Filippində bərə yanğınında həlak olanların sayı 76-ya çatıb, 13 nəfər itkin sayılır

Filippində bərə yanğınında həlak olanların sayı 76-ya çatıb, 13 nəfər itkin sayılır
Filippin Sahil Mühafizəsinin əməkdaşları “MV June Aster” bərəsində baş verən yanğında həlak olanların cəsədlərinin olduğu torbaları daşıyırlar. Filippin, 12 sentyabr 2026-cı il.
Reuters

Filippində bərə yanğınında həlak olanların sayı 76-ya çatıb. Xilasedicilər sentyabrın 12-də daha 41 nəfərin cəsədini aşkar ediblər. 13 nəfər hələ də itkin sayılır.

Göyərtəsində 130-dan çox insanın olduğu bərədə 20 saatdan artıq davam edən səfərin sonuna yaxın təyinat məntəqəsi olan Koron yaxınlığında yanğın baş verib. Rəsmilər 43 nəfərin sağ qaldığını təsdiqləyiblər.

Emili Fronda itkin düşən əmisi oğlu Eddi Villarealın fotosunu göstərir. Manila, Filippin, 11 sentyabr 2026-cı il.

Reuters

Məhkəmə-tibb ekspertləri həlak olanların şəxsiyyətini müəyyənləşdirməyə çalışırlar. Yanğının səbəbi araşdırılır. Filippinin Dəniz Sənayesi İdarəsi sağ qalanlara istinadən bildirib ki, yanğından az əvvəl bərədə ardıcıl iki partlayış səsi eşidilib.

“MV June Aster” bərəsi alov içindədir. Palavan sahilləri, Filippin, 9 sentyabr 2026-cı il.
Reuters

Bu, milyonlarla insanın adalararası səfərlər üçün bərə və kiçik qayıqlardan istifadə etdiyi Filippində baş verən növbəti ölümcül dəniz qəzasıdır. 

Teqlər