Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Keniyada Ebola virusuna ikinci yoluxma halı təsdiqlənib. Ölkədə ilk yoluxmanın bu ayın əvvəlində aşkarlanmasından sonra səhiyyə qurumları virusun yayılmasının qarşısını almaq üçün tədbirləri gücləndirib.
Keniya Səhiyyə Nazirliyinin məlumatına görə, ikinci xəstə ilk yoluxmuş şəxsin 39 yaşlı qohumudur. O, qızdırma, halsızlıq və oynaq ağrıları başlamazdan əvvəl karantinə alınıb. Xəstəlik əlamətləri müşahidə edildikdən sonra isə dərhal təcrid olunub.
Səhiyyə qurumları hər iki yoluxma halının bir-biri ilə əlaqəli olduğunu bildirib. Hazırda virusun müəyyən edilmiş təmas zəncirindən kənara yayıldığını göstərən sübut yoxdur.
Keniyada bu ay ilk dəfə Ebola virusuna yoluxma qeydə alınıb. İkinci yoluxma halının aşkarlanması isə ölkədə narahatlığı artırıb.
Keniya Konqo Demokratik Respublikasında davam edən Ebola epidemiyası ilə əlaqəli yoluxmaların qeydə alındığı dördüncü ölkədir. “Bundibugyo” ştamının səbəb olduğu epidemiyada 9 mindən çox yoluxma və 4 mindən artıq ölüm halının qeydə alındığı bildirilir.
Keniyada ilk Ebola xəstəsi oktyabrın 5-də Nayrobidəki xəstəxanalardan birində vəfat edib. Həmin şəxs Konqodan Uqanda üzərindən Keniyaya gəlib.
Məlumata görə, yoluxmuş şəxs epidemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, Uqandaya keçə bilib.
Bundan sonra səhiyyə qurumları xəstə ilə təmasda olmuş şəxslərin müəyyənləşdirilməsinə başlayıb.
Rəsmilərin məlumatına əsasən, ilk xəstə ilə təmasda olmuş 128 nəfərdən 113-nün yeri müəyyən edilib. Onlardan 108-i hazırda karantindədir.
Təmasda olmuş şəxslərdən beşinin Keniya xaricində olduğu bildirilir. Bu barədə müvafiq ölkələrin səhiyyə qurumlarına məlumat verilib. Digər şəxslərin tapılması istiqamətində işlər davam etdirilir.
Eyni zamanda, ikinci xəstə ilə təmasda ola biləcək şəxslərin, o cümlədən tibb işçilərinin və karantin müəssisəsinin əməkdaşlarının müəyyənləşdirilməsi üçün əlavə araşdırmalar aparılır.
İlk yoluxma halı aşkarlandıqdan sonra Keniya hakimiyyəti Nayrobidəki “Jomo Kenyatta” beynəlxalq hava limanında tibbi yoxlamaları gücləndirib.
Konqodan və epidemiya ilə əlaqəli ola biləcək digər ərazilərdən gələn sərnişinlərin yoxlanılması üçün ayrıca keçid yaradılıb.
Lakin səhiyyə mütəxəssisləri bildirirlər ki, Ebola virusunu ilkin mərhələdə aşkar etmək çətindir. Çünki xəstəliyin ilk əlamətləri digər geniş yayılmış xəstəliklərin simptomlarına bənzəyir.
Bundan başqa, sərnişinlər səfərdən əvvəl qızdırmasalıcı dərman qəbul etdikdə bədən temperaturunun ölçülməsi yoluxmanın aşkarlanmasında kifayət qədər effektiv olmaya bilər.
Ebola virusu yoluxmuş şəxslərin bədən mayeləri ilə birbaşa təmas nəticəsində yayılır. Xəstəlik qızdırma, qusma, ishal, ağır hallarda isə daxili və xarici qanaxmaya səbəb ola bilər.
Konqoda davam edən epidemiyaya virusun nadir rast gəlinən “Bundibugyo” ştamı səbəb olub. Hazırda bu ştama qarşı təsdiqlənmiş peyvənd və xüsusi müalicə vasitəsi yoxdur.
Keniya hakimiyyəti əhalini təşvişə düşməməyə və ehtiyatlı olmağa çağırıb.
Rəsmilərin fikrincə, ikinci xəstənin hələ simptomlar yaranmazdan əvvəl karantinə yerləşdirilməsi və yoluxmanın vaxtında aşkarlanması görülən tədbirlərin nəticə verdiyini göstərir.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin müəyyənləşdirilməsi üçün süni intellektə əsaslanan yeni proqram təminatını təqdim etməyə hazırlaşır.
ABŞ-nin xüsusi nümayəndəsi Cared Kuşner bildirib ki, Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin müəyyən şərtlər daxilində sülh sazişi bağlamağa hazır olduğuna inanır. O, bu açıqlamanı Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə başlayan ikigünlük danışıqlar zamanı verib.
Bolqarıstanın şərqində qatı duman səbəbindən magistral yolun hər iki istiqamətində onlarla avtomobilin toqquşması nəticəsində azı 12 nəfər həlak olub, 46 nəfər yaralanıb. Qəza noyabrın 10-da baş verib.
ABŞ Prezidenti Donald Tramp Fars körfəzi ölkələrinin müraciətindən sonra İrana yeni zərbələri hələlik təxirə salacağını bildirib. Onun sözlərinə görə, ABŞ-nin Hörmüz boğazındakı dəniz blokadası qüvvədə qalacaq.
ABŞ ordusu İranla əlaqəli olduğu bildirilən təhdidə görə Birləşmiş Krallıqdakı ikinci hərbi hava bazasından da təyyarələrini başqa yerlərə köçürüb. Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın