Qlobal turizm yenidən formalaşır: Bu, Azərbaycan üçün nə deməkdir?
Turizm ənənəvi olaraq iqtisadiyyatın qeyri-sabitliyə ən həssas sahələrindən biridir.
Çinin ABŞ-dəki səfiri Sye Fenq sentyabrın 23-də bildirib ki, Tayvan və insan hüquqları məsələləri Pekinin güzəştə getməyəcəyi “qırmızı xətlər” sırasına daxildir. O, bu açıqlamanı Çin və ABŞ liderlərinin Vaşinqtonda keçiriləcək sammiti ərəfəsində verib.
Çin Prezidenti Si Cinpin ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona səfər edəcək. Tərəflər ticarət və Tayvan məsələsi də daxil olmaqla, müxtəlif sahələrdəki fikir ayrılıqlarına baxmayaraq, münasibətləri sabitləşdirməyə çalışırlar.
Səfir Sye Fenq bildirib ki, ABŞ ilə fikir ayrılıqlarının aradan qaldırılması üçün xoş niyyət nümayiş etdirilməlidir.
O, Vaşinqtonu milli təhlükəsizlik, iqtisadi balanssızlıq və məcburi əmək kimi məsələlərdən Çinə qarşı məhdudiyyətlər tətbiq etmək üçün bəhanə kimi istifadə etməməyə çağırıb.
“Çinin suverenliyinə, təhlükəsizliyinə və inkişaf maraqlarına xələl gətirmək olmaz. Dörd qırmızı xəttə — Tayvan məsələsinə, demokratiya və insan hüquqlarına, inkişaf yolları və sistemlərinə, eləcə də inkişaf hüquqlarına toxunmaq olmaz”, – deyə səfir bildirib.
Çin Tayvanı öz ərazisi hesab edir. Tayvanın demokratik yolla seçilmiş hökuməti isə Pekinin bu iddiasını rədd edir.
ABŞ Tayvanın əsas silah təchizatçısı və beynəlxalq səviyyədə ən mühüm dəstəkçisidir. Çin isə Vaşinqtondan Tayvana silah satışını dayandırmağı dəfələrlə tələb edib.
May ayında Pekində Si Cinpinlə görüşdən sonra Tramp təxminən 14 milyard dollar dəyərində yeni silah paketinin təsdiqini təxirə saldığını bildirib. O, bu paketi danışıqlarda “çox əlverişli vasitə” adlandırıb.
Tayvanın təhlükəsizlik sahəsində yüksək vəzifəli rəsmisi jurnalistlərə bildirib ki, Pekin ABŞ silahlarının adaya çatdırılmasında yaranan hər bir gecikməni Tayvanın hərbi potensialının gücləndirilməsini ləngitmək üçün fürsət kimi qiymətləndirir. Rəsminin sözlərinə görə, bu, Çinə Tayvan, Yaponiya və Filippinə təzyiqi artırmaq imkanı verir.
O qeyd edib ki, Çin ABŞ məhsullarının alınması və ya Yaxın Şərqdəki gərginliklə bağlı müəyyən addımlar da daxil olmaqla, müxtəlif güzəştlər təklif edə bilər. Pekin bununla Trampı ABŞ-nin regiondakı hərbi öhdəliklərini azaltması müqabilində Çinlə daha geniş əməkdaşlıq edə biləcəyinə inandırmağa çalışa bilər.
Rəsminin sözlərinə görə, Çin ordusu Tayvan ətrafında, eləcə də Cənubi və Şərqi Çin dənizlərində hərbi gəmilərin, sahil mühafizəsi və tədqiqat gəmilərinin sayını əhəmiyyətli dərəcədə artırıb. Tədqiqat gəmiləri müharibə zamanı istifadə oluna biləcək sualtı rabitə kabelləri haqqında da məlumat toplayır.
Çinin Xarici İşlər və Müdafiə nazirlikləri şərh sorğularına dərhal cavab verməyib. Pekin Tayvanı öz nəzarəti altına almaq üçün güc tətbiqi ehtimalını heç vaxt istisna etməyib. Bununla belə, Çin rəhbərliyi “dinc birləşməyə” üstünlük verdiyini bildirir.
Çin Dövlət Şurasının Tayvan Məsələləri İdarəsinin sözçüsü isə Pekində bildirib ki, qarşıdurmanı “qəsdən” gərginləşdirən tərəf Tayvandır.
Çinin “Jenmin Jibao” qəzetində dərc olunan ayrıca şərh məqaləsində Vaşinqtonun Çinlə bağlı “yanlış təsəvvürləri” və strateji rəqabət yanaşmasından əl çəkmək istəməməsi iki ölkə arasındakı münasibətlərdə yaranan çətinliklərin əsas səbəbləri kimi göstərilib.
“Son illərdə Çin–ABŞ münasibətlərinin keçdiyi mürəkkəb yol açıq şəkildə göstərir ki, təkrarlanan çətinliklərin əsas səbəbi ABŞ-nin Çinlə bağlı yanlış təsəvvürləri və strateji rəqabət yanaşmasından əl çəkmək istəməməsidir”, – deyə məqalədə bildirilib.
Yazıda hər iki tərəf böyük səylər nəticəsində əldə olunan irəliləyişi qorumağa, düzgün istiqamətdə hərəkət etməyə və münasibətlərə mane olan amilləri aradan qaldırmağa çağırılıb.
“Xüsusilə ABŞ öz siyasətində ardıcıllığı və sabitliyi qorumalı, öhdəliklərinə əməl etməli və ikitərəfli münasibətlərdə müəyyənliyi təmin etməlidir”, – deyə məqalədə vurğulanıb.
MDB ölkələrinin liderləri əhalinin siyahıyaalınması ilə bağlı qərar qəbul ediblər. BELTA-nın məlumatına görə, sənəddə siyahıyaalınmanın 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirilməsi təklif olunur. Qərar oktyabrın 9-da Türkmənistanda keçirilən iclasda qəbul edilib.
Azərbaycan və Mərkəzi Asiyanın beş ölkəsinin dövlət başçıları 8-ci Məşvərət görüşünün Birgə Bəyanatını və görüşün tənzimləyici sənədləri haqqında Qərarı imzalayıblar.
Türkmənbaşıda keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iki sənəd imzalanıb: Birgə Bəyanat və Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar.
Azərbaycan Cənubi Qafqazın aparıcı gücünə çevrilib. Regionun Şərq yarımkürəsindəki əhəmiyyəti də getdikcə artır. Cənubi Qafqaz Asiya ilə Avropa arasında mühüm əlaqələndirici rol oynayır. Bu isə Azərbaycanın əhəmiyyətini regionun hüdudlarından kənara çıxarır.
ABŞ İranın xam neftinin, neft məhsullarının və neft-kimya məhsullarının xarici bazarlara daşınması ilə əlaqəli 17 gəmiyə və bir sıra şirkətə qarşı yeni sanksiyalar tətbiq edib.
ABŞ oktyabrın 9-da Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyalar tətbiq edib. Bu addım Vaşinqtonun avropalı müttəfiqləri ilə münasibətlərində gərginliyi artırıb. Yeni sanksiyalar məhkəməyə xidmət göstərən şirkətlərə də təsir edə bilər.
“Navi” adı ilə tanınan Cənubi afrikalı hakim Navanethem Pillay 2026-cı il Nobel Sülh Mükafatına layiq görülüb. Norveç Nobel Komitəsinin məlumatına görə, mükafat ona sülhün və beynəlxalq hüququn təşviqi istiqamətindəki səylərinə görə verilib.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 2009-cu ildə Texas ştatındakı Fort-Hud hərbi bazasında 13 nəfəri öldürdüyünə görə ölüm cəzasına məhkum edilmiş keçmiş hərbi psixiatr Nidal Həsənin edamının canlı yayımlanacağını açıqlayıb.
Tramp administrasiyası “Microsoft”, “Adobe” və bir sıra iri texnologiya şirkətlərinin əcnəbi işçilərin ABŞ-də daimi yaşayış icazəsi alması üçün istifadə olunan PERM proqramında iştirakını dayandırıb.
ABŞ-nin federal immiqrasiya xidmətinin əməkdaşları oktyabrın 8-də Nyu-Yorkun Bronks rayonu ilə həmsərhəd Marbl-Hill ərazisində avtomobildə olan kişiyə atəş açaraq onu yaralayıblar. Avtomobildə beş yaşlı uşaq da olub.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın