Rusiyanın Kiyevə zərbəsi nəticəsində 2 nəfər ölüb

Rusiyanın Kiyevə zərbəsi nəticəsində 2 nəfər ölüb
Yanğınsöndürənlər Rusiyanın PUA hücumu nəticəsində zərər görən yanacaqdoldurma məntəqəsində işləyirlər. Kiyev, Ukrayna, 11 sentyabr 2026-cı il.
Reuters

Kiyevdə yanacaqdoldurma məntəqəsinə Rusiyanın zərbəsi nəticəsində iki nəfər həlak olub. Bu barədə şəhər meri Vitali Kliçko “Telegram”da məlumat verib. Rusiyanın cənub-qərbində yerləşən Saratov vilayətində isə anbara PUA zərbəsindən sonra “Ozon” onlayn ticarət platforması fəaliyyətini dayandırıb.

 

⦿ 22:58 | YENİLƏNİB

Rusiya rəsmisi G20-nin enerji toplantısına qatılacaq

Reuters

Rusiya rəsmisi gələn həftə ABŞ-nin Hyuston şəhərində keçiriləcək G20-nin enerji məsələlərinə həsr olunan toplantısında iştirak edəcək. Bu barədə Ağ Ev rəsmisi məlumat verib.

ABŞ toplantıda Rusiyanı kimin təmsil edəcəyini hələ açıqlamayıb.

⦿ 21:04 | YENİLƏNİB

ABŞ Konqresində Rusiyaya qarşı yeni sanksiyalar müzakirə olunacaq

Reuters

ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar nəzərdə tutan və Senatın qəbul etdiyi qanun layihəsini nəzərdən keçirməyə başlayacaq.

Layihənin müzakirə qaydalarına sentyabrın 14-də günün ikinci yarısında keçiriləcək komitə iclasında baxılması planlaşdırılır.

ABŞ Nümayəndələr Palatasının sədri Con Beyner yeni sədr seçkisi öncəsi Vaşinqtonda çıxış edir. 29 oktyabr 2015-ci il.

Reuters

⦿ 18:58 | YENİLƏNİB

Ukrayna Volqoqradda Rusiyanın neft obyektini vurduğunu bildirib

Reuters

Ukrayna Rusiyanın Volqoqrad şəhərində neft sənayesi obyektinə, eləcə də ölkənin bir neçə başqa bölgəsindəki hədəflərə zərbələr endirdiyini bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, uzaqmənzilli zərbələr zamanı Dağıstan, Udmurtiya, Tula, Nijni Novqorod, Perm və Samarada yerləşən hədəflər də vurulub.

Ukrayna Prezidenti Volodimir Zelenski Kalqari şəhərində yerləşən Cənubi Alberta Texnologiya İnstitutuna səfəri zamanı çıxış edir. 10 sentyabr 2026-cı il.

Reuters

⦿ 16:23  | YENİLƏNİB

Ukraynanın Kurska dron hücumu nəticəsində bir nəfər həlak olub

Reuters

Ukraynanın Rusiyanın Kursk vilayətinə dron hücumu nəticəsində bir nəfər həlak olub. Bu barədə vilayətin qubernatoru məlumat verib.

⦿ 15:30  | YENİLƏNİB

Ukrayna Rusiyanın neft emalı zavodunu vurduğunu təsdiqləyib

Ukrayna Baş Qərargahı Rusiyanın cənub-qərbində yerləşən Saratov Neft Emalı Zavodunun gecə saatlarında vurulduğunu təsdiqləyib.

 

 

⦿ 14:57  | YENİLƏNİB

Aİ Ukraynaya əlavə 6,1 milyard avronun ayrılmasını təsdiqləyib

Reuters

Avropa Komissiyası Ukraynaya dəstək krediti çərçivəsində əlavə 7 milyard dolların (6,1 milyard avro) ayrılmasını təsdiqləyib. Ukrayna bu vəsaitdən “Patriot” hava hücumundan müdafiə raketləri və digər təchizatın alınması üçün istifadə edə bilər.

Bu vəsait Aİ-nin Ukraynaya vəd etdiyi 104 milyard dollarlıq (90 milyard avro) dəstək kreditinin bir hissəsidir.

⦿  14:33  | YENİLƏNİB

Rusiya Litvanı nüvə silahları ilə bağlı xəbərdar edib

Reuters 

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Vilnüs belə silahların yerləşdirilməsinə qərar verərsə, Litva ərazisi Rusiyanın nüvə arsenalının hədəfinə çevrilə bilər.

“Əgər ərazidə bizə qarşı yönəlmiş nüvə silahları yerləşdirilərsə, həmin ölkənin ərazisi də Rusiyanın nüvə silahlarının hədəfinə çevriləcək”, – Peskovun sözlərini Rusiyanın RİA xəbər agentliyi yayıb.

Litva bu ilin əvvəlində ilin sonunadək konstitusiyadan nüvə silahlarının ölkə ərazisində yerləşdirilməsinə qoyulan qadağanı çıxarmaq üçün addımlar atacağını açıqlayıb. Bununla belə, Litva rəsmiləri ölkə ərazisində belə silahların yerləşdirilməsi ilə bağlı heç bir planın olmadığını dəfələrlə bildiriblər.

Sərnişinlər Litvanın paytaxtı Vilnüsdəki hava limanının gəliş terminalının qarşısından keçirlər. 9 dekabr 2025-ci il.

Reuters

⦿ 14:25  | YENİLƏNİB

Rusiyanın Kiyevdə yanacaqdoldurma məntəqəsinə PUA zərbəsinin nəticələri

Reuters

Kiyevdə Rusiyanın PUA hücumu nəticəsində zərər görən yanacaqdoldurma məntəqəsində yanğınsöndürənlər işləyir. 11 sentyabr 2026-cı il.

Reuters

Kiyevdə Rusiyanın PUA hücumu nəticəsində zərər görən yanacaqdoldurma məntəqəsinin ərazisi. 11 sentyabr 2026-cı il.

Reuters

⦿ 14:07  | YENİLƏNİB

Aİ Rusiya aktivlərindən Ukraynaya dəstək üçün istifadə yolları axtarır

 

“Financial Times” qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, Avropa Komissiyası Rusiya aktivlərindən Ukraynaya dəstək məqsədilə istifadəyə razılıq əldə etmək üçün yenidən həll yolları axtarmağa başlayıb.

Qəzetin məlumatına görə, Belçikanın mövqeyi əvvəlki təşəbbüsün həyata keçirilməsinə mane olmuşdu. Rusiya Mərkəzi Bankının Avropada dondurulmuş 210 milyard avro (243 milyard dollar) dəyərində aktivlərinin böyük hissəsi məhz Belçikadadır. 

⦿ 14:06  | YENİLƏNİB

Rusiya zərbəsi Kiyevdə yanacaqdoldurma məntəqəsində 2 nəfərin ölümünə səbəb olub

 

Kiyev meri Vitali Kliçko “Telegram” paylaşımında bildirib ki, Rusiya dronunun yanacaqdoldurma məntəqəsinə zərbəsi nəticəsində iki nəfər ölüb. O, hadisə zamanı yaralanan dörd nəfərin hazırda xəstəxanada müalicə aldığını əlavə edib.

⦿ 13:05  | YENİLƏNİB

Rusiya rəsmisi: “İki sənaye müəssisəsi Ukrayna dronları ilə vurulub”

Reuters

Rusiyanın Perm vilayətində iki sənaye müəssisəsi Ukrayna dronlarının hücumuna məruz qalıb. Bu barədə vilayət qubernatoru Dmitri Maxonin “Telegram”da yayımladığı açıqlamada bildirib.


Maxonin müəssisələrin adını açıqlamayıb. O, yalnız hücumun vilayətin şimal hissəsində baş verdiyini və xəsarət alan olmadığını bildirib.

⦿ 12:05 | YENİLƏNİB

Rusiya: Qara dənizdə yük gəmiləri vurulub  

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna ordusu üçün avadanlıq daşıyan üç yük gəmisi Ukraynanın cənub-qərbində, Çornomorsk və Odessa limanları yaxınlığında Qara dənizdə vurulub. Nazirlik Ukraynanın müxtəlif bölgələrində bir sıra logistika və məlumat mərkəzlərinin də hədəfə alındığını bildirib

⦿ 11:51 | YENİLƏNİB

“Ozon” hücumdan sonra Rusiyanın bir bölgəsində fəaliyyətini dayandırıb


Rusiyanın onlayn pərakəndə satış şirkəti “Ozon” bölgədə Ukraynanın dron hücumu nəticəsində logistika mərkəzinin zədələnməsindən sonra Rusiyanın cənub-qərbində yerləşən Saratov şəhərində fəaliyyətini dayandırıb.


Elektron ticarət nəhəngi “Telegram” paylaşımında bildirib ki, hazırda Saratovda müştərilərdən yeni sifarişlər qəbul etmir və çatdırılma həyata keçirmir.


Şirkət əlavə edib ki, hücum nəticəsində anbarda yaranan yanğının söndürülməsi üçün yanğınsöndürənlər çalışırlar.

“Ozon” sifariş məntəqəsindən çıxan qadın. Moskva, Rusiya, 25 avqust 2026-cı il.

Reuters

⦿ 11:23 | YENİLƏNİB

Rusiya gecə saatlarında 777 Ukrayna dronunu məhv edib

​
Rusiya gecə saatlarında 777 Ukrayna dronunu məhv edib. Bu barədə “TASS” dövlət xəbər agentliyi Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. 
“TASS”ın məlumatına görə, dronlar Rusiya ərazilərində, eləcə də Qara və Xəzər dənizləri üzərində aşkarlanaraq məhv edilib.

⦿ 11:16 | YENİLƏNİB

Ukrayna-Kanada dron sazişi: İstehsal olunan dronların 30 faizi Kiyevə veriləcək  

Ukrayna Prezidenti Volodimir Zelenski “X” platformasındakı paylaşımında bildirib ki, Kanada ilə imzalanan dron sazişinə əsasən, istehsal olunan dronların 30 faizi Ukraynaya göndəriləcək.


“Əlbəttə, hazırda Ukraynanı reaktiv mühərrikli “Şahed”lərdən qorumaq üçün həll yolları tapmalı və onların istehsalını genişləndirməliyik.
Bunun üzərində işləyirik və əldə etdiyimiz inkişafları, həll yollarını tərəfdaşlarımızla bölüşəcəyik”, — Zelenski bildirib. 

 

 

⦿ 10:55  | YENİLƏNİB

Ukraynanın dron hücumları nəticəsində Rusiyanın qərbində iki nəfər ölüb  

Vilayət qubernatoru Dmitri Milyayev “Telegram”da bildirib ki, Rusiyanın qərbindəki Tula vilayətinə Ukraynanın dron hücumları nəticəsində iki nəfər ölüb.
Onun sözlərinə görə, dron hücumları nəticəsində daha üç nəfər yaralanıb. Qubernator əlavə edib ki, gecə saatlarında vilayət üzərində 26 dron məhv edilib.

⦿ 10:42 | YENİLƏNİB

Ukrayna Rusiya döyüş texnikası və hərbi avadanlıqlarını məhv etdiyini bildirib

Ukrayna Dövlət Sərhəd Xidmətinin “X” platformasında yaydığı bəyanata görə, Ukrayna qüvvələri zirehli döyüş texnikası, minik avtomobilləri, motosiklet, sursat,  yanacaq anbarları, eləcə də digər infrastruktur obyektləri və mövqeləri məhv edib.

 

 

⦿ 10:38 | YENİLƏNİB

Rusiya hücumları nəticəsində Kiyevdə yaralananların sayı 8-ə çatıb

Reuters

Kiyev şəhər hakimiyyətinin “Telegram”da yaydığı məlumata görə, Rusiya hava zərbələri nəticəsində Kiyevdə yaralananların sayı səkkizə çatıb. Rəsmilər əlavə ediblər ki, sentyabrın 11-də səhər həyata keçirilən hücumlar doqquzmərtəbəli yaşayış binasında yanğına da səbəb olub. 

Yanğınsöndürənlər Rusiya dron zərbəsi nəticəsində zədələnmiş yaşayış binasının ərazisində işləyirlər. Kiyev, Ukrayna, 11 sentyabr 2026-cı il.

Reuters

⦿ 10:03 | YENİLƏNİB

Ukraynanın dron hücumu Saratovda logistika mərkəzində yanğına səbəb olub


“Ozon” şirkətinin məlumatına görə, Ukraynanın dron hücumu Rusiyanın Saratov şəhərində şirkətə məxsus logistika mərkəzində yanğına səbəb olub. Şirkət sentyabrın 11-də “Telegram”da bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Saratov vilayətinin qubernatoru Roman Busargin də dron hücumu nəticəsində mülki infrastruktura ziyan dəydiyini, xəsarət alanlarla bağlı məlumat olmadığını açıqlayıb.

Rusiyanın müstəqil “ASTRA” nəşri isə yayılan videoların təhlilinə əsasən Saratovda “Rosneft”ə məxsus neft emalı zavodunda da yanğın baş verdiyini yazıb. Rəsmi qurumlar bu məlumatı təsdiqləməyib.

⦿ 09:43 | YENİLƏNİB

 Kiyevdə Rusiya zərbələri nəticəsində iki nəfər yaralanıb

Reuters

Kiyev şəhər hakimiyyətinin “Telegram”da yaydığı məlumata görə, sentyabrın 11-də səhər Rusiya Kiyevə hava zərbələri endirib. Nəticədə iki nəfər yaralanıb, doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib.

Bundan əvvəl şəhər hakimiyyəti dron təhlükəsi səbəbindən sakinlərə sığınacaqlara getməyi tövsiyə edib.

Teqlər