ABŞ Fələstin rəsmilərinə viza məhdudiyyətlərini genişləndirib

ABŞ Fələstin rəsmilərinə viza məhdudiyyətlərini genişləndirib
Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında nümayəndələrə videobağlantı vasitəsilə müraciət edir. Nyu-York, ABŞ, 22 sentyabr 2025-ci il.
Reuters

ABŞ BMT Baş Assambleyasının sessiyası ərəfəsində Fələstin Milli Administrasiyasının (FMA) rəsmiləri və Fələstin Azadlıq Təşkilatının (FAT) üzvlərinə tətbiq olunan viza məhdudiyyətlərini genişləndirib.

ABŞ Dövlət Departamenti bildirib ki, qərar FMA və FAT-ın ABŞ qanunvericiliyində nəzərdə tutulan öhdəlikləri yerinə yetirməməsi ilə bağlıdır.

Vaşinqton Fələstin rəhbərliyini İsrail-Fələstin münaqişəsini Beynəlxalq Cinayət Məhkəməsi (BCM) və Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) kimi qurumlar vasitəsilə beynəlxalq müstəviyə çıxarmağa çalışmaqda, həmçinin Fələstin dövlətinin “birtərəfli tanınmasına” nail olmağa cəhd göstərməkdə ittiham edir.

Məhdudiyyətlər Fələstin Prezidenti Mahmud Abbasın BMT Baş Assambleyasının sessiyasında ikinci il ardıcıl şəxsən iştirak etməsinə imkan verməyəcək. ABŞ ötən il də Mahmud Abbas və digər Fələstin rəsmilərinə viza verməmişdi.

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Kiçi sarayında. Roma, İtaliya, 7 noyabr 2025-ci il.
Reuters

Dövlət Departamenti bildirib ki, FAT-ın BMT-dəki Müşahidəçi Missiyasına rəsmi olaraq təyin edilmiş əməkdaşlar üçün istisna qüvvədə qalır.

Fələstin Milli Administrasiyası son qərara hələlik münasibət bildirməyib.

Teqlər