canlı Tramp APEC sammitində Putinlə üçtərəfli danışıqlardan öncə Si Cinpinlə görüşəcək
ABŞ Prezidenti Donald Tramp Çinin Şencen şəhərində keçirilən APEC sammitində iştirak edir. Onun əvvəlcə Çin Xalq Respublikasının Sədri Si Cinpinlə...
Rumıniya xilasediciləri oktyabrın 16-da ölkənin Qara dəniz sahilləri yaxınlığında pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalan tankerdə itkin düşmüş yeddi dənizçinin axtarışlarını bərpa ediblər.
Bu hücumlar regionun mühüm ticarət marşrutlarından birinin təhlükəsizliyi ilə bağlı narahatlıqlar yaradıb.
İtkin düşənlər San-Marino bayrağı altında üzən “Wine Trader” tankerinin 12 nəfərlik heyətinin üzvləridir. Gəmi Rumıniyanın ərazi sularından kənarda, Sulina kanalından təxminən 13 dəniz mili cənub-şərqdə PUA hücumuna məruz qalıb. Heyətin beş üzvü xilas edilib. Güclü külək və dənizin dalğalı olması isə axtarışları çətinləşdirib.
“Əməkdaşlarımız bu gün gəmidə axtarış aparmaq və heyətin qalan üzvlərini tapmaq üçün əməliyyatı davam etdirməyə qayıdıblar”, – Rumıniya Daxili İşlər Nazirliyindən “Reuters”ə bildirib.
Rumıniya hakimiyyəti təxminən 12 saat ərzində iki tankerə hücum edildiyi barədə məlumat alıb. “Wine Trader” oktyabrın 15-də səhər saatlarında vurulub. Komor adaları bayrağı altında üzən, kimyəvi maddələr və neft daşıyan “Yara J” tankerində isə oktyabrın 14-də gecə saatlarında Rumıniyanın ərazi sularında PUA hücumundan sonra yanğın baş verib.
Rumıniya Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, “Yara J” tankerinin 17 nəfərlik heyəti yanğını öz qüvvələri ilə söndürüb. Heyət üzvlərindən heç biri xəsarət almayıb. Gəmi daha sonra yedəyə alınaraq Konstansa limanına aparılıb.
Rumıniya Prezidenti Nikuşor Dan hər iki gəminin PUA hücumuna məruz qaldığını təsdiqləyib, lakin hücumları kimin həyata keçirdiyini açıqlamayıb. NATO-dakı hərbi mənbə isə PUA-ların Rusiya mənşəli olduğunu bildirib.
Rumıniya hakimiyyəti axtarış-xilasetmə əməliyyatına helikopterlər və xilasetmə gəmiləri cəlb edib. “Wine Trader” tankerindən xilas edilən beş dənizçi tibbi yardım üçün Konstansaya aparılıb.
Son günlər Qara dənizin qərb hissəsində ticarət gəmilərinə hücumlar artıb. Son 10 gündə Rumıniya və qonşu Bolqarıstan sahilləri yaxınlığında ən azı beş başqa yük gəmisi vurulub. Bu hadisələr nəticəsində ən azı 23 dənizçinin öldüyü və ya itkin düşdüyü bildirilir.
Hücuma məruz qalan hər iki tanker Dunay çayını Qara dənizlə birləşdirən Sulina kanalının mənsəbi yaxınlığında lövbər salmışdı. Bu kanal Ukrayna məhsullarının ixracında mühüm rol oynayır.
Rusiyanın Ukraynanın Qara dəniz limanlarına hücumları nəticəsində Kiyevin Dunay limanlarından, eləcə də Rumıniya və Bolqarıstan yaxınlığındakı dəniz marşrutlarından asılılığı artıb.
“Qara dənizdə vəziyyət ciddidir”, – Rumıniya Prezidenti Nikuşor Dan bildirib. O, ticarət gəmilərinə hücumların dənizçilərin həyatını, qlobal ticarəti və mühüm infrastrukturu təhlükə altına qoyduğunu vurğulayıb.
NATO-nun Baş katibi Mark Rütte alyansın Qara dəniz sahilindəki üzv ölkələrlə əməkdaşlığı davam etdirəcəyini, zərurət yaranarsa, çəkindirmə və müdafiə tədbirlərini vəziyyətə uyğunlaşdıracağını bildirib.
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-də Manilada Filippin Prezidenti Ferdinand Markosla görüşür. Onun daha sonra Çində Si Cinpin və Vladimir Putinlə danışıqlar aparması planlaşdırılır.
Asiya-Sakit okean regionunun liderləri Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü sammiti üçün Çinin cənubundakı Şencen şəhərində toplaşırlar. Sammitdə əsas diqqət ticarət, iqtisadi əməkdaşlıq və süni intellekt məsələlərinə yönəlib.
AnewZ-un 17 noyabr tarixli gündəlik icmalında beynəlxalq görüşlərin əsas məqamlarına nəzər salırıq. İslamabadda ticarət, Manilada dəniz təhlükəsizliyi, Çində böyük dövlətlərin münasibətləri, Türkiyədə iqlim maliyyəsi, Brüsseldə isə Ukraynanın təhlükəsizliyi müzakirə olunur.
ABŞ ilə Rusiyanın mümkün sövdələşmə üçün şərtlər formalaşdırması Ukraynanın başı üzərində kəskin bir qılınc kimi asılıb.
ABŞ Prezidenti Donald Tramp Filippinin paytaxtı Manilada keçirilən ASEAN-ın 49-cu sammitində iştirak etmək üçün ölkəyə gedib. Dünya liderlərinin görüşündə ticarət, regional təhlükəsizlik və Çinlə münasibətlərdə yaranan gərginlik əsas müzakirə mövzularıdır.
ABŞ Prezidenti Donald Tramp Çinin Şencen şəhərində keçirilən APEC sammitində iştirak edir. Onun əvvəlcə Çin Xalq Respublikasının Sədri Si Cinpinlə ikitərəfli, daha sonra isə Rusiya Prezidenti Vladimir Putinin də iştirak edəcəyi üçtərəfli görüş keçirməsi gözlənilir.
Səudiyyə Ərəbistanı Yəməndəki husilərə qarşı hərbi əməliyyatların daha altı ay davam edə biləcəyini gözləyir. Ər-Riyad sülh danışıqlarına başlamazdan əvvəl Yəməndəki müttəfiqlərinin yeni əraziləri ələ keçirməsinə çalışır. Bu arada husilərin ölkəyə hücumları gündəlik həyata ciddi təsir göstərir.
Çinin cənubundakı Şencen şəhərində noyabrın 18–19-da Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü liderlər sammiti keçirilir. Tədbirdə artan qlobal gərginlik fonunda ticarət, texnologiya və regional əməkdaşlıq məsələləri müzakirə olunur.
Ukraynanın Rusiyanın işğalı altında olan Krım yarımadasını Rusiya ilə birləşdirən Kerç körpüsünün bir hissəsini dağıtmasından bir gün sonra, noyabrın 18-də Rusiya və Ukraynada infrastruktur obyektlərinə yeni hücumlar olub.
“Syrian Airlines” aviaşirkəti Bəşər Əsəd hakimiyyətinin 2024-cü ilin dekabrında süqutundan təxminən iki il sonra Hələb və Moskva arasında birbaşa uçuşları bərpa edib. İlk reys noyabrın 18-də Hələbdən yola düşüb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın