Zəfər Günündə Qarabağda Azərbaycan–Türkiyə həmrəyliyi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Zəfər Günü münasibətilə Azərbaycana səfər edib. Səfər çərçivəsində iki ölkə liderinin görüşləri...
Braziliyalılar korrupsiya qalmaqalları, iqtisadi problemlər və xarici müdaxilə ittihamlarının gündəmdə olduğu gərgin seçki kampaniyasından sonra oktyabrın 4-də ümumi seçkilərin birinci turunda səs verirlər.
80 yaşlı Prezident Luis İnasiu Lula da Silva dördüncü dəfə prezident seçilməyə çalışır. Keçmiş prezident Jair Bolsonaronun 45 yaşlı oğlu, senator Flavio Bolsonaro isə atasının sağçı siyasi hərəkatını yenidən hakimiyyətə gətirməyi hədəfləyir.
Rəy sorğuları Lula ilə Flavio Bolsonaro arasında mümkün ikinci turda gərgin mübarizə gözlənildiyini göstərir. Birinci turda heç bir namizəd etibarlı səslərin 50 faizindən çoxunu toplaya bilməsə, ən çox səs alan iki namizəd oktyabrın 25-də ikinci turda qarşılaşacaq.
Ştatların keçmiş qubernatorları Ronaldo Kayado və Romeu Zema da namizədlər arasındadır. Lakin seçki yarışında iki əsas namizədin üstünlük təşkil etməsi fonunda onlar ciddi dəstək qazana bilməyiblər.
Sorğulara görə, seçicilərin təxminən yarısı həm Lula, həm də Flavio Bolsonaroya mənfi yanaşır.
Flavio Bolsonaro 2022-ci il prezident seçkilərində cüzi fərqlə məğlub olduqdan sonra dövlət çevrilişi planlaşdırmaqda təqsirli bilinərək 27 ildən çox müddətə azadlıqdan məhrum edilən atası Jair Bolsonaronun əfv olunmasına çalışacağını vəd edib.
Lula isə seçkini demokratiya ilə siyasi reallıqların inkarı arasında seçim kimi təqdim edib. O, xarici qüvvələrin seçkiyə təsir göstərmək cəhdləri barədə də dəfələrlə xəbərdarlıq edib.
Braziliyanın dövlət maliyyəsi ilə bağlı narahatlıqların artmasına və iqtisadi artımın zəif qalmasına baxmayaraq, kampaniya dövründə siyasi və iqtisadi məsələlər üzrə müzakirələr məhdud olub. Hər iki əsas namizəd televiziyada yayımlanan mühüm debatlarda iştirak etməyib.
ABŞ ilə münasibətlər seçki kampaniyasının ən həssas mövzularından birinə çevrilib.
ABŞ Prezidenti Donald Tramp Jair Bolsonaronun məhkəmə təqibini sərt tənqid edərək prosesi “cadugər ovu” adlandırıb. 2025-ci ildə Tramp administrasiyası Braziliya mallarına 50 faizlik gömrük rüsumu tətbiq edib və bu addımı açıq şəkildə keçmiş prezidentin məhkəmə prosesi ilə əlaqələndirib.
Vaşinqton bu il də “ədalətsiz ticarət təcrübələri” adlandırdığı hallarla əlaqədar əlavə gömrük rüsumları tətbiq edib. Lula Tramp administrasiyasını seçkiyə təsir göstərməyə çalışmaqda ittiham edib və Bolsonaro ailəsinin Vaşinqtonla daha sıx münasibətləri Braziliyanın milli maraqlarından üstün tutduğunu bildirib.
Tramp Flavio Bolsonaronu rəsmən dəstəkləməsə də, senatoru Ağ Evdə qəbul edib və onun haqqında açıq şəkildə müsbət fikirlər səsləndirib.
Flavio Bolsonaro həm ABŞ, həm də İsraillə daha sıx münasibətlərin qurulacağını vəd edib. O, Braziliyanın iri cinayətkar qruplaşmalarının Vaşinqton tərəfindən terror təşkilatları kimi tanınmasını da dəstəkləyib. Lula hökuməti isə bu addıma qarşı çıxıb.
Braziliyanın zəngin kritik mineral ehtiyatları da geosiyasi müzakirələrin mövzusuna çevrilib. ABŞ strateji əhəmiyyət daşıyan xammal üzrə Çindən asılılığını azaltmağa çalışır.
İqtisadiyyat seçicilər üçün əsas məsələlərdən biri olaraq qalır.
İşsizlik və bərabərsizlik azalsa da, Lula yüksək yaşayış xərcləri və əhalinin borclanması ilə bağlı tənqidlərlə üzləşib. Cinayətkarlıq və cinayətkar qruplaşmaların artan təsiri də ictimaiyyəti narahat edən məsələlər sırasındadır.
Flavio Bolsonaro yaşayış xərclərinin artmasını seçki kampaniyasının əsas mövzularından birinə çevirməyə çalışıb. Lula isə sosial yardım tədbirlərini genişləndirib, ailələrin borc yükünün azaldılması üçün yeni proqramlar təklif edib və onlayn qumar oyunlarını qadağan etmək üçün addımlar atıb.
Braziliyanın dövlət borcu ümumi daxili məhsulun 82 faizini ötüb. Bu da dövlət xərcləri ilə bağlı narahatlığı artırıb. Rəsmi qurumlar iqtisadi artım proqnozunu bu il üçün 2 faizə, gələn il üçün isə 2,3 faizə endiriblər.
“Goldman Sachs”ın Latın Amerikası üzrə baş iqtisadçısı Alberto Ramos bildirib ki, iki namizədin iqtisadi siyasətləri ciddi şəkildə fərqlənə bilər. Onun sözlərinə görə, Lulanın dövlətin iqtisadiyyatda daha fəal iştirakına əsaslanan siyasəti davam etdirəcəyi, Flavio Bolsonaronun isə xərclərin azaldılmasına, özəlləşdirməyə və daha sərt büdcə intizamına üstünlük verəcəyi gözlənilir.
Seçki kampaniyasına artıq fəaliyyət göstərməyən “Banco Master” bankı ilə bağlı korrupsiya qalmaqalı da təsir edib.
Banka rəhbərlik etmiş Daniel Vorkaro bu ilin əvvəlində həbs olunub və milyardlarla dollar həcmində dələduzluq sxemində iştirak etməkdə ittiham edilib.
İstintaq çərçivəsində onun bir sıra nüfuzlu siyasi və məhkəmə xadimləri, o cümlədən Ali Məhkəmənin hakimi Aleksandre de Moraes və Flavio Bolsonaro ilə əlaqələri araşdırılıb.
Federal polis senatoru bu işlə əlaqəli olduğu iddia edilən korrupsiya və çirkli pulların yuyulması faktı üzrə araşdırır. Flavio Bolsonaro qanunsuz əmələ yol vermədiyini bildirir. Bununla belə, o, atası haqqında filmin maliyyələşdirilməsi üçün Vorkarodan milyonlarla dollar topladığını təsdiqləyib.
Jair Bolsonaronun məhkum edilməsində mühüm rol oynayan Moraes onunla bağlı iddiaların siyasi və seçki məqsədi daşıdığını bildirib.
Lula da oğlunun nüfuz alveri iddiası ilə bağlı ayrıca federal polis araşdırması ilə arasına məsafə qoymağa çalışıb. Onun oğlu ittihamları rədd edir.
Seçkilərdə prezidentlə yanaşı, Konqresin yeni tərkibi də müəyyənləşəcək.
Seçicilər aşağı palatanın 513 üzvünün hamısını və Senat üzvlərinin üçdəikisini də seçirlər.
Konqres seçkiləri xüsusi əhəmiyyət daşıyır. Lulanın yaxın siyasi müttəfiqi, keçmiş prezident Dilma Russefin 2016-cı ildə impiçmentindən sonra qanunvericilərin Braziliya siyasətində təsiri artıb.
Bəzi senatorlar Ali Məhkəmənin hakimi Moraesin də impiçmentini tələb ediblər. Bu isə onsuz da kəskin qütbləşmənin müşahidə olunduğu seçkilər fonunda siyasi gərginliyi daha da artırıb.
Polşanın Krakov şəhərinin mərkəzi meydanında silahlı hücum nəticəsində azı 6 nəfər həlak olub, 15 nəfər yaralanıb. Bu barədə Polşa rəsmiləri məlumat veriblər.
Azərbaycan, ABŞ və Ermənistan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsini sürətləndirmək üçün üçtərəfli texniki işçi qruplarının fəaliyyətinə başlayıblar. Bu, 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmaların icrasında növbəti addımdır.
Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı Xankəndidə Zəfər tağını ziyarət edərək önünə əklil qoyub.
Yeni Zelandiyada keçirilən parlament seçkilərində hakim sağ-mərkəzçi Milli Partiya müxalifətdəki Leyboristlər Partiyasını cüzi fərqlə qabaqlayır. İlkin proqnozlara görə, hazırkı üçpartiyalı hakim koalisiya iqtidarda qala bilər.
Azərbaycanda noyabrın 8-də Zəfər Gününün altıncı ildönümü qeyd olunur. Bu əlamətdar tarix 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi ilə bağlıdır.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) noyabrın 8-də ABŞ-nin silah və sanksiyalarla məhdudlaşdırılan digər materialların daşınmasının qarşısını almaq üçün başlatdığı yeni əməliyyatın nəticə verməyəcəyini bildirib.
Polşada Krakov şəhərində altı nəfərin ölümü ilə nəticələnən kütləvi atışmadan sonra noyabrın 8-də ölkə üzrə ikigünlük matəm elan edilib. Polis hadisə ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib.
Türkiyənin Antalya şəhərində noyabrın 9-da başlayacaq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) ərəfəsində təhlükəsizlik tədbirləri gücləndirilib.
Rusiyanın noyabrın 8-nə keçən gecə Ukraynanın Dnepropetrovsk vilayətinin enerji infrastrukturuna endirdiyi zərbələr nəticəsində 600 mindən çox sakin elektrik enerjisiz qalıb. Bu barədə Ukraynanın DTEK enerji şirkəti məlumat yayıb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi və Yəməndə husilərə qarşı döyüşən koalisiya noyabrın 8-də İranın dəstəklədiyi qruplaşmanın Ər-Riyad istiqamətində atdığı iki ballistik raketin havada vurularaq məhv edildiyini açıqlayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın