İspaniyada azı 68 nəfərin öldüyü qatar qəzasından sonra hökumət əleyhinə etirazlar başlayıb

İspaniyada azı 68 nəfərin öldüyü qatar qəzasından sonra hökumət əleyhinə etirazlar başlayıb
Reuters

İspaniyanın paytaxtı Madriddə azı 68 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən qatar qəzasından sonra hökumətin istefasını tələb edən etirazçılarla polis arasında qarşıdurma baş verib.

Təxminən 500 nəfər Nəqliyyat Nazirliyinin binası qarşısına toplaşaraq qəzaya görə məsuliyyət tələb edib. Etirazçılardan bəziləri polisə şüşə butulkalar və fişənglər atıblar.

Nümayişçilərin daşıdığı pankartda “78-ci il rejiminin hakimiyyətdəki cinayətkarları” yazılıb.

Polis etirazçıları avtomobil yolundan uzaqlaşdırmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Məlumata görə, qarşıdurma zamanı heç kim saxlanılmayıb və xəsarət almayıb.

Qəza oktyabrın 28-də yerli vaxtla saat 09:00 radələrində yüksəksürətli sərnişin qatarının dayanmış qatara çırpılması nəticəsində baş verib.

Məlumata görə, toqquşma zamanı iki qatarda 500-dən çox sərnişin olub. Sağ qalanlar vaqonlardan çıxmaq üçün pəncərələri sındırmalı olduqlarını deyiblər.

İspaniyanın CSIF həmkarlar ittifaqı da nəqliyyat naziri Oskar Puentenin istefasını tələb edib. Təşkilat naziri Qəzaya görə məsuliyyəti üzərinə götürmək əvəzinə, günahı qatarların hərəkətini idarə edən şəxsə yönəltməkdə ittiham edib.

Qəza yerinin yaxınlığından televiziya vasitəsilə çıxış edən Baş nazir Pedro Sançes bütün İspaniyanın yas içində olduğunu bildirib. Müxalifətdəki Xalq Partiyası həmin günə planlaşdırılan siyasi kampaniya tədbirlərini ləğv edib.

Sançes yüksəksürətli dəmir yolu sisteminə etimadın bərpasının vacibliyini vurğulayaraq eyni ildə iki belə qəzanın baş verməsini qəbuledilməz adlandırıb.

Kastiliya-La-Mança regional televiziyasının yayımladığı görüntülərdə relsdən çıxmış qatarın ən azı bir vaqonunun dəmir yolunun hündürdə yerləşən hissəsində qaldığı, əyilmiş metal parçaları və digər qalıqların isə aşağıdakı yamaca səpələndiyi görünür.

Teqlər