Qara dənizdə dron hücumu: Üç ticarət gəmisi zədələnib
Rumıniyanın Baş naziri Luka Nikulesku Qara dənizdə, Sulina kanalı yaxınlığında üç ticarət gəmisinin pilotsuz uçuş aparatlarının hücumuna məruz...
“Reuters” agentliyinin əldə etdiyi Pentaqon məlumatlarına görə, ABŞ-nin İrana qarşı müharibəyə çəkdiyi xərclər 47 milyard dolları ötüb. Döyüş sursatlarının və itirilmiş hərbi texnikanın əvəzlənməsinə, eləcə də hərbi əməliyyatlara ayrılan vəsait artmaqda davam edir.
Pentaqonun hesablamalarına görə, müharibə zamanı istifadə edilən döyüş sursatlarının əvəzlənməsi üçün 29 milyard dollardan çox vəsait tələb olunur. Təyyarələr və pilotsuz uçuş aparatları da daxil olmaqla, itirilmiş hərbi texnikanın əvəzlənməsinə isə altı milyard dollardan çox vəsait lazımdır.
Pentaqon bu hesablamaları ictimaiyyətə açıqlamayıb və “Reuters”in şərh sorğusuna dərhal cavab verməyib.
Yeni qiymətləndirməyə görə, müharibənin maliyyə yükü ABŞ-nin müdafiə naziri Pit Heqsetin iyulda açıqladığı 37,5 milyard dolları ötüb.
Ümumi məbləğ hərbi uçuşlar və kiberəməliyyatlara dəstək də daxil olmaqla, müxtəlif əməliyyat xərclərini əhatə edir. Lakin görünür, İranın raket və pilotsuz uçuş aparatları ilə zədələdiyi ABŞ hərbi bazalarının təmir xərcləri tam nəzərə alınmayıb.
Müharibənin maliyyə yükü Respublikaçıların noyabrın 3-də keçiriləcək seçkilər ərəfəsində siyasi təzyiqlərlə üzləşdiyi bir vaxtda artır. Seçkilər Konqresə növbəti iki il ərzində hansı partiyanın nəzarət edəcəyini müəyyənləşdirəcək.
Münaqişə qlobal enerji qiymətlərinə də təsir göstərib. Bu isə Respublikaçı namizədlərin dəstəyini və Prezident Donald Trampın reytinqini zəiflədir.
Hazırda Respublikaçılar Konqresin hər iki palatasında cüzi çoxluğa malikdirlər.
Tramp fevralda İsraillə birlikdə İrana qarşı müharibəyə başlayıb və əvvəlcə döyüşlərin qısamüddətli olacağını proqnozlaşdırıb.
ABŞ-nin ilkin hərbi strategiyası İranın müdafiə sistemlərini zəiflətmək üçün bahalı, yüksək dəqiqlikli raketlərdən istifadəyə əsaslanıb. Sonrakı mərhələdə daha ucuz silahlara, o cümlədən JDAM dəstləri ilə təchiz edilmiş, təyyarələrdən atılan sərbəstdüşən bombalara üstünlük verilib.
Lakin apreldə əldə olunan atəşkəs İrana yeraltı anbarlarını yenidən açmağa, əvvəllər istifadəsi mümkün olmayan bəzi müdafiə sistemlərinə, raketlərə və pilotsuz uçuş aparatlarına çıxışı bərpa etməyə imkan verib.
Tramp daha sonra İranın neft ixracından əldə etdiyi gəlirləri azaltmaq məqsədilə dəniz blokadası tətbiq edib. O, aralıq seçkilərdən sonra hərbi əməliyyatların bərpası ehtimalını da istisna etməyib.
Adlarının açıqlanmasını istəməyən ABŞ rəsmilərinin bildirdiyinə görə, Pentaqon müvafiq əmr veriləcəyi təqdirdə genişmiqyaslı döyüşlərə qayıtmağa hazırlaşır.
Ukrayna ilə bağlı sülh danışıqlarında Avropanı tək nümayəndə deyil, bir qrup diplomat təmsil edəcək. Avropa İttifaqı (Aİ) liderləri noyabrın 13-də Dublində keçirilən sammitdə bu barədə razılığa gəliblər.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) noyabrın 13-də rabitə nasazlığı səbəbindən ölkə üzrə dayandırılan uçuşların bərpasına icazə verib. Bu, 2001-ci ilin 11 sentyabr terror hücumlarından sonra ABŞ-də uçuşlara qoyulan ən uzunmüddətli məhdudiyyət olub.
Mərkəzi Asiyada daha çox su elektrik stansiyası və hündürmərtəbəli bina tikildikcə seysmoloqlar iri su anbarlarının zəlzələlərə mümkün təsirini araşdırırlar. Regionun iri şəhərlərinin fəal tektonik qırılmalara yaxın yerləşməsi bu məsələni daha da aktuallaşdırır.
İlon Maskın “SpaceX” şirkəti “Starship” raketini növbəti sınaq uçuşunda orbitə çıxarmağa nail olub. Lakin raketin sürətləndirici blokunu geri qaytarmaq mümkün olmayıb. 15-ci sınaq uçuşu noyabrın 13-də ABŞ-nin Texas ştatındakı “Starbase” kosmodromundan həyata keçirilib.
Türkiyə və Qətər noyabrın 13-də birgə təhlükəsizliyi və regional sabitliyi gücləndirmək məqsədilə qarşılıqlı müdafiə sazişi imzalayıb. Tərəflər ölkələrdən birinə xaricdən silahlı hücum ediləcəyi təqdirdə vahid mövqedən çıxış edəcəklərini bəyan ediblər.
Rumıniyanın Baş naziri Luka Nikulesku Qara dənizdə, Sulina kanalı yaxınlığında üç ticarət gəmisinin pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığını bildirib. Onun sözlərinə görə, hücumlarla əlaqədar Rumıniya ordusu iki dəfə qırıcı təyyarələrini havaya qaldırıb.
İtaliyanın fərdi məlumatların mühafizəsi qurumu “Meta Platforms” şirkətini 805 milyon avro (887 milyon dollar) cərimələdiyini açıqlayıb. Qurumun məlumatına görə, şirkət Android istifadəçilərinin foto və videolarına onların xəbəri və razılığı olmadan çıxış əldə edib.
“SpaceX”in “Starship” kosmik gəmisi noyabrın 14-də 22,5 saatdan çox davam edən orbital uçuşdan sonra ilk dəfə Texasdakı buraxılış qülləsinin mexaniki qolları ilə tutulub. Bu, tam təkrar istifadə oluna bilən raket sisteminin yaradılmasında mühüm addımdır.
Filippin və Avstraliya noyabrın 15-də Manilada hərbi əməkdaşlığı genişləndirmək və təhlükəsizlik əlaqələrini gücləndirmək məqsədilə yeni saziş imzalayıblar. Razılaşma Cənubi Çin dənizində Çinlə gərginliyin davam etdiyi bir vaxtda əldə olunub.
Noyabrın 15-də Filippinin paytaxtı Manilada ASEAN-ın 49-cu sammiti işə başlayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın