Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
ABŞ dövlət katibi Marko Rubio oktyabrın 18-də Mərkəzi Asiya rəsmiləri ilə danışıqlar aparmaq üçün Özbəkistanın Səmərqənd şəhərinə gəlib.
Səfər Tramp administrasiyasının Çin, Rusiya və İran arasında yerləşən, təbii ehtiyatlarla zəngin Mərkəzi Asiya ilə əlaqələri gücləndirmək səyləri fonunda baş tutur.
Rubionun ABŞ və Mərkəzi Asiyanın beş ölkəsini – Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanı birləşdirən C5+1 formatı çərçivəsində görüşlər keçirməsi nəzərdə tutulur. ABŞ Dövlət Departamentinin məlumatına görə, onu səfərdə 200-dən çox biznes nümayəndəsi müşayiət edir.
Səfər Vaşinqtonun İranla müharibə, Səudiyyə Ərəbistanı ilə husilər arasında münaqişə və ABŞ-Ukrayna münasibətlərində yenidən yaranan gərginlik kimi bir sıra xarici siyasət problemləri ilə üzləşdiyi dövrə təsadüf edir.
ABŞ rəsmiləri hesab edirlər ki, Mərkəzi Asiya strateji mövqeyi və zəngin təbii ehtiyatlarına görə Vaşinqtonun daha çox diqqət ayırmalı olduğu regiondur. Tramp administrasiyası regionla iqtisadi əməkdaşlıqda əsas diqqəti nadir torpaq elementləri də daxil olmaqla, strateji əhəmiyyətli mineral ehtiyatlara çıxış imkanlarının genişləndirilməsinə yönəldib.
Tramp 2025-ci ilin noyabrında Mərkəzi Asiyanın beş ölkəsinin liderini Ağ Evdə qəbul edib. Həmin görüş zamanı Qazaxıstan “İbrahim sazişləri”nə qoşulmağa razılıq verib. Bu sazişlər əhalisinin əksəriyyəti müsəlman olan ölkələrin İsraillə münasibətlərini normallaşdırmasını və ya mövcud əlaqələrini genişləndirməsini nəzərdə tutur. Qazaxıstan isə İsraillə hələ 1992-ci ildən diplomatik münasibətlər saxlayır.
“Reuters”in 2025-ci ildə yaydığı məlumata görə, ABŞ Mərkəzi Asiyanın digər ölkələri ilə də bu sazişlərə qoşulmaq imkanlarını müzakirə edib.
Rubio oktyabrın 17-də Vaşinqtondan yola düşməzdən əvvəl jurnalistlərə bildirib ki, diplomatiyada uzunmüddətli əlaqələrin inkişafı əvəzinə böhranların həllinə üstünlük verilməsi strateji məsələlərin diqqətdən kənar qalmasına səbəb olur.
Rubionun sözlərinə görə, rəsmilərin xarici səfərləri çox vaxt “böhran, problem və ya konfrans”la əlaqədar olur.
Mərkəzi Asiya ölkələrinin Rusiya ilə tarixi və iqtisadi əlaqələri Vaşinqton üçün əsas məsələlərdən biri olaraq qalır. Qərb rəsmiləri iddia edirlər ki, region ölkələri Rusiyanın ABŞ və Avropa İttifaqının sanksiyalarından yayınaraq ticarət aparmasına şərait yaradıblar.
Adının açıqlanmasını istəməyən Mərkəzi Asiya diplomatı bildirib ki, region ölkələri Vaşinqtonun Rusiyaya qarşı sanksiyalardan yayınma hallarına bundan sonra necə yanaşacağını aydınlaşdırmaq istəyirlər. Bu narahatlıq Tramp administrasiyasının Rusiya neftinə tətbiq edilən bəzi məhdudiyyətləri yumşaltması ilə bağlıdır.
Tramp administrasiyası oktyabrda Rusiya ilə dizel yanacağının idxalına dair razılığa gəlib. Bu addımın noyabrda keçiriləcək Konqresə aralıq seçkilər ərəfəsində ABŞ-də yanacaq qiymətlərini aşağı salmaq məqsədi daşıdığı bildirilir.
Oktyabrın 16-da Tramp Rusiyadan böyük həcmdə xam neft alan və ya Moskvaya sanksiyalardan yayınmaqda kömək edən ölkələrə yüksək gömrük rüsumlarının tətbiqinə imkan verən qanunvericilik müddəalarının tətbiqini dayandırıb.
“Reuters”in istinad etdiyi ekspertlərin fikrincə, həmin tədbirlər Hindistan və Qazaxıstana da təsir göstərə bilərdi.
Rubio Özbəkistandan sonra Hindistanın Mumbay və Camnaqar şəhərlərinə səfər edəcək. Onun burada iş adamları, o cümlədən “Reliance Industries” şirkətinin sədri Mukeş Ambani ilə görüşməsi gözlənilir.
Ambani bu il ABŞ-nin Texas ştatında yeni neft emalı zavodunun tikintisini dəstəkləməklə Tramp administrasiyasının rəğbətini qazanıb.
Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi oktyabrın 16-da bildirib ki, Hindistanla ticarət sazişi üzrə danışıqlar demək olar ki, yekunlaşıb. Bu isə razılaşmanın səfər zamanı elan oluna biləcəyi ehtimalını artırır.
Hindistan Çindən sonra Rusiya xam neftinin dünyada ikinci ən böyük idxalçısı olaraq qalır. Halbuki Tramp daha əvvəl Yeni Dehlinin Rusiya neftinin idxalını dayandırmağa razılıq verdiyini bildirmişdi.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin müəyyənləşdirilməsi üçün süni intellektə əsaslanan yeni proqram təminatını təqdim etməyə hazırlaşır.
ABŞ-nin xüsusi nümayəndəsi Cared Kuşner bildirib ki, Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin müəyyən şərtlər daxilində sülh sazişi bağlamağa hazır olduğuna inanır. O, bu açıqlamanı Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə başlayan ikigünlük danışıqlar zamanı verib.
Bolqarıstanın şərqində qatı duman səbəbindən magistral yolun hər iki istiqamətində onlarla avtomobilin toqquşması nəticəsində azı 12 nəfər həlak olub, 46 nəfər yaralanıb. Qəza noyabrın 10-da baş verib.
ABŞ Prezidenti Donald Tramp Fars körfəzi ölkələrinin müraciətindən sonra İrana yeni zərbələri hələlik təxirə salacağını bildirib. Onun sözlərinə görə, ABŞ-nin Hörmüz boğazındakı dəniz blokadası qüvvədə qalacaq.
ABŞ ordusu İranla əlaqəli olduğu bildirilən təhdidə görə Birləşmiş Krallıqdakı ikinci hərbi hava bazasından da təyyarələrini başqa yerlərə köçürüb. Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın