Zəfər Günündə Qarabağda Azərbaycan–Türkiyə həmrəyliyi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Zəfər Günü münasibətilə Azərbaycana səfər edib. Səfər çərçivəsində iki ölkə liderinin görüşləri...
Rumıniya hakimiyyəti Braşov şəhərində müdafiə sənayesi müəssisəsinin yaxınlığında baş vermiş yanğınla əlaqəli təxribat şəbəkəsi aşkarlandığını bildirib. Rəsmilərin sözlərinə görə, şəbəkə Rusiyadan idarə olunub.
Rumıniya Kəşfiyyat Xidmətinin (SRI) oktyabrın 26-da yaydığı məlumata görə, sentyabrın 14-də Braşovdakı “Carfil” sənaye kompleksində baş verən yanğını həmin şəbəkə törədib. Hadisə Rumıniyanın dövlətə məxsus “CN ROMARM” müdafiə sənayesi şirkətinin törəmə müəssisəsi olan “Carfil SA”nın yaxınlığında qeydə alınıb.
Rumıniyanın xarici işlər naziri Dan Nekulaesku hadisəni Avropanın müdafiə sənayesini hədəf alan daha geniş təxribat kampaniyasının bir hissəsi kimi qiymətləndirib.
“Hibrid hücumlar müqavimət gücümüzü və müdafiə qabiliyyətimizi artırmağımıza mane olmayacaq”, – deyə nazir “X” sosial şəbəkəsində yazıb.
Rumıniyanın Mütəşəkkil Cinayətkarlıq və Terrorizmlə Mübarizə İdarəsi (DIICOT) bildirib ki, hadisə ilə əlaqədar üç nəfərin kimliyi müəyyənləşdirilib. Onlardan ikisi Belarus, biri isə Ukrayna vətəndaşıdır.
Prokurorluğun məlumatına görə, şübhəlilərdən ikisi Almaniyada oxşar təxribatlar törətməyə hazırlaşarkən saxlanılıb. Polşada olduğu müəyyən edilən üçüncü şəxs barəsində isə oktyabrın 26-da Avropa həbs orderi verilib.
Rumıniya prokurorluğu hər üç şübhəlinin ölkəyə ekstradisiyası üçün zəruri tədbirlər görür. İstintaq onların Rumıniyada və Avropa İttifaqının digər ölkələrində yerləşən obyektləri də hədəf almağı planlaşdırdığını müəyyən edib.
Rumıniya Kəşfiyyat Xidmətinin məlumatına görə, şəbəkənin fəaliyyəti təkcə Rumıniya ilə məhdudlaşmayıb.
Qurum bildirir ki, şəbəkəni Rusiyadan idarə edən şəxslər dövlət və özəl silah istehsalı müəssisələrini, eləcə də hərbi və sənaye əhəmiyyətli digər obyektləri hədəf seçiblər.
Kəşfiyyat xidməti əlavə edib ki, 2026-cı ildə aparılan digər araşdırmalar zamanı Rumıniyada bir neçə təxribat cəhdi də aşkarlanıb. Bunlar arasında beynəlxalq hərbi obyektlərə və Ukrayna hərbçilərinin təlim keçdiyi məkanlara qarşı planlaşdırılan hücumlar da var.
Rumıniya rəsmiləri hadisənin Rusiya ilə əlaqəsini təsdiqləyən sübutları tam şəkildə ictimaiyyətə açıqlamayıblar. Rusiya hakimiyyəti isə ittihamlara hələlik münasibət bildirməyib.
Hadisə Avropada müdafiə infrastrukturu və Ukraynaya yardımla əlaqəli logistika şəbəkələrinə qarşı mümkün təxribatlar, kiberhücumlar və digər hibrid fəaliyyətlərlə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bir dövrə təsadüf edir.
Qərb hökumətləri dəfələrlə xəbərdarlıq ediblər ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi davam etdikcə hərbi obyektlər, silah istehsalı müəssisələri və nəqliyyat dəhlizləri gizli əməliyyatların hədəfinə daha çox çevrilir.
Nekulaesku bildirib ki, Rumıniya hakimiyyəti Braşovdakı hadisənin arxasında dayandığını iddia etdiyi Rusiya Federasiyası tərəfindən koordinasiya olunan təxribat şəbəkəsini aşkar edib.
Hadisə “Carfil SA” şirkətinin xarici tərəfdaşlarla müdafiə sənayesi sahəsində əməkdaşlığını genişləndirdiyi dövrdə baş verib.
Şirkət oktyabrın 19-da Yunanıstanın “Altus LSA” şirkəti ilə pilotsuz sistemlərin hazırlanması, dronlara qarşı mübarizə texnologiyaları və müdafiə sənayesi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb.
Razılaşmaya əsasən, “Carfil SA” Yunanıstan şirkətinin dronları zərərsizləşdirmək üçün nəzərdə tutulan sistemlərini döyüş sursatları ilə təmin etməyi planlaşdırır. Tərəflər həmçinin texnologiya mübadiləsi, birgə istehsal və yeni müdafiə sistemlərinin sınaqdan keçirilməsi imkanlarını araşdıracaqlar.
Rumıniya hakimiyyətinin məlumatına görə, Braşovdakı yanğınla bağlı istintaq davam edir. Hüquq-mühafizə orqanları şəbəkənin digər mümkün üzvlərini müəyyənləşdirməyə və Polşada olduğu bildirilən üçüncü şübhəlinin saxlanılmasına çalışırlar.
Polşanın Krakov şəhərinin mərkəzi meydanında silahlı hücum nəticəsində azı 6 nəfər həlak olub, 15 nəfər yaralanıb. Bu barədə Polşa rəsmiləri məlumat veriblər.
Azərbaycan, ABŞ və Ermənistan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsini sürətləndirmək üçün üçtərəfli texniki işçi qruplarının fəaliyyətinə başlayıblar. Bu, 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmaların icrasında növbəti addımdır.
Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı Xankəndidə Zəfər tağını ziyarət edərək önünə əklil qoyub.
Yeni Zelandiyada keçirilən parlament seçkilərində hakim sağ-mərkəzçi Milli Partiya müxalifətdəki Leyboristlər Partiyasını cüzi fərqlə qabaqlayır. İlkin proqnozlara görə, hazırkı üçpartiyalı hakim koalisiya iqtidarda qala bilər.
Azərbaycanda noyabrın 8-də Zəfər Gününün altıncı ildönümü qeyd olunur. Bu əlamətdar tarix 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi ilə bağlıdır.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) noyabrın 8-də ABŞ-nin silah və sanksiyalarla məhdudlaşdırılan digər materialların daşınmasının qarşısını almaq üçün başlatdığı yeni əməliyyatın nəticə verməyəcəyini bildirib.
Polşada Krakov şəhərində altı nəfərin ölümü ilə nəticələnən kütləvi atışmadan sonra noyabrın 8-də ölkə üzrə ikigünlük matəm elan edilib. Polis hadisə ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib.
Türkiyənin Antalya şəhərində noyabrın 9-da başlayacaq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) ərəfəsində təhlükəsizlik tədbirləri gücləndirilib.
Rusiyanın noyabrın 8-nə keçən gecə Ukraynanın Dnepropetrovsk vilayətinin enerji infrastrukturuna endirdiyi zərbələr nəticəsində 600 mindən çox sakin elektrik enerjisiz qalıb. Bu barədə Ukraynanın DTEK enerji şirkəti məlumat yayıb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi və Yəməndə husilərə qarşı döyüşən koalisiya noyabrın 8-də İranın dəstəklədiyi qruplaşmanın Ər-Riyad istiqamətində atdığı iki ballistik raketin havada vurularaq məhv edildiyini açıqlayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın