Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Saytların işləməsini təmin edən PHP proqramlaşdırma dilində ciddi təhlükəsizlik boşluqları aşkarlanıb. Buna görə Avropada bir sıra dövlət qurumları oktyabrın 21-də saytlarının fəaliyyətini müvəqqəti dayandırıb.
Bu boşluqlar hakerlərə şifrə daxil etmədən saytın yerləşdiyi serverə nəzarəti ələ keçirmək imkanı verə bilər. Nəticədə məlumatların oğurlanması, zərərli proqramların yerləşdirilməsi və saytın fəaliyyətinin dayandırılması riski yaranır.
Niderlandda dövlət qurumlarının, Rotterdam limanının, Niderland Kral Futbol İttifaqının (KNVB) və bir neçə xəstəxananın saytları problemlər aradan qaldırılanadək bağlanıb.
Finlandiyanın dövlət qurumlarına İT xidmətləri göstərən “Valtori” şirkəti ictimaiyyət üçün nəzərdə tutulan bəzi internet xidmətlərini dayandırıb. Fransada isə nazirliklərin saytlarının fəaliyyəti təhlükəsizlik tədbirləri çərçivəsində texniki işlər üçün müvəqqəti dayandırılıb.
“Vikipediya” da problemdən təsirlənib. Onlayn ensiklopediyanı idarə edən “Vikimedia Fondu” təhlükəsizlik yeniləmələri quraşdırılanadək bəzi sistemlərinin fəaliyyətini dayandırdığını açıqlayıb.
PHP-nin tərtibatçıları oktyabrın 21-də təcili təhlükəsizlik yeniləmələri yayımlayıb. “PHP2Shell” adlandırılan iki boşluğun aradan qaldırılması üçün saytları idarə edənlərə bu yeniləmələri dərhal quraşdırmaq tövsiyə olunub.
Avropa İttifaqının kibertəhlükəsizlik insidentlərinə cavab qrupu CERT-EU yeniləməni dərhal quraşdıra bilməyən təşkilatlara risk altında olan xidmətlərə girişi məhdudlaşdırmağı və ya onların fəaliyyətini dayandırmağı tövsiyə edib.
“Google”a məxsus “Wiz” kibertəhlükəsizlik şirkəti bildirib ki, tədqiqatçıları “Google” və “OpenAI” şirkətlərinin süni intellekt modellərindən istifadə edərək PHP-nin proqram kodunda illərlə nəzərdən qaçan boşluqları aşkarlayıblar.
Şirkət problemlər barədə avqustda PHP-nin tərtibatçılarına məlumat verib. Bu, boşluqlar ictimaiyyətə açıqlanmazdan əvvəl təhlükəsizlik yeniləmələrinin hazırlanmasına imkan yaradıb.
“Cloudflare” şirkəti boşluqlar barədə məlumatların rəsmi açıqlamadan əvvəl internetə sızdığını və onlardan istifadə etməyə yönələn hücum cəhdləri qeydə aldığını bildirib.
PHP onlayn mağazaların, bloqların və xəbər saytlarının qurulmasında, o cümlədən “WordPress” və “Drupal” kimi platformalarda geniş istifadə olunur. Buna görə də bu texnologiyadakı boşluqlar çox sayda sayta təsir göstərə bilər.
Boşluqlar təxminən son on ildə buraxılmış bütün PHP versiyalarını əhatə edir. Yeni versiyalar üçün təhlükəsizlik yeniləmələri mövcuddur. Texniki dəstəyi dayandırılmış köhnə versiyalardan istifadə edən saytlar isə daha yeni versiyaya keçməlidir.
Təhlükəsizlik yeniləmələrini saytları idarə edənlər quraşdırmalıdır. Adi istifadəçilərdən xüsusi addım tələb olunmur.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin müəyyənləşdirilməsi üçün süni intellektə əsaslanan yeni proqram təminatını təqdim etməyə hazırlaşır.
ABŞ-nin xüsusi nümayəndəsi Cared Kuşner bildirib ki, Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin müəyyən şərtlər daxilində sülh sazişi bağlamağa hazır olduğuna inanır. O, bu açıqlamanı Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə başlayan ikigünlük danışıqlar zamanı verib.
Bolqarıstanın şərqində qatı duman səbəbindən magistral yolun hər iki istiqamətində onlarla avtomobilin toqquşması nəticəsində azı 12 nəfər həlak olub, 46 nəfər yaralanıb. Qəza noyabrın 10-da baş verib.
ABŞ Prezidenti Donald Tramp Fars körfəzi ölkələrinin müraciətindən sonra İrana yeni zərbələri hələlik təxirə salacağını bildirib. Onun sözlərinə görə, ABŞ-nin Hörmüz boğazındakı dəniz blokadası qüvvədə qalacaq.
ABŞ ordusu İranla əlaqəli olduğu bildirilən təhdidə görə Birləşmiş Krallıqdakı ikinci hərbi hava bazasından da təyyarələrini başqa yerlərə köçürüb. Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın