Zəfər Günündə Qarabağda Azərbaycan–Türkiyə həmrəyliyi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Zəfər Günü münasibətilə Azərbaycana səfər edib. Səfər çərçivəsində iki ölkə liderinin görüşləri...
Çinin cənub-qərbində yerləşən Tibetdə 7 maqnitudalı zəlzələ nəticəsində azı 16 nəfər ölüb, 65 nəfər yaralanıb. Çinin dövlət xəbər agentliyi “Sinxua”nın məlumatına görə, 12 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib.
Zəlzələdən sonra bölgədə çoxsaylı yeraltı təkanlar qeydə alınıb, xilasetmə işləri davam edir.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, zəlzələnin episentri Tibetin şimalındakı Naqçu şəhərinin əhalinin seyrək məskunlaşdığı yüksək dağlıq ərazisində yerləşib. Bu, Çində 2024-cü ilin yanvarından bəri qeydə alınan ən güclü zəlzələ olub.
Naqçu polis idarəsinin məlumatına görə, zəlzələ baş verən əraziyə 300-dən çox polis əməkdaşı göndərilib. Onlar xilasetmə işlərinə və zərərçəkənlərə təcili yardım göstərilməsinə cəlb olunublar.
Polis əməkdaşları zədələnmiş evləri yoxlayıb və sakinlərin təhlükəsiz ərazilərə təxliyəsinə kömək ediblər. Polisin yaydığı görüntülərdə onların qaranlıqda yük maşınlarına yardım ləvazimatları yüklədiyi, fənərlərlə zədələnmiş binaları və dağıntıları yoxladığı görünür.
Yerli medianın daha əvvəl yaydığı görüntülərdə isə sakinlərin evlərini tərk edərək açıq ərazilərə çıxdığı və ya küçələrdə dayanmış avtomobillərə sığındığı əks olunub.
Çin Zəlzələ Şəbəkələri Mərkəzinin məlumatına görə, əsas zəlzələdən sonra 413 təkrar yeraltı təkan qeydə alınıb.
Çin Xalq Respublikasının Sədri Si Cinpin insan tələfatını minimuma endirmək üçün bütün imkanların xilasetmə işlərinə səfərbər olunmasını və yaralılara vaxtında tibbi yardım göstərilməsini tapşırıb.
O, əlavə təhlükələrin qarşısını almaq üçün seysmik aktivliyin və hava şəraitinin diqqətlə izlənilməsinin, xilasetmə işlərinin mütəxəssislərin tövsiyələri əsasında təşkilinin vacibliyini vurğulayıb.
Si Cinpin zərərçəkənlərin zəruri yardımla təmin edilməsini, evlərini tərk etmək məcburiyyətində qalan sakinlərin müvəqqəti yerləşdirilməsini və zədələnmiş infrastrukturun bərpası üçün təcili tədbirlər görülməsini də tapşırıb.
2010-cu ildə Tibetin qonşuluğunda yerləşən Çinxay əyalətinin Yuşu bölgəsində 7,1 maqnitudalı zəlzələ baş verib. Həmin hadisə nəticəsində azı 2 698 nəfər həlak olub, 300-ə yaxın insan isə itkin düşüb.
Polşanın Krakov şəhərinin mərkəzi meydanında silahlı hücum nəticəsində azı 6 nəfər həlak olub, 15 nəfər yaralanıb. Bu barədə Polşa rəsmiləri məlumat veriblər.
Azərbaycan, ABŞ və Ermənistan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsini sürətləndirmək üçün üçtərəfli texniki işçi qruplarının fəaliyyətinə başlayıblar. Bu, 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmaların icrasında növbəti addımdır.
Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı Xankəndidə Zəfər tağını ziyarət edərək önünə əklil qoyub.
Yeni Zelandiyada keçirilən parlament seçkilərində hakim sağ-mərkəzçi Milli Partiya müxalifətdəki Leyboristlər Partiyasını cüzi fərqlə qabaqlayır. İlkin proqnozlara görə, hazırkı üçpartiyalı hakim koalisiya iqtidarda qala bilər.
Azərbaycanda noyabrın 8-də Zəfər Gününün altıncı ildönümü qeyd olunur. Bu əlamətdar tarix 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi ilə bağlıdır.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) noyabrın 8-də ABŞ-nin silah və sanksiyalarla məhdudlaşdırılan digər materialların daşınmasının qarşısını almaq üçün başlatdığı yeni əməliyyatın nəticə verməyəcəyini bildirib.
Polşada Krakov şəhərində altı nəfərin ölümü ilə nəticələnən kütləvi atışmadan sonra noyabrın 8-də ölkə üzrə ikigünlük matəm elan edilib. Polis hadisə ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib.
Türkiyənin Antalya şəhərində noyabrın 9-da başlayacaq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) ərəfəsində təhlükəsizlik tədbirləri gücləndirilib.
Rusiyanın noyabrın 8-nə keçən gecə Ukraynanın Dnepropetrovsk vilayətinin enerji infrastrukturuna endirdiyi zərbələr nəticəsində 600 mindən çox sakin elektrik enerjisiz qalıb. Bu barədə Ukraynanın DTEK enerji şirkəti məlumat yayıb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi və Yəməndə husilərə qarşı döyüşən koalisiya noyabrın 8-də İranın dəstəklədiyi qruplaşmanın Ər-Riyad istiqamətində atdığı iki ballistik raketin havada vurularaq məhv edildiyini açıqlayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın