Zəfər Günündə Qarabağda Azərbaycan–Türkiyə həmrəyliyi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Zəfər Günü münasibətilə Azərbaycana səfər edib. Səfər çərçivəsində iki ölkə liderinin görüşləri...
Albaniyada təhsil xərclərinin artmasına və korrupsiyaya qarşı on minlərlə tələbənin etirazı iğtişaşlarla nəticələnib. Baş nazir Edi Rama istefa tələblərini rədd edərək hökumətin fəaliyyətini davam etdirəcəyini bildirib.
Tələbələr universitetlərdə şəraitin yaxşılaşdırılmasını, təhsil xərclərinin azaldılmasını, maliyyə dəstəyinin artırılmasını və məzunlar üçün iş imkanlarının genişləndirilməsini tələb edirlər.
Paytaxt Tiranada pəncərələri sındıran və əmlaka zərər vuran etirazçılara qarşı polis su şırnaqlarından istifadə edib. İğtişaşlar səbəbindən parlamentin planlaşdırılan iclası ləğv olunub.
“Reuters”in suallarını cavablandıran Rama istefa verməyəcəyini bildirib.
“İstefa çağırışlarına gəlincə, hökumətlər demokratik seçkilərlə dəyişir. Ötən il seçki keçirilib, inqilab olmayıb”, – o deyib.
Rama vəzifəsinin insanları dinləmək, haqlı narazılıqları aradan qaldırmaq və ölkənin inkişafını davam etdirmək olduğunu vurğulayıb. Onun sözlərinə görə, istefa vermək Avropa İttifaqına üzvlük danışıqlarını başa çatdırmaq üçün ona güclü mandat verən seçicilərə xəyanət olardı.
Oktyabrın 14-də Tiranada keçirilən aksiya zamanı etirazçılar bir hökumət binasını və iki bankı yandırıb, polisə daş atıblar.
Etirazlar ötən il Aİ-yə üzvlük prosesini sürətləndirmək vədi ilə dördüncü dəfə hökumət qurmaq mandatı qazanan Rama üçün indiyədək ən ciddi sınaq hesab olunur.
Baş nazir artan təhsil xərclərini müzakirə etməyə hazır olduğunu bildirib, lakin zorakılığı qəti şəkildə pisləyib.
“Dövlət qurumlarına hücumun, ictimai əmlakın dağıdılmasının və insanların təhlükəsizliyinin təhdid edilməsinin tələbələrin haqlı tələbləri ilə heç bir əlaqəsi yoxdur”, – o deyib.
Son iğtişaşlardan əvvəl ölkənin cənub sahillərində dəbdəbəli kurort tikintisi planına qarşı aylarla dinc aksiyalar keçirilib. ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin dəstəklədiyi layihə hüquqi mübahisələrə səbəb olub.
İyulda yerli kənd sakinləri “Reuters”ə torpaqlarının razılıqları olmadan tikinti üçün satıldığını bildiriblər. Agentlik mübahisədə birbaşa iştirak etməyən Kuşnerin qanunsuz hərəkətə yol verdiyinə dair sübut tapmayıb.
İğtişaşlardan sonra Tirananın küçələrində yanmış zibil qutuları, zədələnmiş avtobus dayanacaqları və sındırılmış işıqforlar qalıb.
Rama iğtişaşlara baxmayaraq, korrupsiyaya qarşı mübarizəni və ölkənin Aİ-yə üzvlük səylərini davam etdirəcəyini bildirib.
Onu sözlərinə görə, Aİ də bu yaxınlarda Albaniyanın korrupsiyaya qarşı mübarizədə əvvəlkindən daha fəal olduğunu təsdiqləyib.
Baş nazir ölkə daxilində və xaricində bəzi qüvvələrin Albaniyanın üzvlük prosesində uğur qazanmasını istəməyə biləcəyini deyib. O, zorakılığın ölkənin Aİ-yə üzvlük yoluna mane olmasına imkan verməyəcəyini vurğulayıb.
Albaniya və Monteneqro Qərbi Balkanlarda Aİ-yə üzvlük prosesində öndə gedən ölkələr sırasındadır. Tirana 2028-ci ildə ittifaqa qoşulmağı hədəfləyir.
Bununla belə, davam edən korrupsiya qalmaqalları Albaniyanın Aİ-yə üzvlüyə nə dərəcədə hazır olduğunu sual altına qoyur. Siyasi təhlilçilər ölkənin narkotik və silah qaçaqmalçılığından əldə olunan gəlirləri yuyan cinayət şəbəkələri üçün mərkəz rolunu oynadığını da bildirirlər. Bu amil ölkənin Aİ-yə üzvlük səylərini çətinləşdirir.
Polşanın Krakov şəhərinin mərkəzi meydanında silahlı hücum nəticəsində azı 6 nəfər həlak olub, 15 nəfər yaralanıb. Bu barədə Polşa rəsmiləri məlumat veriblər.
Azərbaycan, ABŞ və Ermənistan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsini sürətləndirmək üçün üçtərəfli texniki işçi qruplarının fəaliyyətinə başlayıblar. Bu, 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmaların icrasında növbəti addımdır.
Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı Xankəndidə Zəfər tağını ziyarət edərək önünə əklil qoyub.
Yeni Zelandiyada keçirilən parlament seçkilərində hakim sağ-mərkəzçi Milli Partiya müxalifətdəki Leyboristlər Partiyasını cüzi fərqlə qabaqlayır. İlkin proqnozlara görə, hazırkı üçpartiyalı hakim koalisiya iqtidarda qala bilər.
Azərbaycanda noyabrın 8-də Zəfər Gününün altıncı ildönümü qeyd olunur. Bu əlamətdar tarix 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi ilə bağlıdır.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) noyabrın 8-də ABŞ-nin silah və sanksiyalarla məhdudlaşdırılan digər materialların daşınmasının qarşısını almaq üçün başlatdığı yeni əməliyyatın nəticə verməyəcəyini bildirib.
Polşada Krakov şəhərində altı nəfərin ölümü ilə nəticələnən kütləvi atışmadan sonra noyabrın 8-də ölkə üzrə ikigünlük matəm elan edilib. Polis hadisə ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib.
Türkiyənin Antalya şəhərində noyabrın 9-da başlayacaq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) ərəfəsində təhlükəsizlik tədbirləri gücləndirilib.
Rusiyanın noyabrın 8-nə keçən gecə Ukraynanın Dnepropetrovsk vilayətinin enerji infrastrukturuna endirdiyi zərbələr nəticəsində 600 mindən çox sakin elektrik enerjisiz qalıb. Bu barədə Ukraynanın DTEK enerji şirkəti məlumat yayıb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi və Yəməndə husilərə qarşı döyüşən koalisiya noyabrın 8-də İranın dəstəklədiyi qruplaşmanın Ər-Riyad istiqamətində atdığı iki ballistik raketin havada vurularaq məhv edildiyini açıqlayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın