Zəfər Günündə Qarabağda Azərbaycan–Türkiyə həmrəyliyi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Zəfər Günü münasibətilə Azərbaycana səfər edib. Səfər çərçivəsində iki ölkə liderinin görüşləri...
Oktyabrın 24-də Tayvan sahillərini vuran “Çampi” tayfunu nəticəsində bir nəfər ölüb, 500-dən çox insan yaralanıb. Güclü külək və leysan yağışları ağacları aşırıb, elektrik təchizatında fasilələr yaradıb və ada boyunca nəqliyyatın işini pozub.
Bir müddət supertayfun səviyyəsinə çatan “Çampi” bu il Sakit okeanda qeydə alınan ən güclü fırtınalardan biri olub. Oktyabrın 24-də tayfun zəifləsə də, Tayvanın Mərkəzi Meteorologiya İdarəsinin (CWA) məlumatına görə, onun mərkəzi yaxınlığında küləyin ani sürəti saatda təxminən 126 kilometrə çatıb.
İdarədən bildirilib ki, tayfun oktyabrın 24-də səhər saatlarında Tayvanın şimal-şərqində yerləşən İlan bölgəsinin sahillərinə yaxınlaşdıqdan sonra adadan 170 kilometr şimal-şərqə doğru hərəkət edib.
Oktyabrın 24-nə keçən gecə tayfunun mərkəzi cənuba doğru istiqamətini dəyişərək İlan sahilləri boyunca hərəkət edib. Daha sonra dəniz üzərində nadir hallarda müşahidə olunan dövrə vuraraq şimala doğru uzaqlaşıb.
Proqnozlara görə, tayfun şimala dönərək Çin sahilləri boyunca irəliləyəcək, daha sonra isə Yaponiyanın cənubuna çatacaq.
Tayvanın yanğınsöndürmə xidmətinin məlumatına görə, tayfun nəticəsində bir nəfər ölüb, 527 nəfər yaralanıb. Həlak olan şəxs Lyuçyu adası yaxınlığında dalğaların apardığı kişi olub.

Sahilboyu yaşayış məntəqələrinin sakinlərinə mobil telefonlar vasitəsilə xəbərdarlıq mesajları göndərilib. Mesajlarda küləyin ani sürətinin saatda 150 kilometri keçə biləcəyi bildirilərək əhaliyə dərhal təhlükəsiz yerlərə sığınmaq tövsiyə olunub.

Paytaxt Taypeyin ətraf əraziləri də daxil olmaqla, şimaldakı dağlıq ərazilərə 1 000 millimetrə yaxın yağıntı düşəcəyi proqnozlaşdırılıb.
İlan bölgəsinin sakinləri “Çampi”nin oktyabrın 24-nə keçən gecə sahilə yaxın hərəkət etdiyi vaxt xüsusilə güclü olduğunu bildiriblər.
Bağında küləyin aşırdığı banan ağaclarına baxan Lin soyadlı təqaüdçü müəllim həmin anları belə təsvir edib: “Ən qorxulu anlar gecəyarısı yaşandı. Yuxusuz bir gecə idi. Uzun illərdir belə bir şey görməmişdim”.
Tayvanın şimal və mərkəzi bölgələrinin, o cümlədən Taypeyin yerli hakimiyyət orqanları oktyabrın 24-də məktəblərin və iş yerlərinin ardıcıl ikinci gün bağlı qalacağını elan ediblər.
Tayvanın Nəqliyyat Nazirliyinin məlumatına görə, oktyabrın 24-də 259 aviareys ləğv edilib. Oktyabrın 23-də isə ləğv olunan reyslərin sayı 1 000-ə yaxın olub.
Paytaxt Taypeydə ağaclar aşıb, vaxtaşırı güclü küləklə müşayiət olunan leysan yağışları yağıb.
Tayfunun yaxınlaşması ilə əlaqədar Çinin Fövqəladə Halların İdarə Edilməsi Nazirliyi ölkənin şərqində yerləşən Çjetszyan əyalətinə xüsusi qrup göndərib. Nazirlik oktyabrın 25-dək güclü külək və leysan yağışlarının davam edəcəyi barədə xəbərdarlıq edib.
Çin rəsmilərinin məlumatına görə, fövqəladə hallara müdaxilə üçün 400 xilasedici və 600 ədəd texnika hazır vəziyyətə gətirilib. Bundan başqa, 41 mindən çox yanğınsöndürən fövqəladə hallarla bağlı növbətçiliyə cəlb olunub.
Tayçjou şəhərində 3 800-dən çox balıqçı gəmisi limanlara qayıdıb, dənizdə yerləşən balıqçılıq təsərrüfatlarının işçiləri sahilə çıxarılıb, adalara səfər edən 2 084 nəfər isə təxliyə olunub.
Hakimiyyət orqanları həmçinin dənizdə aparılan 25 tikinti layihəsi üzrə işləri və 18 sərnişin bərə marşrutu üzrə hərəkəti müvəqqəti dayandırıb.
Polşanın Krakov şəhərinin mərkəzi meydanında silahlı hücum nəticəsində azı 6 nəfər həlak olub, 15 nəfər yaralanıb. Bu barədə Polşa rəsmiləri məlumat veriblər.
Azərbaycan, ABŞ və Ermənistan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsini sürətləndirmək üçün üçtərəfli texniki işçi qruplarının fəaliyyətinə başlayıblar. Bu, 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmaların icrasında növbəti addımdır.
Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı Xankəndidə Zəfər tağını ziyarət edərək önünə əklil qoyub.
Azərbaycanda noyabrın 8-də Zəfər Gününün altıncı ildönümü qeyd olunur. Bu əlamətdar tarix 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi ilə bağlıdır.
Yeni Zelandiyada keçirilən parlament seçkilərində hakim sağ-mərkəzçi Milli Partiya müxalifətdəki Leyboristlər Partiyasını cüzi fərqlə qabaqlayır. İlkin proqnozlara görə, hazırkı üçpartiyalı hakim koalisiya iqtidarda qala bilər.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) noyabrın 8-də ABŞ-nin silah və sanksiyalarla məhdudlaşdırılan digər materialların daşınmasının qarşısını almaq üçün başlatdığı yeni əməliyyatın nəticə verməyəcəyini bildirib.
Polşada Krakov şəhərində altı nəfərin ölümü ilə nəticələnən kütləvi atışmadan sonra noyabrın 8-də ölkə üzrə ikigünlük matəm elan edilib. Polis hadisə ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib.
Türkiyənin Antalya şəhərində noyabrın 9-da başlayacaq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) ərəfəsində təhlükəsizlik tədbirləri gücləndirilib.
Rusiyanın noyabrın 8-nə keçən gecə Ukraynanın Dnepropetrovsk vilayətinin enerji infrastrukturuna endirdiyi zərbələr nəticəsində 600 mindən çox sakin elektrik enerjisiz qalıb. Bu barədə Ukraynanın DTEK enerji şirkəti məlumat yayıb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi və Yəməndə husilərə qarşı döyüşən koalisiya noyabrın 8-də İranın dəstəklədiyi qruplaşmanın Ər-Riyad istiqamətində atdığı iki ballistik raketin havada vurularaq məhv edildiyini açıqlayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın