayna yük gəmisini vurduğunu bildirib. Moskva həmçinin Kiyevdə dron istehsal edən şirkətə məxsus anbarın hədəfə alındığını açıqlayıb. Ukrayna tərəfi bu məlumatları hələlik təsdiqləməyib. Rusiyanın iddialarını müstəqil şəkildə yoxlamaq mümkün olmayıb.

⦿ 10:54 | YENİLƏNİB

Ukrayna Novorossiyskdə Rusiya hərbi gəmilərini vurduğunu bildirib

Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi “Telegram” hesabında bildirib ki, gecə saatlarında Novorossiyskdəki Rusiya hərbi-dəniz bazasına zərbələr endirilib və hərbi gəmilər məhv edilib.

Onun sözlərinə görə, məhv edilən gəmilər arasında raketdaşıyanlar da olub. Brovdi vurulan gəmilərin sayını açıqlamayıb.

⦿ 10:18  | YENİLƏNİB

Ukrayna dronlarının Novorossiyskə hücumu nəticəsində dörd nəfər ölüb

Krasnodar diyarının qubernatoru Veniamin Kondratyevin “Telegram”da yaydığı məlumata görə, Ukraynanın Rusiyanın cənubundakı Novorossiysk şəhərinə dron hücumları nəticəsində biri uşaq olmaqla dörd nəfər həlak olub, 29 nəfər yaralanıb.

Hücumlar zamanı beş yaşayış binasına, kilsəyə və uşaq bağçasına da ziyan dəyib.

⦿ 10:05  | YENİLƏNİB

Ukrayna-Moldova sərhəd-keçid məntəqəsinə zərbədə iki nəfər ölüb

 

Odessa vilayətinin qubernatoru Oleq Kiperin “Telegram”da yaydığı məlumata görə, Rusiyanın gecə saatlarında Ukrayna-Moldova sərhəd-keçid məntəqəsinə endirdiyi zərbə nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb. Daha 16 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

Rusiya zərbəsindən sonra Ukrayna-Moldova sərhəd-keçid məntəqəsində dağıntılar. 9 sentyabr 2026-cı il.
Oleh Kiper, Telegram

⦿ 09:50  | YENİLƏNİB

Rusiya zərbələri Nikolayev limanına ziyan vurub

 

Rusiyanın Ukraynanın cənubundakı Nikolayev şəhərinə endirdiyi hava zərbələri nəticəsində liman, nəqliyyat və mülki infrastruktur zədələnib. Yerli rəsmilərin məlumatına görə, bir nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

⦿ 09:40  | YENİLƏNİB

Kiyevə zərbələrdən sonra yanğınlar söndürülüb

 

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin “Telegram”da yaydığı məlumata görə, gecə saatlarında Kiyevin bir neçə rayonuna zərbələr endirilib. Hücumlar nəticəsində yanğınlar baş verib, ölən və yaralanan olmayıb.

Yanğınsöndürənlər Kiyevə endirilən zərbədən sonra baş verən yanğını söndürür. Ukrayna, Kiyev. 9 sentyabr 2026-cı il.

⦿ 09:25  | YENİLƏNİB

Rusiya Ukrayna-Moldova sərhədində keçid məntəqəsinə dron zərbəsi endirib  

Rusiya gecə saatlarında Ukrayna-Moldova sərhədindəki “Starokozache” keçid məntəqəsinə dron zərbəsi endirib. Hücum nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb.

Ukrayna Sərhəd Xidmətinin məlumatına görə, dron keçid məntəqəsinin infrastrukturuna zərər vurub, yaxınlıqda isə yanğınlar baş verib. Ölən və yaralananların mülki şəxslər olduğu bildirilir.

Hadisədən sonra Ukraynanın Odessa vilayətindəki “Starokozache” və Moldovadakı “Tudora” sərhəd-keçid məntəqələrinin fəaliyyəti müvəqqəti dayandırılıb.

