canlı Tramp APEC sammitində Putinlə üçtərəfli danışıqlardan öncə Si Cinpinlə görüşəcək
ABŞ Prezidenti Donald Tramp Çinin Şencen şəhərində keçirilən APEC sammitində iştirak edir. Onun əvvəlcə Çin Xalq Respublikasının Sədri Si Cinpinlə...
Yerdən 400 kilometr yüksəklikdə, orbitdə altı ay keçirsəydiniz, ən çox nəyin həsrətini çəkərdiniz? Astronavtlara evlərini xatırladan şeylərdən biri də alışdıqları yeməklərdir.
Çin kosmik stansiyasına düşbərədən Qunbao toyuğunadək müxtəlif yeməklər göndərərək astronavtların sevdikləri təamlardan kosmosda da dadmasına şərait yaradır. Çinin kosmik stansiyasında təqdim olunan menyuda artıq 200-ə yaxın yemək və qida çeşidi var. Bu müxtəliflik “Tyanqonq” kosmik stansiyasında qidalanmanı daha xoş və maraqlı edir. Menyuya Çin düşbərəsi, ay kökələri, Qunbao toyuğu, mapo tofu və qızardılmış düyü kimi ənənəvi yeməklər daxildir.
Bu, ilk kosmik uçuşlar dövrü ilə müqayisədə böyük dəyişiklikdir. Həmin vaxt astronavtlar əsasən orqanizmin enerji ehtiyacını ödəmək üçün hazırlanmış, tüblərdə qablaşdırılmış, dadı və çeşidi məhdud olan qidalarla qidalanırdılar.
Qidalanma astronavtların fiziki sağlamlığının və psixoloji vəziyyətinin qorunmasında mühüm rol oynayır. Heyət üzvləri stansiyada təxminən altı ay qalırlar. Sevdikləri yeməklər onların əhvalını yaxşılaşdıra, ev həsrətini azalda və kosmosda özlərini evdəki gündəlik həyata daha yaxın hiss etmələrinə kömək edə bilər.
Kosmosda ənənəvi bayramlar da qeyd olunur. Məsələn, Payız Ortası Festivalı zamanı birlikdə ay kökələri yemək astronavtlara Yerdən yüzlərlə kilometr uzaqda olsalar da, ailə ənənələrini davam etdirməyə imkan verir.
Kosmosa göndərilən qidalar xüsusi tələblərə cavab verməlidir. Onlar təhlükəsiz və yüngül olmalı, uzun müddət xarab olmadan saxlanılmalıdır.
Qablaşdırma da eyni dərəcədə vacibdir. Mikroqravitasiya şəraitində qida qırıntıları və maye damcıları havada sərbəst hərəkət edərək həssas avadanlıqları zədələyə bilər.
Kosmosda olmaq astronavtların dadbilmə hissinə və iştahasına da təsir göstərir. Kosmosda yeməklərin dadı daha zəif hiss oluna bilər. Buna görə qidaların həm yüksək qida dəyərinə malik olması, həm də iştaha açması vacibdir.
Ərzaq məhsullarının böyük hissəsi kosmik yük gəmiləri ilə stansiyaya çatdırılır. Menyu astronavtların qida seçimləri nəzərə alınaraq hazırlanır. Onlar bir çox yeməyi qızdırmaqla və ya üzərinə su əlavə etməklə hazırlaya bilirlər. Vaxtaşırı göndərilən təzə meyvə və tərəvəzlər də onların qida rasionunu zənginləşdirir.
Çinin məqsədi yalnız Yer üzündə yemək hazırlayıb orbitə göndərməklə məhdudlaşmır. Alimlər kosmosda ərzaq yetişdirməyin yollarını da araşdırırlar.
“Tyanqonq” stansiyasında aparılan təcrübələr çərçivəsində tərəvəz və digər kənd təsərrüfatı bitkiləri yetişdirilib. Araşdırmalar astronavtların Yerdən göndərilən ərzaqdan asılılığını azaltmağa yönəlib.
Bu sahədə əldə olunan nəticələr daha uzunmüddətli missiyalar, o cümlədən gələcəkdə Aya və daha uzaq məsafələrə uçuşlar üçün mühüm əhəmiyyət daşıya bilər.
Çinin getdikcə genişlənən kosmik menyusu göstərir ki, orbitdə həyat yalnız elmi təcrübələrdən və həyatda qalmaqdan ibarət deyil.
Yerdən 400 kilometr yüksəklikdə belə, bir porsiya isti mapo tofu astronavtlara evdəki rahatlığı xatırlada bilər.
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-də Manilada Filippin Prezidenti Ferdinand Markosla görüşür. Onun daha sonra Çində Si Cinpin və Vladimir Putinlə danışıqlar aparması planlaşdırılır.
Asiya-Sakit okean regionunun liderləri Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü sammiti üçün Çinin cənubundakı Şencen şəhərində toplaşırlar. Sammitdə əsas diqqət ticarət, iqtisadi əməkdaşlıq və süni intellekt məsələlərinə yönəlib.
AnewZ-un 17 noyabr tarixli gündəlik icmalında beynəlxalq görüşlərin əsas məqamlarına nəzər salırıq. İslamabadda ticarət, Manilada dəniz təhlükəsizliyi, Çində böyük dövlətlərin münasibətləri, Türkiyədə iqlim maliyyəsi, Brüsseldə isə Ukraynanın təhlükəsizliyi müzakirə olunur.
ABŞ ilə Rusiyanın mümkün sövdələşmə üçün şərtlər formalaşdırması Ukraynanın başı üzərində kəskin bir qılınc kimi asılıb.
ABŞ Prezidenti Donald Tramp Filippinin paytaxtı Manilada keçirilən ASEAN-ın 49-cu sammitində iştirak etmək üçün ölkəyə gedib. Dünya liderlərinin görüşündə ticarət, regional təhlükəsizlik və Çinlə münasibətlərdə yaranan gərginlik əsas müzakirə mövzularıdır.
ABŞ Prezidenti Donald Tramp Çinin Şencen şəhərində keçirilən APEC sammitində iştirak edir. Onun əvvəlcə Çin Xalq Respublikasının Sədri Si Cinpinlə ikitərəfli, daha sonra isə Rusiya Prezidenti Vladimir Putinin də iştirak edəcəyi üçtərəfli görüş keçirməsi gözlənilir.
Səudiyyə Ərəbistanı Yəməndəki husilərə qarşı hərbi əməliyyatların daha altı ay davam edə biləcəyini gözləyir. Ər-Riyad sülh danışıqlarına başlamazdan əvvəl Yəməndəki müttəfiqlərinin yeni əraziləri ələ keçirməsinə çalışır. Bu arada husilərin ölkəyə hücumları gündəlik həyata ciddi təsir göstərir.
Çinin cənubundakı Şencen şəhərində noyabrın 18–19-da Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü liderlər sammiti keçirilir. Tədbirdə artan qlobal gərginlik fonunda ticarət, texnologiya və regional əməkdaşlıq məsələləri müzakirə olunur.
Ukraynanın Rusiyanın işğalı altında olan Krım yarımadasını Rusiya ilə birləşdirən Kerç körpüsünün bir hissəsini dağıtmasından bir gün sonra, noyabrın 18-də Rusiya və Ukraynada infrastruktur obyektlərinə yeni hücumlar olub.
“Syrian Airlines” aviaşirkəti Bəşər Əsəd hakimiyyətinin 2024-cü ilin dekabrında süqutundan təxminən iki il sonra Hələb və Moskva arasında birbaşa uçuşları bərpa edib. İlk reys noyabrın 18-də Hələbdən yola düşüb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın