Qara dənizdə dron hücumu: Üç ticarət gəmisi zədələnib
Rumıniyanın Baş naziri Luka Nikulesku Qara dənizdə, Sulina kanalı yaxınlığında üç ticarət gəmisinin pilotsuz uçuş aparatlarının hücumuna məruz...
Səudiyyə Ərəbistanında Məkkədəki məscidlərdən birində “əxlaqa zidd hərəkət” etməkdə təqsirli bilinən iki Banqladeş vətəndaşı edam edilib. Səudiyyə Ərəbistanı hakimiyyəti edamlarla bağlı Banqladeş tərəfinə əvvəlcədən məlumat verməyib.
Bu isə Banqladeş rəsmilərinin narazılığına və izahat tələb etməsinə səbəb olub.
Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyinin məlumatına görə, Nəzrul İslam Əbdül Bəsir və Siti Axtar oktyabrın 14-də Məkkə bölgəsində edam ediliblər. Banqladeşin Ciddədəki konsulluğu edamlarla bağlı əvvəlcədən rəsmi bildiriş almadığını açıqlayıb.
Nəzrul Banqladeşin Brahmanbariya bölgəsinin Sadar rayonundakı kəndlərdən birində doğulub. O, təxminən dörd il əvvəl Səudiyyə Ərəbistanına gedib və Məkkədəki Məscidül-Həramda texniki xidmət işçisi kimi çalışıb.
Siti isə Banqladeşin Tanqail bölgəsinin Mirzapur rayonunda yerləşən Mahera ərazisinin Naqar Çhavali kəndindən olub.
Səudiyyə Ərəbistanı rəsmilərinin məlumatına görə, hər iki şəxs Məkkədəki məscidlərdən birində “əxlaqa zidd hərəkət” etməkdə ittiham olunaraq həbs edilib və ölüm cəzasına məhkum olunub.
Rəsmilər sözügedən hərəkətin nədən ibarət olduğunu, hadisənin dəqiq harada baş verdiyini və həmin şəxslərin nə vaxt həbs edildiyini açıqlamayıblar.
Yalnız ölüm hökmlərinin İslam hüququnda cəzanın növü və ağırlığının müəyyənləşdirilməsini hakimin ixtiyarına buraxan “təzir” prinsipi əsasında çıxarıldığı bildirilib.
Hadisə ilə bağlı təsdiqlənməmiş müxtəlif məlumatlar yayılıb. Bəzi mənbələr həmin şəxslərin məsciddə öpüşərkən görüldüyünü, digərləri isə söhbətin yalnız bir şəxsin digərinin alnından öpməsindən getdiyini iddia edir.
Edamlar Banqladeşdə narazılığa səbəb olub. Səudiyyə Ərəbistanı hakimiyyətindən hadisənin hansı şəraitdə baş verdiyinə aydınlıq gətirilməsi tələb olunur.
Banqladeş rəsmiləri bildiriblər ki, Səudiyyə Ərəbistanından əvvəlcədən heç bir məlumat almayıblar və edamlardan yalnız media vasitəsilə xəbər tutublar.
Məlumata görə, Banqladeş Xarici İşlər Nazirliyinin bir neçə rəsmisi məhkəmə prosesinin qeyri-adi dərəcədə sürətli aparılmasından narahatlığını bildirib.
Banqladeşin xarici işlər üzrə dövlət naziri Şama Obaid İslam bildirib:
“Diplomatik nümayəndəliyimizə hadisənin nə vaxt və necə baş verdiyi barədə məlumat verilməyib. Səudiyyə Ərəbistanı hökuməti hələ bizə ətraflı məlumat təqdim etməyib. Buna görə də nümayəndəliyimizin niyə xəbərdar olunmadığı barədə hələlik şərh vermək istəmirəm. Tam məlumat aldıqdan sonra məsələ ilə bağlı daha ətraflı açıqlama verə biləcəyəm”.
Edamlarla bağlı Banqladeşin konsulluğuna məlumat verilməməsi Səudiyyə Ərəbistanının Konsulluq əlaqələri haqqında Vyana Konvensiyası üzrə öhdəliklərinə əməl etməsi ilə bağlı suallar doğurub.
Ekspertlərin fikrincə, Banqladeşin konsulluq nümayəndələrinin xəbərdar edilməməsi konvensiyaya əməl olunması baxımından narahatlıq yaradır. Bununla belə, konvensiyada edamlar barədə əvvəlcədən məlumat verilməsini tələb edən açıq müddəa yoxdur.
Konvensiyanın 37-ci maddəsinin “a” bəndinə əsasən, xarici ölkə vətəndaşı vəfat etdikdə və müvafiq məlumat səlahiyyətli orqanlarda olduqda, həmin ölkənin konsulluğu gecikmədən xəbərdar edilməlidir.
Banqladeş rəsmiləri məhkəmə hökmlərinin surətlərini, irəli sürülən ittihamlarla bağlı ətraflı məlumatı və ölkənin konsulluq nümayəndələrinin niyə xəbərdar edilmədiyinə dair izahat tələb edirlər.
Banqladeş Səudiyyə Ərəbistanından rəsmi cavab gözləyir.
Ukrayna ilə bağlı sülh danışıqlarında Avropanı tək nümayəndə deyil, bir qrup diplomat təmsil edəcək. Avropa İttifaqı (Aİ) liderləri noyabrın 13-də Dublində keçirilən sammitdə bu barədə razılığa gəliblər.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) noyabrın 13-də rabitə nasazlığı səbəbindən ölkə üzrə dayandırılan uçuşların bərpasına icazə verib. Bu, 2001-ci ilin 11 sentyabr terror hücumlarından sonra ABŞ-də uçuşlara qoyulan ən uzunmüddətli məhdudiyyət olub.
Mərkəzi Asiyada daha çox su elektrik stansiyası və hündürmərtəbəli bina tikildikcə seysmoloqlar iri su anbarlarının zəlzələlərə mümkün təsirini araşdırırlar. Regionun iri şəhərlərinin fəal tektonik qırılmalara yaxın yerləşməsi bu məsələni daha da aktuallaşdırır.
İlon Maskın “SpaceX” şirkəti “Starship” raketini növbəti sınaq uçuşunda orbitə çıxarmağa nail olub. Lakin raketin sürətləndirici blokunu geri qaytarmaq mümkün olmayıb. 15-ci sınaq uçuşu noyabrın 13-də ABŞ-nin Texas ştatındakı “Starbase” kosmodromundan həyata keçirilib.
Türkiyə və Qətər noyabrın 13-də birgə təhlükəsizliyi və regional sabitliyi gücləndirmək məqsədilə qarşılıqlı müdafiə sazişi imzalayıb. Tərəflər ölkələrdən birinə xaricdən silahlı hücum ediləcəyi təqdirdə vahid mövqedən çıxış edəcəklərini bəyan ediblər.
Rumıniyanın Baş naziri Luka Nikulesku Qara dənizdə, Sulina kanalı yaxınlığında üç ticarət gəmisinin pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığını bildirib. Onun sözlərinə görə, hücumlarla əlaqədar Rumıniya ordusu iki dəfə qırıcı təyyarələrini havaya qaldırıb.
İtaliyanın fərdi məlumatların mühafizəsi qurumu “Meta Platforms” şirkətini 805 milyon avro (887 milyon dollar) cərimələdiyini açıqlayıb. Qurumun məlumatına görə, şirkət Android istifadəçilərinin foto və videolarına onların xəbəri və razılığı olmadan çıxış əldə edib.
“SpaceX”in “Starship” kosmik gəmisi noyabrın 14-də 22,5 saatdan çox davam edən orbital uçuşdan sonra ilk dəfə Texasdakı buraxılış qülləsinin mexaniki qolları ilə tutulub. Bu, tam təkrar istifadə oluna bilən raket sisteminin yaradılmasında mühüm addımdır.
Filippin və Avstraliya noyabrın 15-də Manilada hərbi əməkdaşlığı genişləndirmək və təhlükəsizlik əlaqələrini gücləndirmək məqsədilə yeni saziş imzalayıblar. Razılaşma Cənubi Çin dənizində Çinlə gərginliyin davam etdiyi bir vaxtda əldə olunub.
Noyabrın 15-də Filippinin paytaxtı Manilada ASEAN-ın 49-cu sammiti işə başlayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın