Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Argentina Folklend adaları yaxınlığında Birləşmiş Krallığın icazəsi ilə həyata keçirilən neft layihəsinin dayandırılması üçün Beynəlxalq Dəniz Hüququ Tribunalına müraciət edib. Bu addım Cənubi Atlantik okeanında yerləşən adalar üzərindəki suverenliklə bağlı mübahisəni daha da gərginləşdirib.
Argentina hökuməti oktyabrın 13-də bildirib ki, Şimali Folklend hövzəsinin kontinental şelfində Birləşmiş Krallıq və İsrail şirkətlərinin həyata keçirdiyi iri dəniz neft layihəsinin dayandırılması üçün müvəqqəti tədbirlər görülməsini istəyib.
Buenos-Ayresin bəyanatına görə, layihəyə birtərəfli qaydada, qanunsuz olaraq icazə verilib. Argentinanın xarici işlər naziri Pablo Kirno bildirib ki, məqsəd “Sea Lion” neft yatağının işlənməsinə başlanmasının və ya bu istiqamətdə aparılan işlərin davam etdirilməsinin qarşısını almaqdır.
Birləşmiş Krallığın Xarici İşlər Nazirliyində nazir vəzifəsini tutan Uma Kumaran parlamentdə çıxışı zamanı adalarda qanuni kommersiya fəaliyyətinin qanuni olaraq qaldığını bildirib.
O qeyd edib ki, London tribunalla əməkdaşlıq edəcək, lakin prosesin gedişi barədə mütəmadi açıqlama verməyəcək.
Kumaranın sözlərinə görə, Argentinanın müraciəti beynəlxalq məhkəmə qərarı deyil və Folklend adaları hökumətinin verdiyi lisenziyaları qüvvədən salmır.
Birləşmiş Krallıq həmçinin şirkətləri Argentina qanunvericiliyinin tələblərini yerinə yetirməyə məcbur etmək məqsədilə göstərilən təzyiqlərdən qorumaq üçün hüquqi tədbirlər görəcəyini açıqlayıb.
Neft yatağı Folklend adalarından təxminən 220 kilometr şimalda yerləşir. Layihədə İsrailin “Navitas Petroleum” şirkətinin payı 65, Birləşmiş Krallığın “Rockhopper Exploration” şirkətinin payı isə 35 faizdir. Yataqda neft hasilatına 2028-ci ildə başlanılması gözlənilir.
Argentina Prezidenti Xavyer Miley sentyabrın 28-də BMT-nin Dəniz Hüququ Konvensiyasına əsasən, Birləşmiş Krallığa qarşı arbitraj prosesinin başlanılması barədə göstəriş verib. O, Londona cavab vermək üçün iki həftə vaxt tanıyıb.
Beynəlxalq Dəniz Hüququ Tribunalı arbitraj tribunalı formalaşdırılan müddətdə müvəqqəti tədbirlər barədə qərar qəbul edə bilər. Bunun üçün tribunal işə baxmaq üçün ilkin yurisdiksiya əsaslarının mövcudluğunu və məsələnin təcili xarakter daşıdığını müəyyən etməlidir.
Lakin belə tədbirlər adaların suverenliyi ilə bağlı mübahisəni həll etməyəcək.
Sentyabrda Miley hökuməti Argentinanın icazəsi olmadan Folklend adalarında fəaliyyət göstərən şirkətlərə tətbiq olunan cəzaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsi də təqdim edib. Konqres hələ sənədi təsdiqləməyib.
Argentinada Malvin adaları kimi tanınan Folklend adaları 1833-cü ildən Birləşmiş Krallığın nəzarətindədir. Argentina ölkənin cənubundakı Pataqoniya sahillərindən 480 kilometr şərqdə yerləşən adaların XIX əsrdə qanunsuz olaraq əlindən alındığını bildirir.
1982-ci ildə Argentina adalara qoşun yeridib. Nəticədə 74 gün davam edən və Birləşmiş Krallığın qələbəsi ilə başa çatan müharibə başlayıb. Müharibədə təxminən 650 argentinalı və 255 britaniyalı həlak olub.
2013-cü ildə keçirilən referendumda ada sakinləri ərazinin Birləşmiş Krallığın dənizaşırı ərazisi statusunun saxlanılmasını dəstəkləyiblər. Səsvermədə 1 513 nəfər bu statusun saxlanılmasına, 3 nəfər isə əleyhinə səs verib. Referendumda seçicilərin 92 faizi iştirak edib.
London bildirib ki, ada sakinləri özləri tələb etmədikcə suverenlik məsələsi müzakirə olunmayacaq.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin müəyyənləşdirilməsi üçün süni intellektə əsaslanan yeni proqram təminatını təqdim etməyə hazırlaşır.
ABŞ-nin xüsusi nümayəndəsi Cared Kuşner bildirib ki, Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin müəyyən şərtlər daxilində sülh sazişi bağlamağa hazır olduğuna inanır. O, bu açıqlamanı Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə başlayan ikigünlük danışıqlar zamanı verib.
Bolqarıstanın şərqində qatı duman səbəbindən magistral yolun hər iki istiqamətində onlarla avtomobilin toqquşması nəticəsində azı 12 nəfər həlak olub, 46 nəfər yaralanıb. Qəza noyabrın 10-da baş verib.
ABŞ Prezidenti Donald Tramp Fars körfəzi ölkələrinin müraciətindən sonra İrana yeni zərbələri hələlik təxirə salacağını bildirib. Onun sözlərinə görə, ABŞ-nin Hörmüz boğazındakı dəniz blokadası qüvvədə qalacaq.
ABŞ ordusu İranla əlaqəli olduğu bildirilən təhdidə görə Birləşmiş Krallıqdakı ikinci hərbi hava bazasından da təyyarələrini başqa yerlərə köçürüb. Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın