Qara dənizdə dron hücumu: Üç ticarət gəmisi zədələnib
Rumıniyanın Baş naziri Luka Nikulesku Qara dənizdə, Sulina kanalı yaxınlığında üç ticarət gəmisinin pilotsuz uçuş aparatlarının hücumuna məruz...
Fransa hökuməti oktyabrın 24-də planlaşdırılan növbəti etiraz aksiyaları zamanı təhlükəsizliyi təmin etmək üçün hərbçiləri də cəlb edəcəyini açıqlayıb. Hökumət ötən həftəsonu baş verən zorakılıq hadisələrinə müdaxilə zamanı nöqsanlara yol verildiyini etiraf edib.
Parlamentdə keçirilən gərgin müzakirələr zamanı daxili işlər naziri Loran Nünyes hərbçilərin polis əməkdaşları ilə birlikdə təhlükəsizliyi təmin edəcəyini bildirib. Şəhər mərkəzlərinin kifayət qədər qorunmaması ilə bağlı tənqidlərdən sonra hökumət təhlükəsizlik qüvvələrinin fəaliyyət taktikasına yenidən baxacağını açıqlayıb.
Baş nazir Sebastyen Lekornü böhranı zorakılıqla respublika arasında seçim kimi qiymətləndirərək iğtişaşlarda ifrat solçu qrupları günahlandırıb. Həmin qruplar isə hökuməti yaşayış xərclərinin artması və dövlət xidmətlərinin keyfiyyətinin pisləşməsi ilə bağlı ictimai narazılığın miqyasını düzgün qiymətləndirməməkdə ittiham ediblər.
Etirazların miqyası və polisin zorakılıqların qarşısını almaqda çətinlik çəkməsi Fransada ciddi narahatlıq yaradıb. Hadisələr gələn il keçiriləcək prezident seçkiləri ərəfəsində siyasi gərginliyi daha da artırıb. Rəy sorğularında ifrat sağçı və ifrat solçu namizədlərə dəstəyin yüksək olduğu görünür.
İtaliya və Albaniya da daxil olmaqla, digər Avropa ölkələrində keçirilən etirazlar yaşayış şəraitindən narazılığın qitədə daha geniş yayılacağı ilə bağlı narahatlığı artırıb. Bu hadisələr bir çox Avropa ölkəsinin, o cümlədən Fransanın büdcə problemləri ilə üzləşdiyi dövrə təsadüf edir.
Fransada iğtişaşların baş verdiyi bəzi ərazilərdə komendant saatı tətbiq edildikdən sonra gecə nisbətən sakit keçib. Hökumət məhdudiyyətlərin vəziyyəti nəzarət altına almağa kömək etdiyini bildirib.
Lekornü həftəsonu baş verən hadisələrə dövlət qurumlarının müdaxiləsində nöqsanlar olduğunu etiraf edib. Onun sözlərinə görə, kəşfiyyat fəaliyyətində çatışmazlıqlar olub, polis qüvvələri isə kifayət qədər çevik hərəkət etməyib. Baş nazir polis əməkdaşlarının əvvəlcədən planlaşdırılmış məzuniyyətlərinin ləğv edilməməsini də səhv qərar adlandırıb.
Fransa polisi oktyabrın 20-də Limoj şəhərində iğtişaşlar zamanı tarixi meriya binasının yandırılmasında şübhəli bilinən şəxsi saxlayıb. Məlumata görə, həmin şəxs əvvəllər təhlükəsizlik orqanlarının nəzarətində olub və radikal solçu hərəkatlarla əlaqəli olduğu bildirilir.
Fransa parlamentində iğtişaşların səbəblərini və təhlükəsizlik qüvvələrinin fəaliyyətini araşdırmaq üçün istintaq komissiyasının yaradılması barədə razılıq əldə olunub. Hakimiyyət orqanları zorakılıq hadisələrində iştirak edən şəxslərin müəyyən edilərək saxlanılması üçün 200 müstəntiq cəlb edib.
Ötən həftəsonu İtaliyanın şimal şəhərlərində, o cümlədən ölkənin maliyyə mərkəzi Milanda iğtişaşlar baş verib.
İğtişaşlar Fransadakı qədər geniş miqyas almasa da, Baş nazir Corcia Meloninin hökumətini narahat edib.
İtaliyanın müdafiə naziri Quido Krozetto hadisələri “hibrid müharibə”nin bir forması kimi qiymətləndirib. Onun fikrincə, bu cür fəaliyyətlərdə “TikTok”, “YouTube” və digər sosial media platformalarından istifadə olunur.
“Milanda və İtaliyanın digər bölgələrində baş verən hadisələr əvvəlki dövrlərdə gördüyümüz hadisələrdən köklü şəkildə fərqlənir. Qərb bunu hələ də dərk etməyib və vəziyyətə qarşı heç bir ciddi tədbir görməyib”, – Krozetto “X” sosial şəbəkəsində yazıb.
Milanın mərkəzindəki Korso Vittorio Emanuele II küçəsində iğtişaşlar zamanı hücuma məruz qalan “On” və “Levi’s” mağazaları yenidən fəaliyyətə başlayıb. Lakin onların vitrinləri hələ də qoruyucu lövhələrlə örtülüdür. Lüks məhsullar satan mağazalar isə təhlükəsizlik məqsədilə müvəqqəti yığışdırdıqları məhsulları yenidən vitrinlərə yerləşdiriblər.
Albaniyanın paytaxtı Tiranada da Baş nazir Edi Ramanın hökumətinə qarşı etirazlar davam edir. Oktyabrın 20-də yayılan məlumatlara görə, etirazçılar ardıcıl yeddinci gün küçələrə çıxıblar.
Ukrayna ilə bağlı sülh danışıqlarında Avropanı tək nümayəndə deyil, bir qrup diplomat təmsil edəcək. Avropa İttifaqı (Aİ) liderləri noyabrın 13-də Dublində keçirilən sammitdə bu barədə razılığa gəliblər.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) noyabrın 13-də rabitə nasazlığı səbəbindən ölkə üzrə dayandırılan uçuşların bərpasına icazə verib. Bu, 2001-ci ilin 11 sentyabr terror hücumlarından sonra ABŞ-də uçuşlara qoyulan ən uzunmüddətli məhdudiyyət olub.
Mərkəzi Asiyada daha çox su elektrik stansiyası və hündürmərtəbəli bina tikildikcə seysmoloqlar iri su anbarlarının zəlzələlərə mümkün təsirini araşdırırlar. Regionun iri şəhərlərinin fəal tektonik qırılmalara yaxın yerləşməsi bu məsələni daha da aktuallaşdırır.
İlon Maskın “SpaceX” şirkəti “Starship” raketini növbəti sınaq uçuşunda orbitə çıxarmağa nail olub. Lakin raketin sürətləndirici blokunu geri qaytarmaq mümkün olmayıb. 15-ci sınaq uçuşu noyabrın 13-də ABŞ-nin Texas ştatındakı “Starbase” kosmodromundan həyata keçirilib.
Türkiyə və Qətər noyabrın 13-də birgə təhlükəsizliyi və regional sabitliyi gücləndirmək məqsədilə qarşılıqlı müdafiə sazişi imzalayıb. Tərəflər ölkələrdən birinə xaricdən silahlı hücum ediləcəyi təqdirdə vahid mövqedən çıxış edəcəklərini bəyan ediblər.
Rumıniyanın Baş naziri Luka Nikulesku Qara dənizdə, Sulina kanalı yaxınlığında üç ticarət gəmisinin pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığını bildirib. Onun sözlərinə görə, hücumlarla əlaqədar Rumıniya ordusu iki dəfə qırıcı təyyarələrini havaya qaldırıb.
İtaliyanın fərdi məlumatların mühafizəsi qurumu “Meta Platforms” şirkətini 805 milyon avro (887 milyon dollar) cərimələdiyini açıqlayıb. Qurumun məlumatına görə, şirkət Android istifadəçilərinin foto və videolarına onların xəbəri və razılığı olmadan çıxış əldə edib.
“SpaceX”in “Starship” kosmik gəmisi noyabrın 14-də 22,5 saatdan çox davam edən orbital uçuşdan sonra ilk dəfə Texasdakı buraxılış qülləsinin mexaniki qolları ilə tutulub. Bu, tam təkrar istifadə oluna bilən raket sisteminin yaradılmasında mühüm addımdır.
Filippin və Avstraliya noyabrın 15-də Manilada hərbi əməkdaşlığı genişləndirmək və təhlükəsizlik əlaqələrini gücləndirmək məqsədilə yeni saziş imzalayıblar. Razılaşma Cənubi Çin dənizində Çinlə gərginliyin davam etdiyi bir vaxtda əldə olunub.
Noyabrın 15-də Filippinin paytaxtı Manilada ASEAN-ın 49-cu sammiti işə başlayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın