Zəfər Günündə Qarabağda Azərbaycan–Türkiyə həmrəyliyi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Zəfər Günü münasibətilə Azərbaycana səfər edib. Səfər çərçivəsində iki ölkə liderinin görüşləri...
BMT-nin yüksək səviyyəli rəsmisi xəbərdarlıq edib ki, ABŞ və İranın yaxın həftələrdə BMT-nin dəstəklədiyi gübrə daşınması planı üzrə razılığa gələ bilməməsi Asiya və Afrikanın bəzi bölgələrində ciddi ərzaq təhlükəsizliyi böhranına yol aça bilər.
BMT-nin Layihələrə Xidmət Ofisinin (UNOPS) icraçı direktoru və Hörmüz boğazı üzrə BMT Xüsusi Tapşırıq Qrupunun əlaqələndiricisi Xorxe Moreyra da Silva bəyan edib ki, təklif olunan sistem Vaşinqton və Tehran razılığa gəldikdən sonra 7–10 gün ərzində fəaliyyətə başlaya bilər.
“Müqavilənin yaxın həftələrdə bağlanması həyati əhəmiyyət kəsb edir. Əks halda, əkin mövsümünü qaçıracağıq”, – deyə o, Banqkokda Beynəlxalq Valyuta Fondu və Dünya Bankının illik toplantıları çərçivəsində bildirib.
BMT boğaz vasitəsilə gübrə və müvafiq xammalın təhlükəsiz daşınması mexanizmini hazırlamaq üçün mart ayında xüsusi tapşırıq qrupu yaradıb. Plan hazırdır, lakin hələ də münaqişə tərəflərinin və region ölkələrinin təsdiqini tələb edir.
Təklifə əsasən, Omandakı koordinasiya mərkəzi gəmiləri qeydiyyata alacaq və keçidi təşkil edəcək, BMT müşahidəçiləri isə yükü yoxlamaq üçün yerli hakimiyyət orqanları ilə birgə işləyəcək. Moreyra da Silvanın sözlərinə görə, bu mexanizm hər gün 5 gəminin boğazdan keçməsinə şərait yarada bilər.
Münaqişədən əvvəl dünyada ən çox istifadə olunan gübrə – karbamid ticarətinin təxminən üçdə biri və dəniz yolu ilə daşınan kükürdün yarıya yaxını Hörmüz boğazının payına düşürdü. Bu su yolu həm də qlobal neft daşımaları üçün həyati marşrutdur.
Moreyra da Silvanın sitat gətirdiyi BMT təhlili göstərir ki, gündəlik gəmi hərəkəti müharibədən əvvəlki 130 gəmidən ötən həftə ərzində təxminən 5 gəmiyə düşüb ki, bu da 95 faizdən çox azalma deməkdir.
Fevralın sonunda münaqişə başlayandan bəri gübrə qiymətlərinin 25–30 faiz artdığını bildirən rəsmi yüksələn gübrə, enerji və nəqliyyat xərclərinin zəruri kənd təsərrüfatı tədarükünü çətinləşdirdiyini, məhsuldarlığı təhlükəyə atdığını və ərzaq qiymətlərini artırdığını diqqətə çatdırıb.
BMT rəsmisi Dünya Ərzaq Proqramının qiymətləndirmələrinə istinadən əlavə edib ki, bu axsamalar nəticəsində təxminən 45 milyon insan kəskin ərzaq qıtlığı ilə üzləşə bilər. Beynəlxalq Ticarət Palatasının avqust ayındakı hesabatında da xəbərdarlıq edilib ki, uzunmüddətli fasilələr xammal qiymətlərini taxıl üçün 81, yağlı bitkilər üçün 66 və heyvandarlıq məhsulları üçün 30 faizədək artıra bilər.
Qara dənizdə yük gəmilərinə hücumlar və İranın dəstəklədiyi husi silahlılarının Qırmızı dənizdəki mühüm dəniz marşrutuna təhdidləri qlobal ərzaq təchizatı ilə bağlı narahatlıqları daha da artırır.
İyun ayında müvəqqəti atəşkəs pozulduqdan bəri Vaşinqton və Tehran vasitəçilər vasitəsilə təkliflər mübadiləsi aparsa da, Hörmüz boğazının açılması ilə bağlı danışıqlar çıxılmaz vəziyyətdə qalır. İran su yolunun açılması üçün şərtlər irəli sürür, ABŞ isə danışıqların lap əvvəldən Tehranın nüvə proqramını əhatə etməsində israr edir.
Moreyra da Silva BMT mexanizminin daha geniş danışıqlardan asılı olmayaraq tətbiq oluna biləcəyini, diplomatiya davam edərkən gübrə daşımalarının bərpasına imkan yaradacağını vurğulayıb:
“Təxirəsalınmaz prioritet riskləri azaltmaq, mülki şəxsləri və mülki infrastrukturu qorumaq, etimad mühiti yaratmaq və boğaz vasitəsilə təhlükəsiz, proqnozlaşdırılan hərəkəti bərpa etmək olmalıdır”.
Polşanın Krakov şəhərinin mərkəzi meydanında silahlı hücum nəticəsində azı 6 nəfər həlak olub, 15 nəfər yaralanıb. Bu barədə Polşa rəsmiləri məlumat veriblər.
Azərbaycan, ABŞ və Ermənistan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsini sürətləndirmək üçün üçtərəfli texniki işçi qruplarının fəaliyyətinə başlayıblar. Bu, 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmaların icrasında növbəti addımdır.
Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı Xankəndidə Zəfər tağını ziyarət edərək önünə əklil qoyub.
Yeni Zelandiyada keçirilən parlament seçkilərində hakim sağ-mərkəzçi Milli Partiya müxalifətdəki Leyboristlər Partiyasını cüzi fərqlə qabaqlayır. İlkin proqnozlara görə, hazırkı üçpartiyalı hakim koalisiya iqtidarda qala bilər.
Azərbaycanda noyabrın 8-də Zəfər Gününün altıncı ildönümü qeyd olunur. Bu əlamətdar tarix 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi ilə bağlıdır.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) noyabrın 8-də ABŞ-nin silah və sanksiyalarla məhdudlaşdırılan digər materialların daşınmasının qarşısını almaq üçün başlatdığı yeni əməliyyatın nəticə verməyəcəyini bildirib.
Polşada Krakov şəhərində altı nəfərin ölümü ilə nəticələnən kütləvi atışmadan sonra noyabrın 8-də ölkə üzrə ikigünlük matəm elan edilib. Polis hadisə ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib.
Türkiyənin Antalya şəhərində noyabrın 9-da başlayacaq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) ərəfəsində təhlükəsizlik tədbirləri gücləndirilib.
Rusiyanın noyabrın 8-nə keçən gecə Ukraynanın Dnepropetrovsk vilayətinin enerji infrastrukturuna endirdiyi zərbələr nəticəsində 600 mindən çox sakin elektrik enerjisiz qalıb. Bu barədə Ukraynanın DTEK enerji şirkəti məlumat yayıb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi və Yəməndə husilərə qarşı döyüşən koalisiya noyabrın 8-də İranın dəstəklədiyi qruplaşmanın Ər-Riyad istiqamətində atdığı iki ballistik raketin havada vurularaq məhv edildiyini açıqlayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın