Zəfər Günündə Qarabağda Azərbaycan–Türkiyə həmrəyliyi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Zəfər Günü münasibətilə Azərbaycana səfər edib. Səfər çərçivəsində iki ölkə liderinin görüşləri...
“Türkmənistan Hava Yolları” aviaşirkəti Seul, Milan, Kazan və İstanbul da daxil olmaqla bir sıra beynəlxalq istiqamətlər üzrə reyslərin sayını artırıb. Məqsəd artan sərnişin tələbatını qarşılamaq və ölkənin beynəlxalq hava əlaqələrini genişləndirməkdir.
Oktyabrın 25-dən qüvvəyə minən yeni uçuş cədvəlinə əsasən, dörd istiqamət üzrə həftəlik reyslərin sayı artırılıb.
Türkmənistanın dövlət xəbər portalının məlumatına görə, Aşqabaddan Seula birbaşa uçuşların sayı həftədə birdən ikiyə, Milana isə ikidən üçə çatdırılacaq.
Həmçinin portaldan bildirib ki, Aşqabad–Kazan marşrutu üzrə müntəzəm uçuşların sayı həftədə dörddən altıya, İstanbula isə 12-dən 13-ə artırılacaq.
Yenilənmiş cədvəl Aşqabad Beynəlxalq Hava Limanına geri dönüş uçuşlarını da əhatə edir. Dəyişikliklər artan sərnişin tələbatını qarşılamağa və Türkmənistanın beynəlxalq hava nəqliyyatı şəbəkəsinə inteqrasiyasını gücləndirməyə yönəlib.
Bununla belə, bütün istiqamətlər üzrə uçuşların sayı artırılmır. Türkmənistan mediasının məlumatına görə, Yeni Dehliyə həftəlik reyslərin sayının üçdən ikiyə azaldılması gözlənilir.
Pekin, Banqkok, Kuala-Lumpur, London və Frankfurta həftəlik reyslərin sayı isə dəyişməyəcək.
Türkmənistan daha çox beynəlxalq aviaşirkət cəlb etmək və hava yükdaşımalarını inkişaf etdirmək üçün hava limanı infrastrukturuna sərmayə yatırır.
Avqustda “Air Belgium” aviaşirkəti Aşqabad Beynəlxalq Hava Limanına ilk yük reysini həyata keçirib. Bu, ölkənin Asiya ilə Avropanı birləşdirən yükdaşıma mərkəzinə çevrilmək istiqamətində atdığı növbəti addım olub.
Mərkəzi Asiyanın digər ölkələri də beynəlxalq hava əlaqələrini genişləndirmək üçün addımlar atır. Qazaxıstan və Özbəkistan bu sahədə fəaliyyətini genişləndirir, Tacikistan isə Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlığı gücləndirməyə çalışır.
Bu ayın əvvəlində Tacikistan parlamentinin aşağı palatası Birləşmiş Ərəb Əmirlikləri ilə hava nəqliyyatı haqqında sazişi təsdiqləyib.
Sazişin iki ölkə arasında əlavə uçuşlara şərait yaradacağı və Tacikistanın beynəlxalq hava əlaqələrinin inkişafına töhfə verəcəyi gözlənilir.
Polşanın Krakov şəhərinin mərkəzi meydanında silahlı hücum nəticəsində azı 6 nəfər həlak olub, 15 nəfər yaralanıb. Bu barədə Polşa rəsmiləri məlumat veriblər.
Azərbaycan, ABŞ və Ermənistan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsini sürətləndirmək üçün üçtərəfli texniki işçi qruplarının fəaliyyətinə başlayıblar. Bu, 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmaların icrasında növbəti addımdır.
Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı Xankəndidə Zəfər tağını ziyarət edərək önünə əklil qoyub.
Yeni Zelandiyada keçirilən parlament seçkilərində hakim sağ-mərkəzçi Milli Partiya müxalifətdəki Leyboristlər Partiyasını cüzi fərqlə qabaqlayır. İlkin proqnozlara görə, hazırkı üçpartiyalı hakim koalisiya iqtidarda qala bilər.
Azərbaycanda noyabrın 8-də Zəfər Gününün altıncı ildönümü qeyd olunur. Bu əlamətdar tarix 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi ilə bağlıdır.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) noyabrın 8-də ABŞ-nin silah və sanksiyalarla məhdudlaşdırılan digər materialların daşınmasının qarşısını almaq üçün başlatdığı yeni əməliyyatın nəticə verməyəcəyini bildirib.
Polşada Krakov şəhərində altı nəfərin ölümü ilə nəticələnən kütləvi atışmadan sonra noyabrın 8-də ölkə üzrə ikigünlük matəm elan edilib. Polis hadisə ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib.
Türkiyənin Antalya şəhərində noyabrın 9-da başlayacaq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) ərəfəsində təhlükəsizlik tədbirləri gücləndirilib.
Rusiyanın noyabrın 8-nə keçən gecə Ukraynanın Dnepropetrovsk vilayətinin enerji infrastrukturuna endirdiyi zərbələr nəticəsində 600 mindən çox sakin elektrik enerjisiz qalıb. Bu barədə Ukraynanın DTEK enerji şirkəti məlumat yayıb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi və Yəməndə husilərə qarşı döyüşən koalisiya noyabrın 8-də İranın dəstəklədiyi qruplaşmanın Ər-Riyad istiqamətində atdığı iki ballistik raketin havada vurularaq məhv edildiyini açıqlayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın