canlı Tramp APEC sammitində Putinlə üçtərəfli danışıqlardan öncə Si Cinpinlə görüşəcək
ABŞ Prezidenti Donald Tramp Çinin Şencen şəhərində keçirilən APEC sammitində iştirak edir. Onun əvvəlcə Çin Xalq Respublikasının Sədri Si Cinpinlə...
BMT müstəntiqləri bildiriblər ki, Sudanda döyüşən tərəflərə xaricdən silah, hərbi texnologiya və döyüşçülərin göndərilməsi müharibənin davam etməsinə və daha da şiddətlənməsinə səbəb olur.
BMT-nin Sudan üzrə müstəqil beynəlxalq faktaraşdırma missiyasının üzvləri oktyabrın 28-də Nyu-Yorkda, BMT-nin mənzil-qərargahında araşdırmalarının nəticələrini təqdim ediblər. Onlar beynəlxalq ictimaiyyəti daha qətiyyətli tədbirlər görməyə, o cümlədən silah embarqosunun əhatə dairəsini genişləndirməyə çağırıblar.
Sudan ordusunu və hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələrini (RSF) kimin silahlandırdığı barədə suala cavab verən missiyanın rəhbəri Məhəmməd Çande Osman bildirib ki, müstəntiqlər silah tədarükü və xarici döyüşçülərin təlimi ilə məşğul olan transsərhəd şəbəkə müəyyən ediblər.
BMT-nin məlumatına görə, şəbəkəyə Çadda, Liviyanın cənub-şərqində, Somalinin Puntland bölgəsində və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən şəxslər və təşkilatlar daxildir.
Osman bildirib ki, mülki əhali üçün ağır nəticələri nəzərə alaraq missiya həmin ölkələri öz ərazilərində silah və döyüşçü göndərilməsi ilə bağlı fəaliyyətlərə nəzarəti gücləndirməyə çağırır.
O vurğulayıb ki, araşdırmanın indiki mərhələsində həmin ölkələrin hökumətlərinin prosesdə iştirak etdiyinə dair nəticəyə gəlinməyib.
Missiyanın üzvü Mona Rişmavi bildirib ki, müharibə edən hər iki tərəf və onların dəstəkçiləri faktiki olaraq 56 milyon əhalisi olan bir ölkəni məhv edirlər.
“Bunu yadda saxlamaq çox vacibdir”, – o deyib.
Rişmavi əlavə edib ki, əvvəlki münaqişələr zamanı törədilmiş cinayətlərə görə məsul şəxslərin cəzalandırılmaması hazırkı zorakılıqları daha da artırır.
Missiyanın məlumatına görə, Sudanın mərkəzində yerləşən strateji əhəmiyyətli Əl-Übeyd şəhərində mülki əhali ciddi təhlükə ilə üz-üzədir. Buna səbəb şəhərin hələ də qismən RSF qüvvələri tərəfindən mühasirədə saxlanılmasıdır.
Hesabata əsasən, RSF-yə aid edilən pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar nəticəsində məktəblərə və məcburi köçkünlərin məskunlaşdığı ərazilərə ziyan dəyib, səhiyyə xidmətlərinə, elektrik enerjisinə və suya çıxış məhdudlaşıb.
Missiya həmçinin müəyyən edib ki, Sudan Silahlı Qüvvələri ilə əlaqəli təhlükəsizlik qüvvələri nəzarət tədbirlərini və əsassız həbsləri artıraraq mülki əhalinin azadlıqlarını daha da məhdudlaşdırıblar.
Osman son döyüşlərin münaqişənin daha təhlükəli mərhələyə keçdiyini göstərdiyini bildirib.
BMT Təhlükəsizlik Şurası 2004-cü ildən Sudanın Darfur bölgəsinə silah embarqosu tətbiq edir. Lakin bu məhdudiyyət ölkənin digər ərazilərinə şamil olunmur. BMT Təhlükəsizlik Şurasının üzvləri sentyabrda və oktyabrın əvvəlində embarqonun bütün Sudan ərazisinə şamil olunması barədə razılığa gələ bilməyiblər.
Bu qərarlar barədə suala cavab verən missiya üzvü Coy Nqozi Ezeylo bildirib ki, hesabatda nəzarət tədbirlərinin və əsassız saxlanılmaların vətəndaş cəmiyyətini necə müdafiəsiz vəziyyətə saldığı sənədləşdirilib.
Missiya həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin Sudandakı münaqişə ilə bağlı səlahiyyətlərinin Darfur bölgəsi ilə məhdudlaşmayaraq bütün ölkəni əhatə etməsini dəstəkləyir. Hazırda məhkəmənin Sudanla bağlı yurisdiksiyası BMT Təhlükəsizlik Şurasının 2005-ci ildə qəbul etdiyi və yalnız Darfur bölgəsini əhatə edən qərarına əsaslanır.
Sudan ordusu ilə RSF arasında müharibə 2023-cü ilin aprelində başlayıb. Sudan ordusu ilə RSF-nin vahid hərbi strukturda birləşdirilməsi planı ətrafında yaranan fikir ayrılıqları silahlı qarşıdurmaya çevrilib.
Müharibə nəticəsində on minlərlə insan həlak olub, təxminən 13 milyon nəfər isə yaşadığı yeri tərk etmək məcburiyyətində qalıb. Bu, dünyada ən böyük məcburi köçkünlük böhranlarından biridir. Aclıq şəraiti daha geniş ərazilərə yayılıb. Humanitar təşkilatlar vəziyyətin pisləşməkdə davam etdiyini bildirirlər.
BMT müstəntiqləri müharibəyə xarici müdaxilə ilə bağlı araşdırmaların davam etdiyini, silah və döyüşçü axınının qarşısının alınması üçün beynəlxalq nəzarətin gücləndirilməsinin vacibliyini diqqətə çatdırırlar.
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-də Manilada Filippin Prezidenti Ferdinand Markosla görüşür. Onun daha sonra Çində Si Cinpin və Vladimir Putinlə danışıqlar aparması planlaşdırılır.
Asiya-Sakit okean regionunun liderləri Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü sammiti üçün Çinin cənubundakı Şencen şəhərində toplaşırlar. Sammitdə əsas diqqət ticarət, iqtisadi əməkdaşlıq və süni intellekt məsələlərinə yönəlib.
AnewZ-un 17 noyabr tarixli gündəlik icmalında beynəlxalq görüşlərin əsas məqamlarına nəzər salırıq. İslamabadda ticarət, Manilada dəniz təhlükəsizliyi, Çində böyük dövlətlərin münasibətləri, Türkiyədə iqlim maliyyəsi, Brüsseldə isə Ukraynanın təhlükəsizliyi müzakirə olunur.
ABŞ ilə Rusiyanın mümkün sövdələşmə üçün şərtlər formalaşdırması Ukraynanın başı üzərində kəskin bir qılınc kimi asılıb.
ABŞ Prezidenti Donald Tramp Filippinin paytaxtı Manilada keçirilən ASEAN-ın 49-cu sammitində iştirak etmək üçün ölkəyə gedib. Dünya liderlərinin görüşündə ticarət, regional təhlükəsizlik və Çinlə münasibətlərdə yaranan gərginlik əsas müzakirə mövzularıdır.
ABŞ Prezidenti Donald Tramp Çinin Şencen şəhərində keçirilən APEC sammitində iştirak edir. Onun əvvəlcə Çin Xalq Respublikasının Sədri Si Cinpinlə ikitərəfli, daha sonra isə Rusiya Prezidenti Vladimir Putinin də iştirak edəcəyi üçtərəfli görüş keçirməsi gözlənilir.
Səudiyyə Ərəbistanı Yəməndəki husilərə qarşı hərbi əməliyyatların daha altı ay davam edə biləcəyini gözləyir. Ər-Riyad sülh danışıqlarına başlamazdan əvvəl Yəməndəki müttəfiqlərinin yeni əraziləri ələ keçirməsinə çalışır. Bu arada husilərin ölkəyə hücumları gündəlik həyata ciddi təsir göstərir.
Çinin cənubundakı Şencen şəhərində noyabrın 18–19-da Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü liderlər sammiti keçirilir. Tədbirdə artan qlobal gərginlik fonunda ticarət, texnologiya və regional əməkdaşlıq məsələləri müzakirə olunur.
Ukraynanın Rusiyanın işğalı altında olan Krım yarımadasını Rusiya ilə birləşdirən Kerç körpüsünün bir hissəsini dağıtmasından bir gün sonra, noyabrın 18-də Rusiya və Ukraynada infrastruktur obyektlərinə yeni hücumlar olub.
“Syrian Airlines” aviaşirkəti Bəşər Əsəd hakimiyyətinin 2024-cü ilin dekabrında süqutundan təxminən iki il sonra Hələb və Moskva arasında birbaşa uçuşları bərpa edib. İlk reys noyabrın 18-də Hələbdən yola düşüb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın