Hindistanda seçki komissiyası rəhbərinin istefasını tələb edən 2 mindən çox etirazçı saxlanılıb
Hindistan polisi Yeni Dehlidə seçici siyahılarındakı mübahisəli dəyişikliklərə görə baş seçki komissarı Qyaneş Kumarın istefasını tələb edən 2 mindən...
Parisin yoxsul şəhərətrafı ərazilərindən birində yaşayan və gələcəkdə ingilis dili müəllimi olmaq istəyən 17 yaşlı Maisa bu həftə Fransanın müxtəlif bölgələrinə yayılan etirazlarda on minlərlə digər şagird və onlara dəstək verən şəxslə birlikdə iştirak edib.
Etirazçılar məktəb binalarının yararsız vəziyyətdə olmasına, siniflərin həddindən artıq dolu olmasına və müəllim çatışmazlığına etiraz edirlər.
Parisin şimalındakı Sen-Sen-Deni departamentinin Obervilye şəhərində yerləşən “Le Corbusier” liseyinin qarşısına toplaşan etirazçılar bildiriblər ki, ən ağır vəziyyət onların yaşadığı yoxsul məhəllələrdəki məktəblərdədir.
“Ötən il fransız dili müəllimimiz olmadığı halda liseydə fransız dili imtahanı verdim. Müəllimlərin çox böyük təsiri var”, – Maisa bildirib.
“Belə şəraitdə təhsil almaq mümkün deyil”.
Bu həftə Fransada 1 200-dən çox liseydə etirazlar davam edərkən polis bəzi hallarda gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib.
5 000-dən çox insan saxlanılıb. Məlumatlara görə, bəzi etirazçılar ağır xəsarətlər alıblar: onların gözləri zədələnib, dişləri sınıb və baş nayihələrindən xəsarət alıblar. Daxili işlər naziri Loran Nünyes vəziyyəti “qəbuledilməz zorakılıq mühiti” adlandıraraq asayişin bərpasına çağırıb.
15 yaşlı Ameliya da məktəbin qarşısında Maisaya qoşulub. O, əlində “Ünvanımız gələcəyimizi müəyyən etməməlidir” yazılmış plakat tutub. Ameliya ölkənin digər bölgələrindəki şagirdlərlə eyni hüquqlara malik olmaq tələbi ilə etiraza qatıldığını bildirib.
Paris 8 Universitetinin politoloqu Uliss Rabat bildirib ki, etirazlar Fransanın sosial baxımdan kənarda qalmış şəhər məhəllələrinin milli siyasətə təsirinin getdikcə artdığını göstərir.
“Dövlət xidmətləri, o cümlədən dövlət təhsili sistemi çökəndə bunun təsirini ən çox və ən ağır şəkildə cəmiyyətin aşağı təbəqələri hiss edir”, – o bildirib.
Ötən həftə başlayan və ölkəni əhatə edən nümayişlər və blokadalar hökumət üçün həssas bir dövrdə siyasi gərginlik mənbəyinə çevrilib. Hökumət oktyabrın 1-də 2027-ci ilin büdcəsində ictimaiyyət arasında ciddi narazılıq doğuran bir sıra xərc ixtisarlarını açıqlayıb.
Müəllimlərin pensiya xərcləri nəzərə alınmadan təhsil büdcəsinin inflyasiyadan aşağı səviyyədə – 1,7 faiz artırılaraq 65,53 milyard avroya (73,79 milyard dollar) çatdırılması nəzərdə tutulur.
Təhsil Nazirliyi şərh sorğusuna dərhal cavab verməyib. Təhsil naziri Eduar Jefre bildirib ki, təhsil hökumət üçün prioritet olaraq qalır və büdcə artımının inflyasiyadan aşağı olması əhalinin azalması ilə bağlıdır.
Etirazlar yoxsulluq səviyyəsinin yüksək olduğu Parisin şəhərətrafı ərazilərində başlayıb, daha sonra Parisin özünə və Marsel, Strasburq, Tur və Lil də daxil olmaqla Fransanın digər şəhərlərinə yayılıb.
Valideynlərin seçilmiş nümayəndəsi Karima Kara Əlinin sözlərinə görə, “Le Corbusier” liseyində müəllim çatışmazlığı səbəbindən tədris ilinin əvvəlindən riyaziyyat, humanitar fənlər, ingilis dili və idman dərsləri keçirilməyib.
Ümumi Əmək Konfederasiyası (CGT) həmkarlar ittifaqının məlumatına görə, oktyabrın 1-də Sen-Sen-Denidəki liseylərin üçdəikisi etirazlara qoşulub. Dörd şəhərdə gənclər, müəllimlər və valideynlər məktəblərdə antisanitar şəraitdən, eləcə də tibb bacıları və sosial işçilər də daxil olmaqla kadr çatışmazlığından şikayət ediblər.
MDB ölkələrinin liderləri əhalinin siyahıyaalınması ilə bağlı qərar qəbul ediblər. BELTA-nın məlumatına görə, sənəddə siyahıyaalınmanın 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirilməsi təklif olunur. Qərar oktyabrın 9-da Türkmənistanda keçirilən iclasda qəbul edilib.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı oktyabrın 10-da hücuma məruz qalıb. Səudiyyə Ərəbistanının mülki aviasiya qurumu hadisə nəticəsində bir neçə nəfərin yaralandığını və hava limanının fəaliyyətinin müvəqqəti dayandırıldığını təsdiqləyib.
Turizm ənənəvi olaraq iqtisadiyyatın qeyri-sabitliyə ən həssas sahələrindən biridir.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hücumları nəticəsində iki gün ərzində 70-dən çox insanın həlak olmasından sonra ABŞ-ni sərt tənqid edib. O bildirib ki, Vaşinqton Rusiyanın hücumlarının qarşısını almaq üçün Ukraynaya kifayət qədər yardım göstərmir.
Avropa İttifaqının (Aİ) Ermənistandan idxal olunan məhsulların 80 faizinə tətbiq edilən gömrük rüsumlarını müvəqqəti dayandırmaq barədə qərarı oktyabrın 10-da qüvvəyə minib.
Hindistan polisi Yeni Dehlidə seçici siyahılarındakı mübahisəli dəyişikliklərə görə baş seçki komissarı Qyaneş Kumarın istefasını tələb edən 2 mindən çox aksiya iştirakçısını saxlayıb.
ABŞ Prezidenti Donald Trampın Rusiya dizelinə tətbiq olunan sanksiyaları yumşaltmaq qərarından bir gün sonra Rusiyanın Zaporojye şəhərinə endirdiyi hava zərbəsi nəticəsində 3-ü uşaq olmaqla ən azı 17 nəfər həlak olub.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiyanın dizel yanacağı ixracına tətbiq olunan sanksiyaları yumşaltmaq qərarını tənqid edib.
Oktyabrın 9-da Sinqapurda hava keyfiyyəti kəskin pisləşib. IQAir platformasının məlumatına görə, yerli vaxtla saat 08:00-da havanın keyfiyyəti indeksi 205-ə çatıb. Bu göstərici sağlamlıq üçün çox zərərli hesab olunur.
Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukraynada mülki əhaliyə hücumların kəskin artmasını pisləyib.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın