Zəfər Günündə Qarabağda Azərbaycan–Türkiyə həmrəyliyi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Zəfər Günü münasibətilə Azərbaycana səfər edib. Səfər çərçivəsində iki ölkə liderinin görüşləri...
Serbiyada oktyabrın 25-də növbədənkənar parlament seçkisi keçirilir. Kütləvi tələbə etirazları nəticəsində yaranan hərəkat on ildən artıqdır ölkə siyasətində əsas fiqurlardan biri olan Aleksandar Vuçiçin yenidən hakimiyyətə gəlməsinin qarşısını almağa çalışır.
Bu seçki onun üçün son on ildən artıq müddətdə ən ciddi siyasi sınaq hesab olunur. Vuçiçin sentyabrda elan etdiyi növbədənkənar seçki təxminən iki ildir davam edən tələbə etirazları fonunda keçirilir. Etirazlar 2024-cü ildə Novi Sad şəhərində dəmir yolu vağzalının örtüyünün uçması nəticəsində 16 nəfərin həlak olmasından sonra başlayıb. Nümayişçilər korrupsiya iddialarına və ölkədə demokratik idarəçiliklə bağlı problemlərə də etiraz edirlər. Hərəkat geniş ictimai dəstək qazanıb.
Belqrad və Novi Sad şəhərlərində seçki məntəqələri açılmamış uzun növbələr yaranıb. Səsvermə saat 07:00-da başlayıb və 20:00-da başa çatacaq. Seçkinin ilkin nəticələri barədə məlumatın saat 22:00 radələrində veriləcəyi gözlənilir.
Tələbələrin seçkidə qələbəsi təxminən 6 milyon əhalisi olan Serbiyada ciddi siyasi dəyişikliklərə yol aça, Avropanın digər ölkələrindəki tələbə hərəkatları üçün nümunə ola bilər. Bu, apreldə Macarıstanda Viktor Orbanın seçkidə məğlubiyyəti ilə müqayisə oluna bilər.
Son həftələr bir sıra Avropa ölkələrində gənclər təhsilin keyfiyyətindən və gələcək imkanların məhdudluğundan narazılıqlarını bildirmək üçün küçələrə çıxıblar. Bəzi hallarda etirazlar zorakılıqla müşayiət olunub.
Bununla belə, prezident kimi ikinci səlahiyyət müddətində istefa verib Baş nazir vəzifəsinə namizəd olan Vuçiç güclü rəqib olaraq qalır. Bir çox seçici Serbiyanın iqtisadi inkişafını onun fəaliyyəti ilə əlaqələndirir. Onlar yeni avtomobil və dəmir yollarının, məktəblərin və xəstəxanaların tikintisini Vuçiçin əsas nailiyyətləri sırasında göstərirlər.
Belqraddakı seçki məntəqələrindən birində səs verən 30 yaşlı Ana bildirib:
“Bu gün erkən gəldim, çünki tələbələr bizi çağırmışdılar”.
Vuçiç ölkə daxilində pensiyaların və dövlət sektorunda maaşların artırılacağını, dövlət səhiyyəsinə sərmayə qoyulacağını və gənc ailələrə subsidiyalar veriləcəyini vəd edib.
Xarici siyasətdə isə o, Serbiyaya böyük həcmdə sərmayə yatıran Çinlə və ölkənin ənənəvi müttəfiqi, əsas təbii qaz təchizatçısı olan Rusiya ilə əlaqələri qoruyub. Eyni zamanda, Serbiyanın Avropa İttifaqına (Aİ) üzvlük imkanını da açıq saxlayıb.
Hərəkatın daxili siyasətdə əsas məqsədləri korrupsiyaya qarşı mübarizə və təhsilin keyfiyyətinin yaxşılaşdırılmasıdır. Xarici siyasət məqsədləri barədə isə geniş məlumat verilməyib.
Tələbələrin seçki siyahısında 250 namizəd var. Onların əksəriyyəti geniş ictimaiyyət arasında az tanınır. Namizədlər arasında universitet müəllimləri, aktyorlar və fermerlər də yer alıb. Siyahıya kardioloq İliya Srdanoviç rəhbərlik edir.
Oktyabrın 22-də dərc olunan sorğuya əsasən, Vuçiçin Serbiya Tərəqqi Partiyası (SNS) 47 faiz, tələbələrin seçki siyahısı isə 40 faiz dəstək qazanıb. Digər sorğularda isə tələbələr öndədir.
Nümayişlər qısa müddətdə ölkədə son onilliklərin ən böyük etiraz hərəkatına çevrilib. İştirakçılar Vuçiçin istefasını tələb ediblər.
İnsan hüquqları təşkilatları və fəalların sözlərinə görə, həmin vaxtdan ölkədə siyasi təzyiqlər artıb.
Vuçiç və Serbiya Tərəqqi Partiyası repressiya, korrupsiya və siyasi rəqiblərin izlənilməsi ilə bağlı ittihamları dəfələrlə rədd ediblər.
Vuçiç tələbə hərəkatının Xorvatiya və Monteneqrodakı xarici agentlər tərəfindən maliyyələşdirildiyini iddia edir. Tələbələr isə bu ittihamı qəbul etmirlər.
Vuçiç oktyabrın 22-də tərəfdarları qarşısında çıxış edərkən deyib:
“Bu, ən çətin, lakin ən emosional seçki kampaniyalarından biri olub. Biz Serbiyanı məhv etmək istəyənlərə qarşı dayandıq”.
Avropa Şurasının nümayəndə heyəti bu ay Serbiyaya səfərindən sonra hazırladığı hesabatda siyasi rəqiblərə qarşı düşmənçilik və aqressiv ritorikadan istifadə edildiyini qeyd edib.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen isə sentyabrda müharibə cinayətlərinə görə məhkum edilmiş Ratko Mladiçin Belqradda keçirilən izdihamlı dəfn mərasimini pisləyib.
O bildirib ki, bu mərasim Serbiyanın Avropa İttifaqına yaxınlaşmaq istiqamətində əsas götürdüyü dəyərlərə ziddir.
Polşanın Krakov şəhərinin mərkəzi meydanında silahlı hücum nəticəsində azı 6 nəfər həlak olub, 15 nəfər yaralanıb. Bu barədə Polşa rəsmiləri məlumat veriblər.
Azərbaycan, ABŞ və Ermənistan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsini sürətləndirmək üçün üçtərəfli texniki işçi qruplarının fəaliyyətinə başlayıblar. Bu, 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmaların icrasında növbəti addımdır.
Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı Xankəndidə Zəfər tağını ziyarət edərək önünə əklil qoyub.
Yeni Zelandiyada keçirilən parlament seçkilərində hakim sağ-mərkəzçi Milli Partiya müxalifətdəki Leyboristlər Partiyasını cüzi fərqlə qabaqlayır. İlkin proqnozlara görə, hazırkı üçpartiyalı hakim koalisiya iqtidarda qala bilər.
Azərbaycanda noyabrın 8-də Zəfər Gününün altıncı ildönümü qeyd olunur. Bu əlamətdar tarix 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi ilə bağlıdır.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) noyabrın 8-də ABŞ-nin silah və sanksiyalarla məhdudlaşdırılan digər materialların daşınmasının qarşısını almaq üçün başlatdığı yeni əməliyyatın nəticə verməyəcəyini bildirib.
Polşada Krakov şəhərində altı nəfərin ölümü ilə nəticələnən kütləvi atışmadan sonra noyabrın 8-də ölkə üzrə ikigünlük matəm elan edilib. Polis hadisə ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib.
Türkiyənin Antalya şəhərində noyabrın 9-da başlayacaq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) ərəfəsində təhlükəsizlik tədbirləri gücləndirilib.
Rusiyanın noyabrın 8-nə keçən gecə Ukraynanın Dnepropetrovsk vilayətinin enerji infrastrukturuna endirdiyi zərbələr nəticəsində 600 mindən çox sakin elektrik enerjisiz qalıb. Bu barədə Ukraynanın DTEK enerji şirkəti məlumat yayıb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi və Yəməndə husilərə qarşı döyüşən koalisiya noyabrın 8-də İranın dəstəklədiyi qruplaşmanın Ər-Riyad istiqamətində atdığı iki ballistik raketin havada vurularaq məhv edildiyini açıqlayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın