“Moskva formatı”: Pakistan və Taliban terrorizmlə bağlı razılaşa bilmədi
Əfqanıstan üzrə “Moskva formatı” məsləhətləşmələrinin səkkizinci raundu birgə bəyanat qəbul olunmadan başa çatıb. Buna Pakistan və Əfqanıstan...
ABŞ Prezidenti Donald Trampın administrasiyası Kanada ilə ticarət qarşıdurmasının davam etməsindən narahat deyil. ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir sentyabrın 25-də bildirib ki, gələn həftə qüvvəyə minəcək yeni idxal qadağalarına baxmayaraq, Vaşinqton mövqeyini dəyişməyə ehtiyac görmür.
Onun CNBC-yə açıqlamaları göstərir ki, iki ölkə arasında münasibətləri gərginləşdirən və qarşılıqlı cavab tədbirlərinə səbəb olan ticarət mübahisəsində Vaşinqton güzəştə getməyə tələsmir. Mübahisə ABŞ-Meksika-Kanada Sazişinin gələcəyi ilə bağlı da suallar yaradıb.
ABŞ-nin Kanadadan idxal olunan bir sıra məhsullara tətbiq edəcəyi qadağalar spirtli içkiləri, motosikletləri və süd məhsullarını əhatə edəcək. Yanvardan Kanada avtomobillərinə, avtomobil hissələrinə və polada tariflərin 50 faizə qaldırılması isə Şimali Amerikada avtomobil istehsalına ciddi təsir göstərə bilər.
Kanada bu ayın əvvəlində ABŞ mallarına cavab tarifləri tətbiq edib. Bu addım ABŞ-nin təxminən 20 milyard dollar dəyərində Kanada mallarına 50 faizlik tarif tətbiq etməsindən sonra atılıb.
“Biz hələ də onlardan neft, qaz, kalium gübrəsi və digər bu kimi məhsulları alırıq. Kənd təsərrüfatı məhsulları da sərhədin hər iki istiqamətində daşınır. Yəni iki ölkə arasında hələ də güclü ticarət əlaqələri var”, – Qrir CNBC-yə deyib.
“Hazırkı vəziyyət bizim üçün məqbuldur”, – Qrir bildirib. O əlavə edib ki, tərəflər mümkün razılaşmalarla bağlı danışıqları davam etdirsələr də, ABŞ tərəfi bunu təcili hesab etmir.
Kanadanın Vaşinqtondakı səfirliyi şərh sorğusuna cavab verməyib.
Danışıqların nəticəsiz qalması iki ölkə arasındakı fikir ayrılıqlarını daha da dərinləşdirib. Tərəflər danışıqların uğursuzluğuna görə bir-birini günahlandırırlar.
Kanadanın Baş naziri Mark Karni ölkəni ABŞ-dan ticarət asılılığını azaltmağa və xarici ticarəti daha da şaxələndirməyə çağırıb. Mübahisə ABŞ-Meksika-Kanada Sazişinin gələcəyi ilə bağlı da suallar yaradıb.
Bəzi ekspertlər hesab edirlər ki, Tramp administrasiyası əvvəlcə Meksika ilə razılaşma əldə etməyə çalışa bilər. Bu isə Vaşinqtonun Kanada ilə danışıqlardakı mövqeyini gücləndirə bilər.
Meksika rəsmilərinin bildirdiyinə görə, ABŞ ilə Meksika arasında növbəti danışıqlar raundu oktyabrda keçirilə bilər.
Avstraliyanın terrorla mübarizə orqanları İsrailə uçan “flydubai” təyyarəsində kapitana hücum etməkdə və təyyarəni ələ keçirməyə cəhddə ittiham olunan ikinci pilotun əlaqələrini araşdırır.
Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmənin Prezident Rəhbərlik Şurasının sədri Rəşad əl-Əlimi husilərin nəzarətindəki əraziləri geri almaq üçün genişmiqyaslı hərbi əməliyyatların başladığını elan edib.
Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında “Royad Mammadov” yük gəmisinə dron hücumu nəticəsində bir Azərbaycan vətəndaşı həlak olub, digəri itkin düşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 5-də Tehranda görüşüblər. Tərəflər ikitərəfli münasibətləri, regional prosesləri, həmçinin Cənubi Qafqazda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi yollarını müzakirə ediblər.
Sağçı senator Flavio Bolsonaro səsvermədə gözləntiləri üstələyərək hazırkı prezident Luiz İnasio Lula da Silvanı cüzi fərqlə qabaqlayıb və ikinci tura vəsiqə qazanıb. Solçu Lula da Silva ilə sağçı Bolsonaro bu ayın sonlarında keçiriləcək həlledici səsvermədə üz-üzə gələcək.
Əfqanıstan üzrə “Moskva formatı” məsləhətləşmələrinin səkkizinci raundu birgə bəyanat qəbul olunmadan başa çatıb. Buna Pakistan və Əfqanıstan nümayəndə heyətlərinin yekun sənəddə terrorizmlə bağlı ifadələr üzrə razılığa gələ bilməməsi səbəb olub.
Cənubi Koreya Silahsızlaşdırılmış Zonada (DMZ) mina partlayışı nəticəsində iki hərbçisinin ağır yaralanmasına görə Şimali Koreyadan rəsmi üzr tələb edir və müvafiq cavab tədbirləri hazırlayır. Bu barədə Cənubi Koreya Müdafiə Nazirliyinin mətbuat katibi Çun Bin-na bildirib.
AnewZ “Günün icmalı” rubrikasında 2026-cı il Nobel mükafatı ilə bağlı beş əsas məqamı təqdim edir.
ABŞ Prezidenti Donald Tramp Sibirdə taun xəstəliyini araşdıran institutun əməkdaşının ölümündən sonra Rusiyaya yardım edəcəklərini bildirib. Rusiya rəsmiləri isə əməkdaşın ölümü ilə institutdakı işi arasında əlaqə aşkarlanmadığını və xəstəliyin yayılmasının qeydə alınmadığını açıqlayıblar.
ABŞ xarici banklara və digər maliyyə qurumlarına xəbərdarlıq edib ki, sanksiya tətbiq edilmiş İran qurumları ilə əməliyyatları davam etdirsələr, özləri də sanksiyalarla üzləşə bilərlər. Vaşinqton bununla İranın beynəlxalq maliyyə sisteminə çıxışını daha da məhdudlaşdırmağa çalışır.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın