İspaniyada miqrant axını üzrə son altı ilin rekordu qeydə alınıb
İspaniyanın Kanar adalarına noyabrın 14-də təxminən 1 500 miqrant gedib. EFE xəbər agentliyinin dənizdə xilasetmə xidmətinə istinadən yaydığı məlumata...
Birləşmiş Krallığın Baş naziri Endi Börnhem “Palestine Action” təşkilatının fəaliyyətinə qoyulan qadağaya yenidən baxılması çağırışlarını rədd edib. O bildirib ki, qərar sübutlara əsaslanır və parlamentdə ətraflı müzakirə olunub.
Börnhem oktyabrın 21-də məsələ ilə bağlı məhkəmə prosesi davam etdiyi üçün əlavə açıqlama verməyəcəyini bildirib.
Məsələni İcmalar Palatasında Sosial Demokrat və Leyborist Partiyasının üzvü Kler Hanna qaldırıb. O, irlandiyalı yazıçı Salli Runinin kitablarının Birləşmiş Krallıqda satışının dayandırılması ilə bağlı qərara diqqət çəkib.
Hanna hökumətin qadağaya yenidən baxmaq niyyətində olub-olmadığını soruşub. Börnhem isə qərarın ciddi yoxlamalardan keçdiyini və parlament tərəfindən təsdiqləndiyini bildirib.
“Məsələ hazırda məhkəmədə araşdırılır. Buna görə də əlavə şərh verməyəcəyəm”, – deyə Baş nazir bildirib.
Börnhem Yaxın Şərqdəki vəziyyətə də toxunub. O bildirib ki, hökumət üzvləri Qəzza zolağında və İordan çayının qərb sahilində baş verən hadisələrdən ciddi narahatdırlar.
Baş nazir xarici işlər naziri Ed Milibendin iki dövlətli həll yoluna təhlükə yaradan hadisələrlə bağlı gördüyü tədbirləri xatırladıb.
“İki dövlətli həll yolunun reallaşması təhlükə altına düşərsə, buna səssiz qalmayacağıq”, – deyə Börnhem deputatlara bildirib.
O əlavə edib ki, Milibend oktyabrın 19-da məsələ ilə bağlı daha bir bəyanat verib.
“Palestine Action” təşkilatının fəaliyyəti 2025-ci ilin iyulunda Kir Starmerin Baş nazir olduğu dövrdə qadağan edilib. Bu, Birləşmiş Krallıqda birbaşa etiraz aksiyaları təşkil edən bir qrupun terrorçuluqla mübarizə qanunvericiliyi əsasında qadağan edilməsinin ilk nümunəsi olub.
Təşkilatın bildirdiyinə görə, onun aksiyaları İsrail ordusunu silah və hərbi avadanlıqla təchiz edən şirkətlərə qarşı yönəlib.
Qadağa təşkilatın fəallarının Brize Norton hərbi hava bazasına daxil olaraq iki hərbi təyyarəyə qırmızı boya püskürtməsindən sonra tətbiq edilib. Hadisə nəticəsində təxminən 9,3 milyon dollar məbləğində ziyan dəydiyi bildirilir.
Qərarla “Palestine Action” terrorçuluqla mübarizə qanunvericiliyi əsasında qadağan olunmuş təşkilatlar siyahısına daxil edilib.
Təşkilata üzv olmaq və ya ona müəyyən formalarda dəstək göstərmək 14 ilədək həbs cəzası ilə nəticələnə bilər.
Birləşmiş Krallığın Daxili İşlər Nazirliyinin məlumatına görə, “Palestine Action” təşkilatının fəaliyyətinin qadağan edilməsindən sonra terrorçuluqla əlaqədar həbslərin sayı kəskin artıb.
2026-cı ilin iyununda başa çatan bir il ərzində polis terrorçuluqla əlaqədar 3 867 nəfəri saxlayıb. Əvvəlki ilin eyni dövründə bu rəqəm 234 olub. Beləliklə, həbslərin sayı 1 553 faiz artaraq rekord həddə çatıb.
Saxlanılanların 3 630 nəfəri, yəni təxminən 94 faizi “Palestine Action” təşkilatına dəstək göstərməklə əlaqələndirilib.
Onların bir çoxu etiraz aksiyalarında təşkilatı dəstəkləyən plakatlar nümayiş etdirdiklərinə görə saxlanılıb.
Qadağanın əleyhdarları hesab edirlər ki, bu rəqəmlər terrorçuluqla mübarizə qanunlarının dinc etirazçılara qarşı getdikcə daha geniş tətbiq olunduğunu göstərir.
Hökumət isə bildirir ki, hüquq-mühafizə tədbirləri qanuni etirazlara deyil, qadağan edilmiş təşkilata dəstək göstərən şəxslərə qarşı yönəlib.
“Normal People” və “Conversations with Friends” əsərlərinin müəllifi, irlandiyalı yazıçı Salli Runi qadağanın əsas tənqidçilərindən biridir.
Təşkilat qadağan edildikdən sonra o, kitablarının satışından və BBC tərəfindən ekranlaşdırılmış əsərlərindən əldə etdiyi gəliri “Palestine Action”a bağışlayacağını vəd edib. Təşkilatın fəaliyyəti İrlandiya Respublikasında hələ də qanunidir.
“ITV News”un məlumatına görə, Runinin kitablarını nəşr edən “Faber” şirkəti hüquqi məsuliyyətlə üzləşmək ehtimalına görə ötən həftə onların Birləşmiş Krallıqda satış üçün tədarükünü dayandırmaq qərarına gəlib.
Runi bu qərarı dəstəkləyib. O bildirib ki, Birləşmiş Krallıqdakı nəşriyyat müqavilələrini yerinə yetirməsi onun cinayət məsuliyyətinə cəlb olunmasına səbəb ola bilər.
Yazıçı 2025-ci ilin sentyabrında həbs olunmaq ehtimalından narahat olduğu üçün mükafat almaq məqsədilə Londona planlaşdırdığı səfərdən də imtina edib.
“Palestine Action” təşkilatına qoyulan qadağa ilə bağlı hüquqi mübahisə Birləşmiş Krallığın Ali Məhkəməsinə qədər gedib çıxıb.
Təşkilatın həmtəsisçisi Huda Ammori qadağaya qarşı məhkəməyə müraciət edib.
İyun ayında London Apellyasiya Məhkəməsi qadağanı qanuni hesab edərək qüvvədə saxlayıb. İyulda isə Ali Məhkəmə iş üzrə növbəti şikayətə baxmağa razılıq verib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Apellyasiya Məhkəməsi “Palestine Action” təşkilatının terror aktları törətdiyini və zorakılığı təşviq etdiyini göstərən sübutların mövcudluğunu müəyyən edib.
“Palestine Action” təşkilatına qoyulan qadağa Birləşmiş Krallıqda ciddi fikir ayrılıqlarına səbəb olub.
Vətəndaş hüquq və azadlıqlarını müdafiə edən təşkilatlar bildirirlər ki, minlərlə insan yalnız fikirlərini ifadə etdiklərinə görə cinayət təqibinə məruz qalıb.
“Yaşıllar” Partiyasının lideri Zak Polanski hökuməti qadağanı ləğv etməyə çağırıb.
Qadağanı dəstəkləyənlər isə hərbi bazalara və müdafiə obyektlərinə hücumların ciddi təhlükəsizlik təhdidi olduğunu bildirirlər.
Artan təzyiqlərə baxmayaraq, Baş nazir Endi Börnhem məhkəmə prosesi davam etdiyi müddətdə qadağaya yenidən baxılmayacağını bildirib.
Məhkəmənin yekun qərarı həm “Palestine Action” təşkilatının Birləşmiş Krallıqdakı hüquqi statusuna, həm də təşkilatla əlaqədar açılmış çoxsaylı cinayət işlərinin nəticələrinə təsir göstərə bilər.
Ukrayna ilə bağlı sülh danışıqlarında Avropanı tək nümayəndə deyil, bir qrup diplomat təmsil edəcək. Avropa İttifaqı (Aİ) liderləri noyabrın 13-də Dublində keçirilən sammitdə bu barədə razılığa gəliblər.
Mərkəzi Asiyada daha çox su elektrik stansiyası və hündürmərtəbəli bina tikildikcə seysmoloqlar iri su anbarlarının zəlzələlərə mümkün təsirini araşdırırlar. Regionun iri şəhərlərinin fəal tektonik qırılmalara yaxın yerləşməsi bu məsələni daha da aktuallaşdırır.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) noyabrın 13-də rabitə nasazlığı səbəbindən ölkə üzrə dayandırılan uçuşların bərpasına icazə verib. Bu, 2001-ci ilin 11 sentyabr terror hücumlarından sonra ABŞ-də uçuşlara qoyulan ən uzunmüddətli məhdudiyyət olub.
İlon Maskın “SpaceX” şirkəti “Starship” raketini növbəti sınaq uçuşunda orbitə çıxarmağa nail olub. Lakin raketin sürətləndirici blokunu geri qaytarmaq mümkün olmayıb. 15-ci sınaq uçuşu noyabrın 13-də ABŞ-nin Texas ştatındakı “Starbase” kosmodromundan həyata keçirilib.
Türkiyə və Qətər noyabrın 13-də birgə təhlükəsizliyi və regional sabitliyi gücləndirmək məqsədilə qarşılıqlı müdafiə sazişi imzalayıb. Tərəflər ölkələrdən birinə xaricdən silahlı hücum ediləcəyi təqdirdə vahid mövqedən çıxış edəcəklərini bəyan ediblər.
İspaniyanın Kanar adalarına noyabrın 14-də təxminən 1 500 miqrant gedib. EFE xəbər agentliyinin dənizdə xilasetmə xidmətinə istinadən yaydığı məlumata görə, bu, 2020-ci ildən bəri bir gündə qeydə alınan ən yüksək göstəricidir.
Rumıniyanın Baş naziri Luka Nikulesku Qara dənizdə, Sulina kanalı yaxınlığında üç ticarət gəmisinin pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığını bildirib. Onun sözlərinə görə, hücumlarla əlaqədar Rumıniya ordusu iki dəfə qırıcı təyyarələrini havaya qaldırıb.
İtaliyanın fərdi məlumatların mühafizəsi qurumu “Meta Platforms” şirkətini 805 milyon avro (887 milyon dollar) cərimələdiyini açıqlayıb. Qurumun məlumatına görə, şirkət Android istifadəçilərinin foto və videolarına onların xəbəri və razılığı olmadan çıxış əldə edib.
“SpaceX”in “Starship” kosmik gəmisi noyabrın 14-də 22,5 saatdan çox davam edən orbital uçuşdan sonra ilk dəfə Texasdakı buraxılış qülləsinin mexaniki qolları ilə tutulub. Bu, tam təkrar istifadə oluna bilən raket sisteminin yaradılmasında mühüm addımdır.
Filippin və Avstraliya noyabrın 15-də Manilada hərbi əməkdaşlığı genişləndirmək və təhlükəsizlik əlaqələrini gücləndirmək məqsədilə yeni saziş imzalayıblar. Razılaşma Cənubi Çin dənizində Çinlə gərginliyin davam etdiyi bir vaxtda əldə olunub.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın