Baş nahiyəsindən bitişik efiopiyalı əkizlər uğurla ayrılıb

Baş nahiyəsindən bitişik efiopiyalı əkizlər uğurla ayrılıb
Baş nahiyəsindən bitişik doğulan bacılar həkim və tibb bacılarının nəzarəti altında olublar. Missuri ştatı, ABŞ.
Reuters

ABŞ-nin Sent-Luis şəhərində həkimlər baş nahiyəsindən bitişik doğulan iki yaşlı efiopiyalı əkiz bacıları bir neçə ay davam edən mürəkkəb əməliyyatlardan sonra uğurla ayırıblar.

Hiyab və Vuhbto bir neçə ay ərzində ümumilikdə altı mürəkkəb əməliyyat keçiriblər.

Əkizlərin ayrılması üçün son əməliyyat 2026-cı il fevralın 24–25-də həyata keçirilib və 24 saatdan çox davam edib.

Qızlar müalicə üçün 2025-ci ildə Efiopiyanın Mekelle şəhərindən ABŞ-yə aparılıblar.

Əməliyyat zamanı əsas çətinliklərdən biri əkizlərin baş nahiyəsindəki ortaq qan damarlarını ayırmaq olub. Həkimlər damarları mərhələli şəkildə ayıraraq hər bir uşağın müstəqil qan dövranının formalaşmasına şərait yaradıblar.

Əkizlərin reabilitasiyası davam edir. Həkimlər onların vəziyyətində irəliləyiş olduğunu bildiriblər.

Teqlər