İspaniyada miqrant axını üzrə son altı ilin rekordu qeydə alınıb
İspaniyanın Kanar adalarına noyabrın 14-də təxminən 1 500 miqrant gedib. EFE xəbər agentliyinin dənizdə xilasetmə xidmətinə istinadən yaydığı məlumata...
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqlar aparmaq üçün Norveçə gedib. Onun daha əvvəl Osloya gedən ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşəcəyi gözlənilir. Uitkoffun Avropa rəsmiləri ilə də görüşlər keçirməsi planlaşdırılır.
Rusiya dizel yanacağının ixracına qoyulan qadağanı ləğv etdikdən və ABŞ daha sərt sanksiyaların tətbiqini təxirə saldıqdan sonra Türkiyə və Braziliya da daxil olmaqla, əsas ixrac bazarlarına tədarükü bərpa edib.
“Kpler” və LSEG şirkətlərinin tankerlərin hərəkətinə dair məlumatlarına görə, hər biri təxminən 300 min barel dizel yanacağı daşıyan azı iki tanker bu yaxınlarda Rusiyanın Baltik dənizində yerləşən Primorsk limanından Türkiyə və Braziliyaya yola düşüb.
Rusiya oktyabrın 9-dan dizel yanacağının ixracına qoyduğu məhdudiyyətləri yumşaltmağa başlayıb. İxrac ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 41 faiz azalaraq gündə 345 min barel təşkil etsə də, ənənəvi alıcılara tədarük tədricən bərpa olunur.
Bu il Rusiyanın dizel yanacağı ixracının təxminən 34 faizi Türkiyənin payına düşüb. Sonrakı yerlərdə 24 faizlə Braziliya və 10 faizlə Mərakeş qərarlaşıb. Qadağa ləğv edildikdən sonra Mərakeşə dizel yanacağı tədarükü də bərpa olunub.
Latviya bu ticarət mövsümündə Rusiya taxılının beş ən böyük idxalçısından birinə çevrilib. İyul–oktyabr aylarında ölkə Rusiyadan 431 700 ton taxıl idxal edib. Bu, Rusiyanın taxıl ixracını Azov–Qara dəniz hövzəsindən Baltik dənizi limanlarına yönəltdiyi bir dövrə təsadüf edir.
İxrac marşrutlarının dəyişməsi avqustda Rusiyanın Qara dəniz üzərindən taxıl daşımalarında yaranan fasilələrdən sonra baş verib. Hazırda Rusiya taxılının böyük hissəsi Baltik dənizi limanları vasitəsilə ixrac olunur.
Baltikyanı ölkələr Avropa İttifaqını Rusiya taxılına qarşı məhdudiyyətləri sərtləşdirməyə çağırsalar da, Latviya taxıl daşımalarında mühüm tranzit məntəqəsi olaraq qalır.
İran Rusiya taxılının ən böyük alıcısıdır. Ondan sonra Misir, Azərbaycan və Nigeriya gəlir.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bildirib ki, Avropa İttifaqı (Aİ) Arktika regionu ilə bağlı yeni strateji yanaşma müəyyən etməlidir. O, Rusiyanın bölgədə hərbi mövcudluğunu yenidən gücləndirdiyi barədə xəbərdarlıq edib.
Aİ-nin Arktika üzrə yeni strategiyasını təqdim edən Fon der Lyayen bildirib ki, əvvəllər regionda sabitliyi təmin edən təhlükəsizlik şərtlərinə artıq əvvəlki kimi arxayın olmaq mümkün deyil.
Onun sözlərinə görə, Arktika böyük geosiyasi maraqların getdikcə daha çox toqquşduğu bölgəyə çevrilir.
Rusiyanın nəzarətində olan Luqansk vilayətində son 24 saat ərzində Ukraynanın hücumları nəticəsində iki nəfərin öldüyü bildirilir.
Bu barədə Rusiya tərəfindən bölgəyə rəhbər təyin edilmiş Leonid Paseçnik məlumat verib.
Məlumatı müstəqil mənbələrdən təsdiqləmək mümkün olmayıb. Ukrayna rəsmiləri isə hələlik məsələyə münasibət bildirməyiblər.
Ölüm halları barədə məlumat Ukraynadakı müharibə fonunda qarşılıqlı zərbələrin və döyüşlərin davam etdiyi bir vaxtda yayılıb.
Fotolarda Ukrayna Prezidenti Volodimir Zelenskinin Oslo hava limanına gedişi əks olunub.
Fotolarda ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun Oslo hava limanına gedişi əks olunub. Uitkoffun Norveçin paytaxtında Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa rəsmiləri ilə görüşəcəyi gözlənilir.
Rusiyanın hücumları nəticəsində Ukraynanın vilayətlərinin yarısında elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Bu barədə Ukraynanın dövlət elektrik enerjisi ötürmə operatoru “Ukrenerqo” məlumat yayıb.
Qurumun oktyabrın 20-də “Facebook”da yaydığı açıqlamaya görə, Kirovoqrad, Jitomir, Lvov, Odessa, Rivne, Ternopil, Xmelnitski, Zaporojye, Donetsk, Xarkov, Sumı və Çerniqov vilayətlərində elektrik enerjisinin verilişində fasilələr qeydə alınıb.
“Ukrenerqo” həmçinin bildirib ki, hücumlar nəticəsində zədələnmiş avadanlıqların həddindən artıq yüklənməsinin qarşısını almaq üçün gün ərzində Ukraynanın bütün ərazisində sənaye müəssisələrinin elektrik enerjisindən istifadəsinə məhdudiyyətlər tətbiq olunacaq.
Oktyabrın 20-də Rusiyaya məxsus pilotsuz uçuş aparatları (PUA) Ukraynanın qərbində yerləşən Lvov vilayətində mühüm enerji infrastrukturu obyektinə zərbə endirib.
Bu barədə vilayətin rəhbəri Maksim Kozitski məlumat verib. Onun sözlərinə görə, ilk hücumdan sonra ikinci PUA da eyni obyekti vurub.
Hücum nəticəsində dəymiş ziyanın miqyası və mümkün itkilər barədə hələlik məlumat yoxdur.
Rusiyanın Müdafiə Nazirliyi oktyabrın 20-də bildirib ki, ölkənin hava hücumundan müdafiə sistemləri son 24 saat ərzində Ukraynaya məxsus təyyarə tipli 383 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
TASS agentliyinin məlumatına görə, nazirlik həmçinin Rusiya qüvvələrinin Ukraynanın uzaqmənzilli PUA-larının buraxılış məntəqələrinə zərbələr endirdiyini iddia edib.
ABŞ-nin dövlət katibi Marko Rubio oktyabrın 20-də bildirib ki, Ukraynanın Prioritet Ehtiyaclar Siyahısı (PURL) proqramı çərçivəsində alınan raket əleyhinə müdafiə sistemləri üçün nəzərdə tutulan bir partiya raket Ukraynaya çatdırılmamış ola bilər.
Hindistanın Mumbay şəhərində jurnalistlərə açıqlama verən Rubio Vaşinqtonun Kiyevə hərbi yardımı qəsdən dayandırması ilə bağlı iddiaları rədd edib.
“Əsas məqam budur ki, Ukraynaya zərər vurmaq məqsədilə verilmiş hər hansı qəsdən siyasi göstəriş olmayıb”, – deyə o bildirib.
Rubio həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə 45 dəqiqə telefon danışığı apardığını açıqlayıb.
Kreml oktyabrın 20-də bildirib ki, Ukraynanın cənubunda Rusiyanın nəzarətində olan Oleşki şəhərində dərinləşən ərzaq böhranını yüngülləşdirmək üçün iş aparılır.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin vəziyyəti ABŞ Prezidenti Donald Trampla müzakirə edib. O, Rusiyanın insan hüquqları üzrə müvəkkilinin də bu prosesdə iştirak etdiyini təsdiqləyib.
Putin oktyabrın 16-da Papa XIV Leoya bildirib ki, Moskva mülki əhaliyə humanitar yardımın çatdırılması ilə bağlı Vatikanın təşəbbüsü çərçivəsində əməkdaşlığa hazırdır.
Rusiya və Ukrayna şəhərə humanitar yardımın çatdırılmasına mane olmaqda bir-birini ittiham edir. Ukrayna qüvvələri isə Oleşki şəhərinə nəzarəti bərpa etməyə çalışır.
Kreml oktyabrın 20-də Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında Ukraynada sülh prosesini müzakirə etmək üçün yaxın vaxtlarda Rusiyada görüş təşkil olunacağına ümid etdiyini bildirib.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Uitkoff Osloda keçirilən danışıqlardan sonra Ukrayna və Avropa liderlərinin mövqeləri barədə Putinə məlumat verə bilər.
Uitkoffun oktyabrın 20-də Ukrayna Prezidenti Volodimir Zelenski, Birləşmiş Krallıq, Fransa, Almaniya və Polşa nümayəndələri, eləcə də Avropa İttifaqı və NATO rəsmiləri ilə görüşəcəyi gözlənilir.
Peskov mümkün görüşlə bağlı əlavə məlumat verməyib. Lakin ABŞ mediasının məlumatına görə, Putinlə Uitkoffun görüşü oktyabrın 21-də Sankt-Peterburqda keçirilə bilər.
Rusiya Müdafiə Nazirliyi oktyabrın 20-də Ukraynanın cənub-şərqində yerləşən Zaporojye vilayətinin Timoşivka kəndini ələ keçirdiyini bildirib.
Nazirliyin məlumatına görə, yaşayış məntəqəsi Rusiya ordusunun “Vostok” (“Şərq”) qoşun qruplaşmasının bölmələri tərəfindən nəzarətə götürülüb.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı təbliğat və siyasi proseslərə müdaxilə yolu ilə Avropada uzun müddətdir hibrid müharibə aparmaqda ittiham edib.
İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində Zelenski bildirib ki, Moskva televiziya, internet platformaları və sosial şəbəkələr vasitəsilə öz mövqeyini yaymaq üçün böyük vəsait xərcləyib.
Onun sözlərinə görə, Rusiya İtaliya, Fransa, Birləşmiş Krallıq və Almaniya da daxil olmaqla, Avropa ölkələrində cəmiyyət daxilində fikir ayrılıqlarını dərinləşdirmək üçün ifrat sağçı hərəkatlardan, din və miqrasiya məsələlərindən istifadə edir.
Zelenski həmçinin ABŞ-də də Rusiyanın təsir şəbəkələrinin fəaliyyət göstərdiyini iddia edib.
Ukraynanın ən böyük özəl energetika şirkəti DTEK bildirib ki, Rusiyanın gecə saatlarında həyata keçirdiyi hücum nəticəsində ölkənin cənubundakı Odessa vilayətində üç enerji obyektinə ziyan dəyib.
DTEK “Telegram”dakı paylaşımında 32 700 ailənin elektriksiz qaldığını qeyd edib. Şirkət təmir briqadalarının elektrik təchizatını bərpa etmək üçün fasiləsiz çalışdığını bildirib.
Kiyev Vilayət Prokurorluğunun məlumatına görə, Rusiya Kiyevi Qara dəniz sahilindəki Odessa limanı ilə birləşdirən magistral yola dron zərbəsi endirib. Hücum nəticəsində üç nəfər həlak olub.
Prokurorluq “Telegram”dakı paylaşımında bir neçə avtomobilin yandığını, dörd nəfərin isə yaralandığını bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin dövlət katibi Marko Rubio ilə “məzmunlu söhbət” apardığını bildirib. Müzakirələrdə əsas diqqət ballistik raketlərə qarşı istifadə olunan tutucu raketlərə, Rusiyanın raket hücumları barədə erkən xəbərdarlıq sistemlərinə və “Starlink” peyk internet xidmətinə çıxışın bərpasına yönəldilib.
Zelenski “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edib ki, Rusiyanın Ukraynadakı müharibəsinə son qoymaq üçün diplomatik səylər davam edir. Tərəflər son vəziyyəti yenidən müzakirə etmək üçün yaxın vaxtlarda bir daha danışmaq barədə razılığa gəliblər.
Norveç hökuməti və görüşün təşkilatçı tərəfdaşı Finlandiyanın verdiyi məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı müharibə və Avropanın təhlükəsizliyi üzrə danışıqlar aparmaq üçün oktyabrın 20-də Osloya səfər edəcək.
Bundan əvvəl ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun Ukraynadakı müharibəyə son qoyulması üzrə danışıqların növbəti raundu üçün bu həftə Norveçə səfər edəcəyi bildirilmişdi.
Norveçin Baş naziri Yonas Qar Störe bəyanatında deyib: “Prezident Zelenski Ukrayna üçün kritik bir vaxtda davam edən diplomatik səylərin tərkib hissəsi kimi Norveç və Finlandiyadan görüş təşkil etməyi xahiş edib”.
Finlandiya Prezidenti Aleksandr Stubb Zelenski və Störe ilə görüşlərdə iştirak edərək “Rusiyanın Ukraynaya qarşı qanunsuz təcavüzkar müharibəsini və Avropadakı ümumi təhlükəsizlik vəziyyətini” müzakirə edəcəyini bildirib.
Norveç tərəfi Zelenski, Stubb və Störenin mətbuat konfransı keçirəcəyini qeyd edib.
Finlandiya Prezidenti Aleksandr Stubb Norveçdə Ukrayna Prezidenti Volodimir Zelenski və Norveçin Baş naziri Yonas Qar Störe ilə Rusiya-Ukrayna münaqişəsini müzakirə etmək üçün görüşəcəyini bildirib.
Finlandiya Prezidenti Aleksandr Stubb. Oslo, Norveç, 8 oktyabr 2026-cı il.
Rusiya Müdafiə Nazirliyinin “Telegram” kanalında verdiyi məlumata görə, Rusiya hərbçiləri Ukraynanın Reni limanında üç yük gəmisini və Odessaya tərəf hərəkət edən daha bir yük gəmisini vurub. Nazirlik həmçinin Volın vilayətində və Xmelnitski şəhərində yerləşən iki logistika mərkəzinin də hədəf alındığını əlavə edib.
Nazirlik bəyan edib ki, bütün bu gəmilər və logistika mərkəzləri hərbi məqsədlər üçün istifadə olunurdu.
Ukraynanın fövqəladə hallar xidmətinin “Telegram” kanalında verdiyi məlumata görə, Rusiyanın gecə saatlarında Kiyev vilayətinə endirdiyi hava zərbəsi nəticəsində üç nəfər həlak olub, daha altı nəfər yaralanıb.
Xidmətin paylaşımında bildirilir ki, Rusiya qüvvələri istehsalat və anbar binasını vurub, daha sonra ərazidə baş verən yanğın söndürülüb.
Məsələdən məlumatlı üç mənbənin bildirdiyinə görə, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Ukraynadakı müharibəyə son qoyulması üzrə danışıqların növbəti raundu üçün bu həftə Norveçə səfər etməyə hazırlaşır.
Mənbələrdən ikisi Ukrayna Prezidenti Volodimir Zelenskinin də görüşlərdə iştirak edəcəyinin gözlənildiyini bildirib. Məsələdən xəbərdar olan başqa bir şəxs isə danışıqlarda iştirakı nəzərdə tutulan Trampın digər nümayəndəsi Cared Kuşnerin xəstələndiyini və görüşlərə virtual olaraq qoşulacağını qeyd edib.
Osloda keçiriləcək müzakirələrdə Zelenski, Norveçin Baş naziri Yonas Qar Störe, E4 qrupunun (Birləşmiş Krallıq, Fransa, Almaniya və Polşa) nümayəndələri, Avropa İttifaqı və NATO rəsmilərinin iştirakı gözlənilir.
İki mənbənin verdiyi məlumata görə, Uitkoff həmçinin Prezident Vladimir Putinlə görüşmək üçün Rusiyaya səfər edəcək. Rusiyadakı danışıqlar Ukrayna ilə bağlı bir sıra mövzulara, eləcə də 2022-ci ildə Rusiyada həbs edilmiş ABŞ vətəndaşı Stiven Habbardın azad edilməsinə fokuslanacaq.
Adlarının açıqlanmasını istəməyən mənbələr səfər cədvəlinin hələlik ilkin xarakter daşıdığını və dəyişə biləcəyini vurğulayıblar.
Ukrayna ilə bağlı sülh danışıqlarında Avropanı tək nümayəndə deyil, bir qrup diplomat təmsil edəcək. Avropa İttifaqı (Aİ) liderləri noyabrın 13-də Dublində keçirilən sammitdə bu barədə razılığa gəliblər.
Mərkəzi Asiyada daha çox su elektrik stansiyası və hündürmərtəbəli bina tikildikcə seysmoloqlar iri su anbarlarının zəlzələlərə mümkün təsirini araşdırırlar. Regionun iri şəhərlərinin fəal tektonik qırılmalara yaxın yerləşməsi bu məsələni daha da aktuallaşdırır.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) noyabrın 13-də rabitə nasazlığı səbəbindən ölkə üzrə dayandırılan uçuşların bərpasına icazə verib. Bu, 2001-ci ilin 11 sentyabr terror hücumlarından sonra ABŞ-də uçuşlara qoyulan ən uzunmüddətli məhdudiyyət olub.
İlon Maskın “SpaceX” şirkəti “Starship” raketini növbəti sınaq uçuşunda orbitə çıxarmağa nail olub. Lakin raketin sürətləndirici blokunu geri qaytarmaq mümkün olmayıb. 15-ci sınaq uçuşu noyabrın 13-də ABŞ-nin Texas ştatındakı “Starbase” kosmodromundan həyata keçirilib.
Türkiyə və Qətər noyabrın 13-də birgə təhlükəsizliyi və regional sabitliyi gücləndirmək məqsədilə qarşılıqlı müdafiə sazişi imzalayıb. Tərəflər ölkələrdən birinə xaricdən silahlı hücum ediləcəyi təqdirdə vahid mövqedən çıxış edəcəklərini bəyan ediblər.
İspaniyanın Kanar adalarına noyabrın 14-də təxminən 1 500 miqrant gedib. EFE xəbər agentliyinin dənizdə xilasetmə xidmətinə istinadən yaydığı məlumata görə, bu, 2020-ci ildən bəri bir gündə qeydə alınan ən yüksək göstəricidir.
Rumıniyanın Baş naziri Luka Nikulesku Qara dənizdə, Sulina kanalı yaxınlığında üç ticarət gəmisinin pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığını bildirib. Onun sözlərinə görə, hücumlarla əlaqədar Rumıniya ordusu iki dəfə qırıcı təyyarələrini havaya qaldırıb.
İtaliyanın fərdi məlumatların mühafizəsi qurumu “Meta Platforms” şirkətini 805 milyon avro (887 milyon dollar) cərimələdiyini açıqlayıb. Qurumun məlumatına görə, şirkət Android istifadəçilərinin foto və videolarına onların xəbəri və razılığı olmadan çıxış əldə edib.
“SpaceX”in “Starship” kosmik gəmisi noyabrın 14-də 22,5 saatdan çox davam edən orbital uçuşdan sonra ilk dəfə Texasdakı buraxılış qülləsinin mexaniki qolları ilə tutulub. Bu, tam təkrar istifadə oluna bilən raket sisteminin yaradılmasında mühüm addımdır.
Filippin və Avstraliya noyabrın 15-də Manilada hərbi əməkdaşlığı genişləndirmək və təhlükəsizlik əlaqələrini gücləndirmək məqsədilə yeni saziş imzalayıblar. Razılaşma Cənubi Çin dənizində Çinlə gərginliyin davam etdiyi bir vaxtda əldə olunub.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın