Qara dənizdə azərbaycanlıların da olduğu gəmi batıb: ölən və itkin düşənlər var

Qara dənizdə azərbaycanlıların da olduğu gəmi batıb: ölən və itkin düşənlər var
Rumıniya Prezidenti Nikuşor Dan çıxış edir. Kişineu, Moldova, 27 avqust 2026-cı il.
Reuters

Rumıniya hakimiyyəti Qara dənizdə yük gəmisində baş verən yanğından sonra itkin düşən heyət üzvlərinin axtarışını davam etdirir. Rumıniya Prezidenti Nikuşor Dan hadisəni Rusiyanın regionda gərginliyi artıran hərəkətləri ilə əlaqələndirib.

Gəminin 13 heyət üzvündən 10-u Ukrayna, üçü isə Azərbaycan vətəndaşıdır. Əldə olunan məlumata görə, üç vətəndaşımızın hamısı xilas edilib. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Rumıniya sahilləri yaxınlığında göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəminin vurulması ilə bağlı yerli medianın sualını cavablandırarkən bildirib. O qeyd edib ki, onlardan yüngül xəsarət alan, 1992-ci il təvəllüdlü Rufan Xaliq oğlu Əhmədov tibbi müayinədən keçirilib və mehmanxanaya yerləşdirilib. 

“Məsələ ilə bağlı ölkəmizin Rumıniyadakı səfirliyi və aidiyyəti səlahiyyətli qurumlar ilə birgə koordinasiya işləri aparılır. Vətəndaşlarımıza konsulluq dəstəyinin göstərilməsi istiqamətində zəruri tədbirlər görülür. Bir daha Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, bu ərazilərdə, habelə riskli marşrutlar üzrə hərəkət edən nəqliyyat vasitələrində, xüsusilə Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırırıq”, - deyə Ayxan Hacızadə bildirib.

İyulda Rusiya Ukraynanın əsas taxıl ixracı mərkəzləri olan Odessa, Çernomorsk və Pivdennıya raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücumlarını intensivləşdirib. Bundan sonra Ukrayna da Rusiyanın neft və taxıl ixracında istifadə olunan gəmilərə və infrastruktura hücumlarını artırıb.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen “X” sosial şəbəkəsindəki paylaşımında Rumıniya Prezidenti Nikuşor Danın Rusiya ilə bağlı fikirlərini dəstəkləyib. O, “Rusiyanın Qara dənizdə gərginliyi növbəti dəfə artırmasından dərin narahatlıq keçirdiyini” bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, sentyabrın 9-da Qara dənizdə “TEDY” adlı xarici yük gəmisinə PUA hücumu nəticəsində iki Azərbaycan vətəndaşı həlak olub, daha iki nəfər yaralanıb.

Nazirliyin məlumatına əsasən, iyunun 5-də Azov dənizinin Taqanroq körfəzində “Natra” və “Zirkon” yük gəmiləri PUA hücumuna məruz qalıb. XİN-in iyunun 6-da yaydığı yenilənmiş məlumata görə, hücum nəticəsində dörd Azərbaycan vətəndaşı həlak olub, daha dörd nəfər yaralanıb.

Ukraynada 500 mindən çox insan elektrik enerjisiz qalıb

Ukraynanın energetika naziri Artem Nekrasov bildirib ki, Rusiya qüvvələrinin ölkənin qərb, mərkəzi və cənub bölgələrindəki enerji obyektlərinə gecə saatlarında endirdiyi zərbələr nəticəsində 500 mindən çox insan elektrik enerjisiz qalıb.

Xilasedicilər Rusiyanın raket zərbəsinə məruz qalmış ticarət mərkəzində işləyirlər. Kiyev, Ukrayna, 22 oktyabr 2026-cı il.
Reuters

Nazirin sözlərinə görə, elektrik enerjisinin verilişinin bərpası üçün işlər aparılır. Lakin Rusiyanın davam edən hücumları bu işləri çətinləşdirir.

Nekrasov Jitomir, Volın, Nikolayev, Poltava, Xmelnitski və Rovno vilayətlərinin hücumlardan zərər çəkdiyini bildirib.

Ukraynanın ən böyük özəl enerji şirkəti DTEK-ın məlumatına görə, şirkətə məxsus istilik elektrik stansiyalarından biri hücuma məruz qalıb. Stansiyaya ciddi ziyan dəyib və fəaliyyəti dayandırılıb. Şirkət obyektin harada yerləşdiyini açıqlamayıb.

Rusiya Müdafiə Nazirliyi isə Ukraynanın cənubundakı Odessa vilayətinin Vilkovo limanına, Qara dənizdəki yük gəmisinə və Poltava şəhərindəki dəmir yolu deposuna zərbələr endirdiyini bildirib.

Ukraynanın hücumları nəticəsində iki nəfər ölüb

Ukraynanın şərqində, Rusiyanın nəzarətində olan Luqansk vilayətində Ukrayna qüvvələrinin hücumları nəticəsində iki nəfər həlak olub, daha dörd nəfər yaralanıb.

Rusiyanın raket hücumu nəticəsində qəlpə izləri yaranmış bina. Kiyev, Ukrayna, 22 oktyabr 2026-cı il.
Reuters

Bu barədə Rusiyanın təyin etdiyi vilayət rəhbəri məlumat verib.

Perm diyarının qubernatoru Dmitri Maxonin bildirib ki, Ukrayna PUA-ları bölgədəki sənaye müəssisəsinə də zərbə endirib.

O, “Telegram” paylaşımında hadisə yerində aidiyyəti xidmətlərin işlədiyini, ölən və yaralananların olmadığını bildirib.

“Reuters” həmçinin Rusiyadan dizel yanacağı daşıyan tankerin Nyu-Yorka istiqamət aldığını xəbər verib.

Məlumata görə, Kreml rəhbəri Vladimir Putin oktyabrın 9-da ABŞ dövlət başçısı Donald Trampla əldə olunan razılaşmadan sonra Rusiyanın dizel ixracına könüllü tətbiq etdiyi qadağanı ləğv etməyə razılaşıb.

Malta bayrağı altında üzən və 40 min ton Rusiya dizel yanacağı daşıyan tankerin noyabrın 7-də ABŞ-yə çatması gözlənilir.

Teqlər