Hindistanda seçki komissiyası rəhbərinin istefasını tələb edən 2 mindən çox etirazçı saxlanılıb
Hindistan polisi Yeni Dehlidə seçici siyahılarındakı mübahisəli dəyişikliklərə görə baş seçki komissarı Qyaneş Kumarın istefasını tələb edən 2 mindən...
Fransa Prezidenti Emmanuel Makron bildirib ki, ölkəsi enerji daşımaları üçün mühüm əhəmiyyət daşıyan Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahilindəki Yanbu liman şəhərinin müdafiəsinə kömək etmək üçün bu ölkəyə hərbçilər və müdafiə sistemləri göndərəcək.
Makron həmçinin ABŞ-nin dizel ixracına mümkün qadağasının dünya və ABŞ iqtisadiyyatı üçün “fəlakətli” olacağını bildirib. Ağ Ev belə bir qadağanın nəzərdən keçirildiyini təkzib edib.
Beynəlxalq məsələlərə həsr olunan televiziya müsahibəsində Makron Rusiyanın Fransaya mümkün hücumları barədə də xəbərdarlıq edib.
Ölkə daxilində yüksək enerji qiymətləri ilə bağlı narahatlığın artdığı bir vaxtda Makron qış ərəfəsində Fransanın kifayət qədər qaz və neft ehtiyatına malik olduğunu bildirib. O deyib ki, rəsmi Paris enerji təchizatında fasilələrin yaranmaması üçün çalışır.
Son vaxtlar xam neftin qiyməti yüksəlib. Bu artım Səudiyyə neftinin Yanbu vasitəsilə daşındığı əsas alternativ marşrutun raket hücumlarına məruz qaldığı dövrə təsadüf edir.
“Biz bu ərazinin müdafiəsi üçün hərbi imkanlar, yəni hərbçilər, radar və müdafiə sistemləri göndərəcəyik. Məqsədimiz hər hansı münaqişəyə qoşulmaq deyil, bu ərazini qorumaqdır”, — Makron TF1 və “France 2” telekanallarına bildirib.
Makron İspaniyanın “El Mundo” qəzetinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) Avropa hökumətlərinə Aralıq dənizi istiqamətindən mümkün dron hücumları barədə xəbərdarlıq etməsi ilə bağlı məlumatını təkzib edib.
“Bunu təkzib edə bilərəm. CIA Fransa xüsusi xidmət orqanlarına belə məlumat verməyib”, — o bildirib.
Bununla belə, Makron Rusiyanın Avropa ölkələrinə qarşı düşmən və cinayət xarakterli əməllərini artırdığını bildirib.
Almaniya avqustda Leypsiq hava limanına dronla hücum cəhdinə görə Rusiyanı məsul tutub.
Makron ötən həftə Fransanın siyasi partiyalarının liderlərini Yelisey Sarayında toplayaraq Rusiyadan gələn təhlükənin artması barədə məlumat verib. Sonra o, hökumətə kritik infrastrukturun dron və kiberhücumlardan qorunması üçün plan hazırlamaq tapşırığı verdiyini açıqlayıb.
Makron bildirib ki, Moskva Avropa ölkələrini qorxutmağa və onların Ukraynaya dəstək vermək əzmini zəiflətməyə çalışır.
Rusiya isə Avropa ölkələrinin hibrid hücumlarla bağlı ittihamlarını rədd edir. Moskva bu iddiaları əsassız və özünün “Rusiya əleyhinə isteriya” adlandırdığı yanaşmanın nəticəsi hesab edir.
MDB ölkələrinin liderləri əhalinin siyahıyaalınması ilə bağlı qərar qəbul ediblər. BELTA-nın məlumatına görə, sənəddə siyahıyaalınmanın 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirilməsi təklif olunur. Qərar oktyabrın 9-da Türkmənistanda keçirilən iclasda qəbul edilib.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı oktyabrın 10-da hücuma məruz qalıb. Səudiyyə Ərəbistanının mülki aviasiya qurumu hadisə nəticəsində bir neçə nəfərin yaralandığını və hava limanının fəaliyyətinin müvəqqəti dayandırıldığını təsdiqləyib.
Turizm ənənəvi olaraq iqtisadiyyatın qeyri-sabitliyə ən həssas sahələrindən biridir.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hücumları nəticəsində iki gün ərzində 70-dən çox insanın həlak olmasından sonra ABŞ-ni sərt tənqid edib. O bildirib ki, Vaşinqton Rusiyanın hücumlarının qarşısını almaq üçün Ukraynaya kifayət qədər yardım göstərmir.
Avropa İttifaqının (Aİ) Ermənistandan idxal olunan məhsulların 80 faizinə tətbiq edilən gömrük rüsumlarını müvəqqəti dayandırmaq barədə qərarı oktyabrın 10-da qüvvəyə minib.
Hindistan polisi Yeni Dehlidə seçici siyahılarındakı mübahisəli dəyişikliklərə görə baş seçki komissarı Qyaneş Kumarın istefasını tələb edən 2 mindən çox aksiya iştirakçısını saxlayıb.
ABŞ Prezidenti Donald Trampın Rusiya dizelinə tətbiq olunan sanksiyaları yumşaltmaq qərarından bir gün sonra Rusiyanın Zaporojye şəhərinə endirdiyi hava zərbəsi nəticəsində 3-ü uşaq olmaqla ən azı 17 nəfər həlak olub.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiyanın dizel yanacağı ixracına tətbiq olunan sanksiyaları yumşaltmaq qərarını tənqid edib.
Oktyabrın 9-da Sinqapurda hava keyfiyyəti kəskin pisləşib. IQAir platformasının məlumatına görə, yerli vaxtla saat 08:00-da havanın keyfiyyəti indeksi 205-ə çatıb. Bu göstərici sağlamlıq üçün çox zərərli hesab olunur.
Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukraynada mülki əhaliyə hücumların kəskin artmasını pisləyib.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın