Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Roma Papası Leonun sağ ağciyərinin aşağı payı cərrahi əməliyyatla çıxarılıb. Əməliyyat zamanı aparılan toxuma müayinəsi ağciyər xərçənginin ən geniş yayılmış növü olan adenokarsinoma diaqnozunu təsdiqləyib. Vatikanın məlumatına görə, şiş planlı tibbi müayinə zamanı aşkarlanıb.
Lakin xəstəliyin mərhələsi və digər orqanlara yayılması barədə hələ məlumat yoxdur.
Ağciyər adenokarsinoması selik kimi maddələr ifraz edən vəzi hüceyrələrində inkişaf edən xərçəng növüdür. Xəstəlik adətən ağciyərlərin tənəffüs yollarını və hava kisəciklərini örtən hüceyrələrdə, əsasən, ağciyərlərin kənar hissələrində yaranır.
Bu xəstəlik ağciyər xərçəngi hallarının təxminən 80–85 faizini təşkil edən qeyri-kiçikhüceyrəli ağciyər xərçənginin (NSCLC) bir növüdür. Amerika Ağciyər Xərçəngi Fondunun məlumatına görə, adenokarsinoma qeyri-kiçikhüceyrəli ağciyər xərçənginin ən geniş yayılmış alt növüdür və bütün ağciyər xərçəngi hallarının təxminən 40 faizini təşkil edir.

Adenokarsinoma ağciyər xərçənginin bəzi digər növlərinə nisbətən daha yavaş inkişaf edir. Bu səbəbdən xəstəlik bəzən yayılmadan əvvəl aşkarlana bilər. Bununla belə, inkişaf sürəti hər pasiyentdə fərqli olur və hətta yavaş böyüyən şişlər də təhlükəli ola bilər.
Siqaret çəkmək adenokarsinoma da daxil olmaqla ağciyər xərçənginin əsas risk faktorudur. Lakin xəstəlik heç vaxt siqaret çəkməyən insanlarda da aşkarlanır. Adenokarsinoma siqaret çəkməyənlərdə ən çox rast gəlinən ağciyər xərçəngi növüdür.
Digər risk faktorlarına passiv siqaret çəkmə, radon qazına və çirkli havaya məruz qalma, eləcə də iş yerində müəyyən təhlükəli maddələrlə təmas daxildir. Ailədə ağciyər xərçəngi hallarının olması da riski artıra bilər.
Beləliklə, bu xəstəlik yalnız siqaret çəkən və ya əvvəllər siqaret çəkmiş insanlarda yaranmır.
Ağciyər adenokarsinoması, xüsusilə erkən mərhələlərdə, aydın əlamətlər vermədən inkişaf edə bilər. Bəzi hallarda xəstəlik təsadüfən, görüntüləmə və ya planlı tibbi müayinələr zamanı aşkarlanır.
Xəstəliyin mümkün əlamətləri bunlardır:
Bu əlamətlər yalnız ağciyər xərçənginə xas deyil və başqa səbəblərdən də yarana bilər.
Papa Leonun vəziyyətində Vatikan şişin planlı tibbi müayinə zamanı aşkarlandığını bildirib. Papa şişin məhdud ərazidə qaldığını və erkən aşkarlandığını qeyd edib. Bununla belə, xəstəliyin nə dərəcədə irəlilədiyini müəyyənləşdirmək üçün əlavə tibbi məlumatlara ehtiyac var.

Müalicə şişin ölçüsündən və yerləşdiyi nahiyədən, yaxınlıqdakı limfa düyünlərinə və ya digər orqanlara yayılmasından, eləcə də pasiyentin ümumi sağlamlıq vəziyyətindən asılıdır.
Xərçəng yalnız ağciyərlə məhdudlaşdıqda şişin cərrahi yolla çıxarılması xəstəlikdən sağalmaq üçün ən yaxşı imkanlardan birini yarada bilər.
Papa Leo lobektomiya əməliyyatı keçirib. Bu əməliyyat zamanı ağciyərin pay adlanan anatomik hissələrindən biri bütövlükdə çıxarılır. Sağ ağciyər üç, sol ağciyər isə iki paydan ibarətdir. Cərrahlar cərrahi üsulla Papanın sağ ağciyərinin aşağı payını çıxarıblar.
Vatikan əməliyyatın uğurla başa çatdığını və hər hansı ağırlaşmanın qeydə alınmadığını bildirib. Əməliyyatın məqsədi xərçəng toxumasını çıxarmaq olsa da, əlavə müalicəyə ehtiyac yaranacağı hələ məlum deyil.
Xəstəliyin mərhələsindən və xüsusiyyətlərindən asılı olaraq kimyaterapiya, şüa terapiyası, hədəflənmiş terapiya və ya immunoterapiya da tətbiq oluna bilər.
Hədəflənmiş terapiya xərçəng hüceyrələrindəki müəyyən molekulyar dəyişikliklərə qarşı yönəlir. İmmunoterapiya isə orqanizmin immun sisteminə xərçəng hüceyrələrini tanımağa və onlarla mübarizə aparmağa kömək edir.
Əməliyyatdan sonrakı müayinələr xərçəng hüceyrələrinin orqanizmdə qalması və ya xəstəliyin təkrarlanması ehtimalını göstərərsə, əlavə müalicə tövsiyə oluna bilər.
Xəstəliyin proqnozu əsasən diaqnoz qoyulan vaxt xərçəngin yayılma dərəcəsindən asılıdır.
Həkimlər şişin ölçüsünü və yerləşdiyi nahiyəni, xərçəngin yaxınlıqdakı limfa düyünlərinə və digər orqanlara yayılmasını qiymətləndirirlər. Bu məlumatlar xəstəliyin mərhələsini müəyyənləşdirməyə və müalicə üsulunu seçməyə kömək edir.
Amerika Xərçəng Cəmiyyətinin məlumatına görə, qeyri-kiçikhüceyrəli ağciyər xərçəngi üçün beşillik nisbi sağqalma göstəriciləri təxminən belədir:
Bu göstəricilər böyük pasiyent qruplarının müalicə nəticələrinə əsaslanır və konkret şəxsin sağqalma ehtimalını dəqiq proqnozlaşdırmağa imkan vermir. Statistik məlumatlar yalnız adenokarsinomanı deyil, qeyri-kiçikhüceyrəli ağciyər xərçənginin bütün növlərini əhatə edir.
Müalicənin nəticələri şişin xüsusiyyətlərindən, pasiyentin ümumi sağlamlıq vəziyyətindən və mövcud müalicə imkanlarından asılı olaraq dəyişir. Xərçəngin müalicəsində əldə olunan irəliləyişlər bu gün diaqnoz qoyulan pasiyentlər üçün daha əlverişli proqnoz yarada bilər.
71 yaşlı Papa planlı tibbi müayinə zamanı ağciyərində törəmə aşkarlandıqdan sonra Romanın “Cemelli” xəstəxanasında əməliyyat olunub. Vatikanın məlumatına görə, əməliyyat zamanı aparılan toxuma analizləri ağciyər adenokarsinoması ilə bağlı ilkin diaqnozu təsdiqləyib.
Əməliyyatdan sonra Papa normal şəkildə özünə gəlib və bərpa dövrünü keçirmək üçün xəstəxana palatasına köçürülüb.
Vatikan onun təxminən bir həftə xəstəxanada qalacağını, oktyabrın 20-dək planlaşdırılan ictimai tədbirlərin ləğv edildiyini bildirib.
Vatikan diaqnozu və əməliyyatın uğurla başa çatdığını təsdiqləsə də, xərçəngin mərhələsi, yayılma dərəcəsi və əlavə müalicəyə ehtiyac barədə hələ məlumat açıqlamayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin müəyyənləşdirilməsi üçün süni intellektə əsaslanan yeni proqram təminatını təqdim etməyə hazırlaşır.
ABŞ-nin xüsusi nümayəndəsi Cared Kuşner bildirib ki, Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin müəyyən şərtlər daxilində sülh sazişi bağlamağa hazır olduğuna inanır. O, bu açıqlamanı Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə başlayan ikigünlük danışıqlar zamanı verib.
Bolqarıstanın şərqində qatı duman səbəbindən magistral yolun hər iki istiqamətində onlarla avtomobilin toqquşması nəticəsində azı 12 nəfər həlak olub, 46 nəfər yaralanıb. Qəza noyabrın 10-da baş verib.
ABŞ Prezidenti Donald Tramp Fars körfəzi ölkələrinin müraciətindən sonra İrana yeni zərbələri hələlik təxirə salacağını bildirib. Onun sözlərinə görə, ABŞ-nin Hörmüz boğazındakı dəniz blokadası qüvvədə qalacaq.
ABŞ ordusu İranla əlaqəli olduğu bildirilən təhdidə görə Birləşmiş Krallıqdakı ikinci hərbi hava bazasından da təyyarələrini başqa yerlərə köçürüb. Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın