Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
ABŞ Prezidenti Donald Tramp 2009-cu ildə Texas ştatındakı Fort-Hud hərbi bazasında 13 nəfəri öldürən ABŞ ordusunun keçmiş psixiatrı, mayor Nidal Həsənin güllələnmə yolu ilə edamını təsdiqləyib.
Həsən 2009-cu il noyabrın 5-də hərbi bazadakı tibb müəssisəsində atəş açaraq 12 hərbçini və ordudan təqaüdə çıxmış bir nəfəri öldürüb, daha 32 nəfəri yaralayıb. Saxlanılarkən polisin odlu silahla vurduğu Həsən qismən iflic olub və o vaxtdan əlil arabasından istifadə edir.
Hərbi məhkəmənin andlılar heyəti 2013-cü ilin avqustunda Həsəni qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhdlə bağlı ümumilikdə 45 ittiham üzrə təqsirli bilərək ölüm cəzasına məhkum edib.
Məhkəmə zamanı Həsən atəş açan şəxs olduğunu etiraf edib və bunu ABŞ hərbçilərinin Əfqanıstana göndərilməsinin və müsəlmanların öldürülməsinin qarşısını almaq məqsədilə etdiyini bildirib. Hücum Həsənin özünün Əfqanıstana göndərilməsinə bir neçə həftə qalmış baş verib. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Şon Parnell bildirib ki, Həsən hücum zamanı “Allahu Əkbər” deyə qışqırıb.
Pentaqon rəhbəri Pit Heqsetin tövsiyəsi ilə edamın dekabrın 3-də Fort-Hudda həyata keçirilməsi planlaşdırılır. ABŞ-nin quru qoşunları katibi vəzifəsini icra edən Adam Telle bu barədə məlumat verib.
Edam həyata keçirilərsə, bu, ABŞ ordusunda 1961-ci ildən bəri ilk belə hal olacaq. Həmin il sıravi hərbçi Con Bennett Kanzas ştatındakı Fort-Levenvortda asılaraq edam edilib. Bu, həmçinin ABŞ ordusunda 1945-ci ildən bəri məlum olan ilk güllələnmə yolu ilə edam olacaq.
ABŞ-nin Vahid Hərbi Ədalət Məcəlləsinə əsasən, hərbi məhkəmələrin çıxardığı ölüm hökmlərinin icrası üçün prezidentin təsdiqi tələb olunur. Həsənin edam qərarından federal məhkəmələrə şikayət etmək hüququ qalır. Bu isə prosesin təxirə salınmasına səbəb ola bilər.
Qərar ABŞ-də güllələnmə yolu ilə edamın yenidən gündəmə gəldiyi bir vaxta təsadüf edir. Bir neçə ştat bu üsula icazə verir. Cənubi Karolina isə 2025-ci ildə son 15 ildə ölkədə ilk dəfə güllələnmə yolu ilə ölüm hökmünü icra edib. Tramp administrasiyası ölümcül inyeksiya üçün istifadə olunan preparatların əldə edilməsində yaranan çətinliklər fonunda federal cinayətlər üzrə tətbiq oluna biləcək edam üsullarını da genişləndirib. Bunlara güllələnmə, elektrik stulu və qaz vasitəsilə boğma daxildir.
Edam üsulları ilə bağlı müzakirələr ötən həftə Tennessi ştatında ölümcül inyeksiya ilə edam cəhdinin uğursuzluqla nəticələnməsindən sonra daha da güclənib. Ölüm cəzasına məhkum edilmiş Krista Payk edam cəhdindən sağ çıxaraq xəstəxanaya yerləşdirilib. Vəkilləri onun özünə gəldiyini, lakin sağlamlıq vəziyyəti ilə bağlı proqnozun qeyri-müəyyən qaldığını bildiriblər.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin müəyyənləşdirilməsi üçün süni intellektə əsaslanan yeni proqram təminatını təqdim etməyə hazırlaşır.
ABŞ-nin xüsusi nümayəndəsi Cared Kuşner bildirib ki, Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin müəyyən şərtlər daxilində sülh sazişi bağlamağa hazır olduğuna inanır. O, bu açıqlamanı Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə başlayan ikigünlük danışıqlar zamanı verib.
Bolqarıstanın şərqində qatı duman səbəbindən magistral yolun hər iki istiqamətində onlarla avtomobilin toqquşması nəticəsində azı 12 nəfər həlak olub, 46 nəfər yaralanıb. Qəza noyabrın 10-da baş verib.
ABŞ Prezidenti Donald Tramp Fars körfəzi ölkələrinin müraciətindən sonra İrana yeni zərbələri hələlik təxirə salacağını bildirib. Onun sözlərinə görə, ABŞ-nin Hörmüz boğazındakı dəniz blokadası qüvvədə qalacaq.
ABŞ ordusu İranla əlaqəli olduğu bildirilən təhdidə görə Birləşmiş Krallıqdakı ikinci hərbi hava bazasından da təyyarələrini başqa yerlərə köçürüb. Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın