canlı Tramp APEC sammitində Putinlə üçtərəfli danışıqlardan öncə Si Cinpinlə görüşəcək
ABŞ Prezidenti Donald Tramp Çinin Şencen şəhərində keçirilən APEC sammitində iştirak edir. Onun əvvəlcə Çin Xalq Respublikasının Sədri Si Cinpinlə...
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 2009-cu ildə Texas ştatındakı Fort-Hud hərbi bazasında 13 nəfəri öldürdüyünə görə ölüm cəzasına məhkum edilmiş keçmiş hərbi psixiatr Nidal Həsənin edamının canlı yayımlanacağını açıqlayıb.
Bu, ABŞ tarixində edamın ilk dəfə ictimaiyyətə canlı yayımlanması olacaq.
Həsənin dekabrın 3-də Fort-Hud hərbi bazasında hərbçilərdən ibarət atıcı dəstə tərəfindən güllələnərək edam edilməsi planlaşdırılır. O, 2009-cu ildə həmin bazada 13 nəfərin ölümü və 32 nəfərin yaralanması ilə nəticələnən silahlı hücum törədib.
Plan həyata keçirilərsə, bu, ABŞ ordusunda 1945-ci ildən bəri atıcı dəstə tərəfindən həyata keçirilən ilk edam olacaq.
Adının açıqlanmasını istəməyən Pentaqon rəsmisi edamın canlı yayımlanması planını təsdiqləyib. Onun sözlərinə görə, əlavə təfərrüatlar daha sonra açıqlanacaq.
ABŞ-nin müdafiə naziri Pit Heqset də edamın ictimaiyyətə açıq olacağını bildirib.
Edamın canlı yayımlanması ABŞ-də uzun illərdir mövcud olan təcrübədən fərqlənir. Əvvəllər media qurumları edamların televiziya ilə yayımlanmasına icazə istəsələr də, məhkəmələr bu müraciətləri rədd ediblər.
Dünyada ictimai edamlar getdikcə azalsa da, son illərdə İran və Talibanın idarə etdiyi Əfqanıstanda belə hallar qeydə alınıb.
ABŞ-də qanunla icazə verilmiş sonuncu ictimai edam 1936-cı ildə keçirilib. Həmin vaxt ağdərili qadını zorlamaqda təqsirli bilinən qaradərili kişi minlərlə insanın gözü qarşısında asılaraq edam edilib.
Nidal Həsən 2013-cü ilin avqustunda 45 ittiham üzrə təqsirli bilinərək ölüm cəzasına məhkum edilib.
O, hücumu Əfqanıstana göndərilməzdən az əvvəl törədib.
Atışma zamanı polis tərəfindən yaralanan Həsən qismən iflic olub və hazırda əlil arabasından istifadə edir.
Pentaqonun məlumatına görə, Prezident Donald Tramp müdafiə naziri Pit Heqsetin tövsiyəsi əsasında edamın icrasına razılıq verib.
Ağ Ev Trampın edamın canlı yayımlanmasını dəstəklədiyinə dair açıqlama verməyib və bununla bağlı sualları Müdafiə Nazirliyinə yönləndirib.
Bu qərar ABŞ-də ölüm cəzası və xüsusilə ölümcül inyeksiya üsulu ilə bağlı problemlərin yenidən müzakirə olunduğu bir vaxtda açıqlanıb.
Sentyabrın 30-da Tennessi ştatında ölüm cəzasına məhkum edilmiş Krista Paykın edamı baş tutmayıb. İki dəfə ölümcül preparat vurulmasına baxmayaraq, o, sağ qalıb və xəstəxanaya yerləşdirilib.
Ölümcül inyeksiya üçün istifadə olunan dərmanların çatışmazlığı və bu üsulun etibarlılığı ilə bağlı narahatlıqlar alternativ edam üsullarının müzakirəsini yenidən gündəmə gətirib.
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-də Manilada Filippin Prezidenti Ferdinand Markosla görüşür. Onun daha sonra Çində Si Cinpin və Vladimir Putinlə danışıqlar aparması planlaşdırılır.
Asiya-Sakit okean regionunun liderləri Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü sammiti üçün Çinin cənubundakı Şencen şəhərində toplaşırlar. Sammitdə əsas diqqət ticarət, iqtisadi əməkdaşlıq və süni intellekt məsələlərinə yönəlib.
AnewZ-un 17 noyabr tarixli gündəlik icmalında beynəlxalq görüşlərin əsas məqamlarına nəzər salırıq. İslamabadda ticarət, Manilada dəniz təhlükəsizliyi, Çində böyük dövlətlərin münasibətləri, Türkiyədə iqlim maliyyəsi, Brüsseldə isə Ukraynanın təhlükəsizliyi müzakirə olunur.
ABŞ ilə Rusiyanın mümkün sövdələşmə üçün şərtlər formalaşdırması Ukraynanın başı üzərində kəskin bir qılınc kimi asılıb.
ABŞ Prezidenti Donald Tramp Filippinin paytaxtı Manilada keçirilən ASEAN-ın 49-cu sammitində iştirak etmək üçün ölkəyə gedib. Dünya liderlərinin görüşündə ticarət, regional təhlükəsizlik və Çinlə münasibətlərdə yaranan gərginlik əsas müzakirə mövzularıdır.
ABŞ Prezidenti Donald Tramp Çinin Şencen şəhərində keçirilən APEC sammitində iştirak edir. Onun əvvəlcə Çin Xalq Respublikasının Sədri Si Cinpinlə ikitərəfli, daha sonra isə Rusiya Prezidenti Vladimir Putinin də iştirak edəcəyi üçtərəfli görüş keçirməsi gözlənilir.
Səudiyyə Ərəbistanı Yəməndəki husilərə qarşı hərbi əməliyyatların daha altı ay davam edə biləcəyini gözləyir. Ər-Riyad sülh danışıqlarına başlamazdan əvvəl Yəməndəki müttəfiqlərinin yeni əraziləri ələ keçirməsinə çalışır. Bu arada husilərin ölkəyə hücumları gündəlik həyata ciddi təsir göstərir.
Çinin cənubundakı Şencen şəhərində noyabrın 18–19-da Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü liderlər sammiti keçirilir. Tədbirdə artan qlobal gərginlik fonunda ticarət, texnologiya və regional əməkdaşlıq məsələləri müzakirə olunur.
Ukraynanın Rusiyanın işğalı altında olan Krım yarımadasını Rusiya ilə birləşdirən Kerç körpüsünün bir hissəsini dağıtmasından bir gün sonra, noyabrın 18-də Rusiya və Ukraynada infrastruktur obyektlərinə yeni hücumlar olub.
“Syrian Airlines” aviaşirkəti Bəşər Əsəd hakimiyyətinin 2024-cü ilin dekabrında süqutundan təxminən iki il sonra Hələb və Moskva arasında birbaşa uçuşları bərpa edib. İlk reys noyabrın 18-də Hələbdən yola düşüb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın