Günün icmalı - 10 sentyabr 2026

Günün icmalı -  10 sentyabr 2026
Yeni qatlanan “iPhone Duo” modelləri “Apple”ın ABŞ-nin Kupertino şəhərindəki Stiv Cobs Teatrında keçirilən tədbirində nümayiş etdirilir. 9 sentyabr 2026-cı il.
Reuters

AnewZ “Günün icmalı” rubrikasında əsas yenilikləri təqdim edir. Sentyabrın 10-da süni intellekt və texnologiya sahəsində baş verən əsas hadisələrə nəzər salırıq.

“Apple” 1 999 dollarlıq qatlanan “iPhone” təqdim edib

“Apple” “iPhone Duo” adlı qatlanan smartfonunu təqdim edib. Pasport formasında açılan cihaz 7,6 düymlük ekran və “A20 Pro” çipi ilə təchiz olunub. Modelin başlanğıc qiyməti 1 999 dollardır. Yeni cihazla “Apple” “Samsung” və “Huawei” kimi rəqiblərlə rəqabəti gücləndirməyi hədəfləyir. Analitiklər şirkətin böyüyən qatlanan smartfon bazarında əhəmiyyətli pay qazana biləcəyini proqnozlaşdırırlar.

“Huawei” və “Xiaomi” yeni qatlanan telefonlarla “Apple”a rəqib olur

“Huawei” üç hissəli qatlanan “Mate XT2”, “Xiaomi” isə “Xiaomi 18 Fold” smartfonunu təqdim edərək Çinin premium telefon bazarında “Apple”a təzyiqi artırıb. Hər iki modeldə yerli istehsal çiplərdən istifadə olunub. Bu addım Çin istehsalçılarının xarici texnologiyalardan asılılığı azaltmaq və “Apple”ın qatlanan “iPhone” modeli ilə rəqabətə hazırlaşmaq səylərini göstərir.

“Google” Finlandiyada süni intellekt infrastrukturuna 15 milyard dollar yatıracaq

“Google” süni intellekt infrastrukturunu genişləndirmək üçün Finlandiyaya təxminən 15 milyard dollar sərmayə yatıracaq. Layihə üç yeni məlumat mərkəzinin tikintisini və Haminadakı mövcud mərkəzin genişləndirilməsini nəzərdə tutur. Şirkət süni intellektə artan tələbatı qarşılamaq üçün 22 illik razılaşma çərçivəsində “Loviisa” atom elektrik stansiyasında istehsal olunan enerjinin yarısınadək hissəsini alacaq.

“Anthropic” şirkətinin tədqiqatçısı: “Süni intellekt bütün insanları öldürə bilər”

“Anthropic” şirkətinin təhlükəsizlik üzrə tədqiqatçısı Evan Hubinger süni intellektin növbəti onillikdə bəşəriyyət üçün fəlakətə səbəb olma ehtimalının 10 faizdən çox olduğunu bildirib. Hubinger “X” hesabındakı paylaşımında hazırda mövcud olan modellərin yaratdığı riskin aşağı olduğunu bildirib. Bununla belə, o, texnologiyanın yaxın zamanda özünü təkmilləşdirərək bəşəriyyətin mövcudluğu üçün təhlükə yaradacaq səviyyəyə çata biləcəyindən narahat olduğunu bildirib.

“OpenAI”: Süni intellekt 90 illik riyaziyyat problemini 88 saata həll edib

“OpenAI” bildirir ki, yeni daxili süni intellekt modeli əsasında işləyən təxminən 10 min agent “Navier–Stokes” tənlikləri ilə bağlı 90 ilə yaxındır həllini gözləyən problemə 88 saat ərzində həll tapıb. Nəticə formal olaraq yoxlanılsa da, hələ müstəqil şəkildə təsdiqlənməyib. Şirkət bunu süni intellektin elmi tədqiqatlarda imkanlarının sürətlə artmasının göstəricisi kimi qiymətləndirir.

Teqlər