Zəfər Günündə Qarabağda Azərbaycan–Türkiyə həmrəyliyi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Zəfər Günü münasibətilə Azərbaycana səfər edib. Səfər çərçivəsində iki ölkə liderinin görüşləri...
Cənubi Koreya ordusunun məlumatına görə, Şimali Koreya oktyabrın 12-də şərq sahilləri yaxınlığındakı dənizə doğru bir neçə ballistik raket buraxıb. Bu, Pxenyanın son bir ayda dördüncü raket sınağıdır. Hadisə Cənubi Koreyanın hipersəs raketini sınaqdan keçirməsindən bir neçə gün sonra baş verib.
Cənubi Koreyanın Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsi bildirib ki, Şimali Koreya yerli vaxtla saat 09:20 radələrində müxtəlif növlü olduğu ehtimal edilən ballistik raketlər buraxıb.
Raket növlərindən birinin 900 kilometrdən çox məsafə qət etdiyi bildirilir.
Bundan əvvəl Yaponiyanın Sahil Mühafizə Xidməti Şimali Koreyanın ballistik raket olduğu ehtimal edilən iki naməlum obyekt buraxdığını açıqlayıb. Qurumun məlumatına görə, hər iki obyektin artıq düşdüyü ehtimal edilir.
Cənubi Koreyanın Milli Təhlükəsizlik İdarəsi fövqəladə iclas keçirərək raket buraxılışlarını BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması kimi qiymətləndirib.
Seul Pxenyanı bu cür addımları dayandırmağa çağırıb.
Şimali Koreyaya nüvə silahı və ballistik raket proqramlarının inkişafını məhdudlaşdırmaq məqsədilə 2006-cı ildən BMT sanksiyaları tətbiq edilir.
Son həftələr iki Koreya arasında gərginlik artıb. Hər iki ölkə silah sınaqları keçirib.
Ötən həftə Cənubi Koreya Prezidenti Li Çje Myon ölkənin ilk hipersəs raketinin sınaq buraxılışını şəxsən izləyib.
Cənubi Koreya prezidentinin raket sınağında açıq şəkildə iştirak etməsi nadir haldır.
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sözçüsü oktyabrın 12-dəki raket buraxılışlarını Seulun uğurlu hipersəs raketi sınağına cavab olaraq güc nümayişi və Şimali Koreyanın raket imkanlarının nümayişi kimi qiymətləndirib.
Şimali Koreya bundan əvvəl oktyabrın 3-də ballistik raket buraxıb.
Ölkənin dövlət informasiya agentliyi “KCNA”nın məlumatına görə, həmin gün lider Kim Çen Inın nəzarəti altında hipersəs raketi sınaqdan keçirilib.
Raket sınaqları ötən ay sərhəddə baş verən mina partlayışından sonra keçirilib. Partlayış nəticəsində üç Cənubi Koreya hərbçisi yaralanıb.
Seul minaların Şimali Koreya tərəfindən yerləşdirildiyini bildirərək Pxenyandan üzr tələb edib.
Şimali Koreya isə ittihamları rədd edərək Cənubi Koreyanı təxribatda günahlandırıb.
Pxenyan bu il 10 dəfədən çox raket sınağı keçirib. Onlardan dördü son bir ayda baş tutub.
Raket sınaqları Tramp ilə mümkün görüş ərəfəsində Şimali Koreyanın mövqeyini gücləndirə bilər.
Teccon Universitetinin professoru, Cənubi Koreya Müdafiə Nazirliyinin keçmiş rəsmisi Sonq Sonq-conqun fikrincə, son vaxtlar raket sınaqlarının qeyri-adi dərəcədə artması Pxenyanın Kim Çen In və ABŞ Prezidenti Donald Tramp arasında mümkün görüş ərəfəsində mövqeyini gücləndirməyə çalışdığını göstərir.
Onun fikrincə, Şimali Koreya lideri Kim Çen In ABŞ Prezidenti Donald Trampla mümkün görüşdən əvvəl danışıqlarda üstünlük qazanmağa çalışır.
“Onlar Trampla görüşməzdən əvvəl öz mövqelərini mütləq gücləndirməlidirlər”, – professor bildirib.
Polşanın Krakov şəhərinin mərkəzi meydanında silahlı hücum nəticəsində azı 6 nəfər həlak olub, 15 nəfər yaralanıb. Bu barədə Polşa rəsmiləri məlumat veriblər.
Azərbaycan, ABŞ və Ermənistan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsini sürətləndirmək üçün üçtərəfli texniki işçi qruplarının fəaliyyətinə başlayıblar. Bu, 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmaların icrasında növbəti addımdır.
Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı Xankəndidə Zəfər tağını ziyarət edərək önünə əklil qoyub.
Yeni Zelandiyada keçirilən parlament seçkilərində hakim sağ-mərkəzçi Milli Partiya müxalifətdəki Leyboristlər Partiyasını cüzi fərqlə qabaqlayır. İlkin proqnozlara görə, hazırkı üçpartiyalı hakim koalisiya iqtidarda qala bilər.
Azərbaycanda noyabrın 8-də Zəfər Gününün altıncı ildönümü qeyd olunur. Bu əlamətdar tarix 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi ilə bağlıdır.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) noyabrın 8-də ABŞ-nin silah və sanksiyalarla məhdudlaşdırılan digər materialların daşınmasının qarşısını almaq üçün başlatdığı yeni əməliyyatın nəticə verməyəcəyini bildirib.
Polşada Krakov şəhərində altı nəfərin ölümü ilə nəticələnən kütləvi atışmadan sonra noyabrın 8-də ölkə üzrə ikigünlük matəm elan edilib. Polis hadisə ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib.
Türkiyənin Antalya şəhərində noyabrın 9-da başlayacaq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) ərəfəsində təhlükəsizlik tədbirləri gücləndirilib.
Rusiyanın noyabrın 8-nə keçən gecə Ukraynanın Dnepropetrovsk vilayətinin enerji infrastrukturuna endirdiyi zərbələr nəticəsində 600 mindən çox sakin elektrik enerjisiz qalıb. Bu barədə Ukraynanın DTEK enerji şirkəti məlumat yayıb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi və Yəməndə husilərə qarşı döyüşən koalisiya noyabrın 8-də İranın dəstəklədiyi qruplaşmanın Ər-Riyad istiqamətində atdığı iki ballistik raketin havada vurularaq məhv edildiyini açıqlayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın