Hindistanda seçki komissiyası rəhbərinin istefasını tələb edən 2 mindən çox etirazçı saxlanılıb
Hindistan polisi Yeni Dehlidə seçici siyahılarındakı mübahisəli dəyişikliklərə görə baş seçki komissarı Qyaneş Kumarın istefasını tələb edən 2 mindən...
İsveçrədə seçicilər sentyabrın 27-də keçirilən referendumda ölkənin uzun müddətdir davam edən neytrallıq siyasətinin Konstitusiyada daha sərt qaydalarla təsbit edilməsinə dair təklifə səs verirlər.
Referendum İsveçrənin Avropa təhlükəsizliyində və beynəlxalq diplomatiyada rolu ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Sağçı İsveçrə Xalq Partiyasının (SVP) irəli sürdüyü təşəbbüs ölkənin neytrallıq siyasətinin Konstitusiyada daha sərt və dəqiq qaydalarla təsbit edilməsini nəzərdə tutur.
Təklif qəbul edilərsə, İsveçrə daimi neytrallığını qorumalı, hücuma məruz qalmadığı və ya ona qarşı hücuma hazırlıq görülmədiyi halda NATO kimi hərbi ittifaqlara qoşulmamalı və onlarla hərbi əməkdaşlıq etməməlidir.
Təşəbbüs həmçinin BMT sanksiyaları və sanksiyalardan yayınmanın qarşısını almağa yönəlmiş tədbirlər istisna olmaqla, İsveçrənin müharibə aparan dövlətlərə qarşı sanksiyalar tətbiq etməsini qadağan etməyi nəzərdə tutur.
Təşəbbüsün tərəfdarları hesab edirlər ki, neytrallıq prinsiplərinin Konstitusiyada daha dəqiq müəyyənləşdirilməsi İsveçrənin ənənəvi vasitəçilik rolunu qoruyacaq və bu siyasətin dəyişən siyasi şəraitdən asılı olaraq fərqli şəkildə tətbiqinin qarşısını alacaq.
İsveçrənin Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Avropa İttifaqının (Aİ) Moskvaya tətbiq etdiyi sanksiyaların əksəriyyətinə qoşulması neytrallıq siyasəti ətrafında mübahisələri daha da artırıb. Hökumət bildirir ki, bu tədbirlər neytrallıq prinsipinə zidd deyil və ölkəyə beynəlxalq hüququn pozulmasına münasibət bildirmək imkanı verir.
İsveçrənin xarici işlər naziri İqnatsio Kassis xarici siyasətdə çevikliyin vacibliyini vurğulayıb: “İsveçrə neytral olub, neytraldır və neytral olaraq qalacaq”.
Federal Şura hesab edir ki, təklif olunan dəyişikliklər hökumətin dəyişən təhlükəsizlik şəraitinə uyğun qərarlar qəbul etmək imkanlarını məhdudlaşdıracaq.
Təklifin əleyhdarları da xəbərdarlıq edirlər ki, daha sərt qaydalar İsveçrənin Avropa ölkələri və NATO ilə müdafiə və kibertəhlükəsizlik sahələrində əməkdaşlığını məhdudlaşdıra bilər.
Sentyabrın 16-da açıqlanan son sorğular İsveçrədə neytrallıq təşəbbüsünə qarşı çıxanların sayının artdığını göstərir. “Reuters”in istinad etdiyi “GFS Bern” sorğusuna əsasən, səsvermədə iştirak etmək niyyətində olanların 63 faizi təklifin əleyhinə, 34 faizi isə lehinə səs verəcəyini bildirib. “Tamedia” və “20 Minuten”in keçirdiyi digər sorğuda isə əleyhdarların payı 68 faiz olub.
İsveçrənin neytrallığı 1815-ci ildən beynəlxalq səviyyədə tanınır, 1848-ci ildən isə ölkənin Konstitusiyasında öz əksini tapır. Referendum İsveçrənin neytrallıq prinsipinə deyil, bu siyasətin Konstitusiyada daha sərt qaydalarla təsbit edilməsinə və tətbiqi mexanizmlərinə aiddir.
MDB ölkələrinin liderləri əhalinin siyahıyaalınması ilə bağlı qərar qəbul ediblər. BELTA-nın məlumatına görə, sənəddə siyahıyaalınmanın 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirilməsi təklif olunur. Qərar oktyabrın 9-da Türkmənistanda keçirilən iclasda qəbul edilib.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı oktyabrın 10-da hücuma məruz qalıb. Səudiyyə Ərəbistanının mülki aviasiya qurumu hadisə nəticəsində bir neçə nəfərin yaralandığını və hava limanının fəaliyyətinin müvəqqəti dayandırıldığını təsdiqləyib.
Turizm ənənəvi olaraq iqtisadiyyatın qeyri-sabitliyə ən həssas sahələrindən biridir.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hücumları nəticəsində iki gün ərzində 70-dən çox insanın həlak olmasından sonra ABŞ-ni sərt tənqid edib. O bildirib ki, Vaşinqton Rusiyanın hücumlarının qarşısını almaq üçün Ukraynaya kifayət qədər yardım göstərmir.
Avropa İttifaqının (Aİ) Ermənistandan idxal olunan məhsulların 80 faizinə tətbiq edilən gömrük rüsumlarını müvəqqəti dayandırmaq barədə qərarı oktyabrın 10-da qüvvəyə minib.
Hindistan polisi Yeni Dehlidə seçici siyahılarındakı mübahisəli dəyişikliklərə görə baş seçki komissarı Qyaneş Kumarın istefasını tələb edən 2 mindən çox aksiya iştirakçısını saxlayıb.
ABŞ Prezidenti Donald Trampın Rusiya dizelinə tətbiq olunan sanksiyaları yumşaltmaq qərarından bir gün sonra Rusiyanın Zaporojye şəhərinə endirdiyi hava zərbəsi nəticəsində 3-ü uşaq olmaqla ən azı 17 nəfər həlak olub.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiyanın dizel yanacağı ixracına tətbiq olunan sanksiyaları yumşaltmaq qərarını tənqid edib.
Oktyabrın 9-da Sinqapurda hava keyfiyyəti kəskin pisləşib. IQAir platformasının məlumatına görə, yerli vaxtla saat 08:00-da havanın keyfiyyəti indeksi 205-ə çatıb. Bu göstərici sağlamlıq üçün çox zərərli hesab olunur.
Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukraynada mülki əhaliyə hücumların kəskin artmasını pisləyib.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın