Filippində məktəbdə atışma: 3 şagird ölüb, 8-i yaralanıb

Filippində məktəbdə atışma: 3 şagird ölüb, 8-i yaralanıb
Reuters

Sentyabrın 18-də Filippinin cənubundakı məktəbdə baş verən atışma nəticəsində üç şagird ölüb, səkkiz şagird yaralanıb.

Hadisə Cənubi Kotabato əyalətinin Banqa şəhərindəki Banqa Milli Liseyində baş verib. Ölənlərdən biri atəş açmaqda şübhəli bilinən 16 yaşlı şagirddir. Rəsmilərin məlumatına görə, o, digər şagirdlərə atəş açdıqdan sonra özünü öldürüb. 

Banqa meri Albert Palensia bildirib ki, yaralanan səkkiz şagirddən dördünün vəziyyəti ağırdır. Ölən və yaralanan şagirdlərin yaşı 14–17 arasında dəyişir.

Bu, iyundan bəri Filippində ölümlə nəticələnən üçüncü məktəb atışmasıdır. Ölkədə əvvəllər belə hadisələr nadir hallarda baş verirdi.

Cənubi Kotabato qubernatoru Reynaldo Tamayo odlu silah sahiblərini silahları uşaqların götürə bilməyəcəyi yerdə saxlamağa çağırıb.

Teqlər