Rusiya zərbəsindən sonra Ukrayna-Moldova sərhəd-keçid məntəqəsində vəziyyət. 9 sentyabr 2026-cı il.
⦿ 09:21  | YENİLƏNİB

“Rus Evi”nin beş əməkdaşı Almaniyanı tərk edib  

Almaniya hakimiyyətinin Berlindəki “Rus Evi”nin fəaliyyətini dayandırmaq qərarından sonra mərkəzin beş əməkdaşı ölkəni tərk edərək Belarusa gedib. Bu barədə TASS “Rossotrudniçestvo”nun Belarusdakı nümayəndəliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, əməkdaşlar Polşa-Belarus sərhədini keçərək Brest şəhərinə gəliblər. Onları sərhəd-keçid məntəqəsində “Rossotrudniçestvo”nun Belarusdakı nümayəndəliyinin rəhbəri Yuri Makuşin qarşılayıb.

Almaniya sentyabrın 1-də avqustda Leypsiq/Halle hava limanında baş vermiş dron insidentinə görə Rusiyanı məsul tutaraq bir sıra tədbirlər açıqlayıb. Bu tədbirlər sırasında Berlindəki “Rus Evi”nin fəaliyyətinin dayandırılması və Rusiyanın Bonndakı Baş Konsulluğunun bağlanması da yer alıb.

Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev bildirib ki, “Rus Evi”nin əməkdaşlarına Almaniyanı tərk etmək üçün yeddi gün vaxt verilib.

Rusiya isə Leypsiq/Halle hava limanındakı dron insidenti ilə bağlı ittihamları rədd edib.

Qadın Rusiya Elm və Mədəniyyət Evinə daxil olur. Berlin, Almaniya, 2 sentyabr 2026-cı il.

⦿ 09:03 | YENİLƏNİB

ABŞ dövlət katibi Rusiya-Ukrayna danışıqlarının bərpasına ümid edir

ABŞ dövlət katibi Marko Rubio Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının yaxın həftələrdə bərpa oluna biləcəyinə ümid etdiyini bildirib.

TASS-ın məlumatına görə, Rubio bu barədə Kolumbiyada jurnalistlərə açıqlamasında danışıb.

“Düşünürəm ki, qarşıdakı bir neçə həftə ərzində danışıqların bərpası üçün fəaliyyət planı hazırlamaq və hər iki tərəf üçün məqbul həll yoluna nail olmaq imkanı var”, – Rubio bildirib.

Dövlət katibi Marko Rubio ikitərəfli sazişlərin imzalanması mərasimində çıxış edir. Barrankilya, Kolumbiya, 8 sentyabr 2026-cı il.
Reuters

⦿ 08:45 | YENİLƏNİB

Ukrayna mediası Rusiyanın neft terminalına zərbə endirildiyini bildirir  

“The Kyiv Independent” monitorinq kanallarına istinadən bildirib ki, gecə saatlarında Rusiyanın cənubundakı Novorossiysk şəhərində yerləşən neft terminalına dron zərbəsi endirilib.

Novorossiysk meri Andrey Kravçenko “Telegram” hesabında şəhərin dron hücumlarına məruz qaldığını təsdiqləyib. O, sakinləri pəncərəsiz otaqlarda və ya zirzəmilərdə sığınmağa çağırıb.

Ukrayna dronlarının dəfələrlə hədəfinə çevrilən Novorossiysk Rusiyanın neft, neft məhsulları, taxıl və digər məhsullarının ixracında mühüm rol oynayır.

Ukraynanın Qara dəniz sahilində yerləşən Xerson şəhərində Rusiya dronunun yaşayış binasına zərbəsi nəticəsində 70 yaşlı qadın ölüb. Bu barədə Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleksandr Prokudin “Telegram” hesabında məlumat verib.

Ukraynanın şimal-şərqində yerləşən Xarkov vilayətinin rəhbəri Oleq Sinequbov bildirib ki, Rusiyanın Zoloçiv kəndinə dron hücumu zamanı üç nəfər yaralanıb. Onun sözlərinə görə, hücum zamanı inzibati binalara da ziyan dəyib.

Teqlər