Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Almaniyada nasist dövrünə aid tarixi Kelştaynhauz (Kehlsteinhaus) binasında güclü yanğın baş verib. Polis hadisə ilə əlaqədar bir nəfəri şübhəli şəxs qismində saxlayıb.
“Qartal yuvası” kimi tanınan dağ iqamətgahından vaxtilə Adolf Hitler də daxil olmaqla, nasist rejiminin yüksəkvəzifəli rəsmiləri istifadə ediblər.
Yanğın oktyabrın 23-də Bavariyanın Berxtesqaden şəhəri yaxınlığında yerləşən binada baş verib. Hadisə yerinə 200-ə yaxın yanğınsöndürən və digər fövqəladə xidmətlərin əməkdaşları cəlb olunub.
Hadisə yerindən yayılan görüntülərdə binadan alov və qatı tüstünün yüksəldiyi, yanğınsöndürənlərin isə alovu nəzarət altına almağa çalışdığı görünür.
Polisin məlumatına görə, hadisə yerinin yaxınlığında bir nəfər saxlanılıb. Müstəntiqlər həmin şəxsin yanğınla mümkün əlaqəsini araşdırırlar.
Yanğının səbəbi barədə hələlik məlumat verilməyib.
Kelştaynhauz 1938-ci ildə nasist rejiminin yüksəkvəzifəli rəsmiləri və onların qonaqları üçün tikilib.
Bavariya Alplarında yerləşən Kelştaynhauz Hitlerin yaxınlıqdakı keçmiş yay iqamətgahı Berqhofla (Berghof) eyni bina deyil.
İkinci Dünya müharibəsindən sonra Kelştaynhauz nasist dövrünə aid tarixi abidə kimi qorunub saxlanılıb.
Hazırda Bavariya əyalətinə məxsus olan bina tanınmış turizm məkanlarından biridir.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin müəyyənləşdirilməsi üçün süni intellektə əsaslanan yeni proqram təminatını təqdim etməyə hazırlaşır.
ABŞ-nin xüsusi nümayəndəsi Cared Kuşner bildirib ki, Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin müəyyən şərtlər daxilində sülh sazişi bağlamağa hazır olduğuna inanır. O, bu açıqlamanı Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə başlayan ikigünlük danışıqlar zamanı verib.
Bolqarıstanın şərqində qatı duman səbəbindən magistral yolun hər iki istiqamətində onlarla avtomobilin toqquşması nəticəsində azı 12 nəfər həlak olub, 46 nəfər yaralanıb. Qəza noyabrın 10-da baş verib.
ABŞ Prezidenti Donald Tramp Fars körfəzi ölkələrinin müraciətindən sonra İrana yeni zərbələri hələlik təxirə salacağını bildirib. Onun sözlərinə görə, ABŞ-nin Hörmüz boğazındakı dəniz blokadası qüvvədə qalacaq.
ABŞ ordusu İranla əlaqəli olduğu bildirilən təhdidə görə Birləşmiş Krallıqdakı ikinci hərbi hava bazasından da təyyarələrini başqa yerlərə köçürüb. Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın