Zəfər Günündə Qarabağda Azərbaycan–Türkiyə həmrəyliyi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Zəfər Günü münasibətilə Azərbaycana səfər edib. Səfər çərçivəsində iki ölkə liderinin görüşləri...
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi sağçı blok parlament seçkilərində gözləniləndən daha yaxşı nəticə göstərsə də, çoxluq qazana bilməyib. Netanyahunun isə yeni hökumət formalaşana qədər vəzifəsində qalacağı gözlənilir.
Səslərin təxminən 86 faizi hesablanıb. İsrailin üç aparıcı telekanalının proqnozuna görə, Netanyahunun sağçı, ifrat sağçı və ultraortodoks partiyalardan ibarət bloku 120 yerlik parlamentdə 53, müxalifət lideri Qadi Ayzenkotun bloku isə 48 mandat qazana bilər.
İsraildəki ərəb əhalini təmsil edən partiyaların rekord sayda – 19 mandat qazanacağı proqnozlaşdırılır. Onların dəstəyi yeni hökumətin qurulmasında həlledici ola bilər.
Ərəb partiyalarının dəstəyi olmadan Ayzenkotun hökumət qurması çətin görünür. Lakin bir çox yəhudi siyasi lider bu partiyalarla əməkdaşlığa tərəddüd edir.
Səslərin hesablanması davam etdiyindən nəticələr hələlik ilkin xarakter daşıyır. Mərkəz-soldan ifrat sağa qədər müxtəlif partiyaları birləşdirən Ayzenkotun müxalifət bloku gözləntiləri doğrultmayıb. Halbuki seçkiqabağı sorğular tərəflər arasında gərgin rəqabətdən xəbər verirdi.
Koalisiya danışıqları nəticəsiz qalarsa, Netanyahu gələn il keçiriləcək növbəti seçkilərə qədər vəzifəsində qala bilər.
İsrail qanunvericiliyinə əsasən, müvəqqəti hökumət seçilmiş hökumətlə formal olaraq eyni səlahiyyətlərə malikdir. Lakin hüquqşünasların fikrincə, belə hökumət öz mülahizəsinə əsaslanan qərarlarda daha təmkinli davranmalıdır. Bu, milli təhlükəsizlik və İranla davam edən münaqişə ilə bağlı qərarlara da aiddir.
Netanyahu rəhbərlik etdiyi Likud partiyasının tərəfdarları qarşısında çıxış edərək güclü sağçı milli hökumət qurmağa çağırıb. O, İsrailin hərbi əməliyyatlarına toxunaraq ABŞ Prezidenti Donald Trampla İrana qarşı yenidən birgə addımlar atılmasının mümkünlüyündən danışıb.
Netanyahu mövcud vəziyyəti İsrail və ABŞ üçün misilsiz tarixi fürsət adlandırıb. Onun fikrincə, bu, özünün “İran təhlükəsi” adlandırdığı amili birdəfəlik aradan qaldırmaq üçün fürsətdir.
Seçkilərdən əvvəl israilli seçiciləri Netanyahunu dəstəkləməyə açıq şəkildə çağıran Tramp onun seçki nəticəsini yüksək qiymətləndirib. ABŞ Prezidenti Netanyahunun çox yaxşı nəticə göstərdiyini bildirib və öz dəstəyinin ona çox kömək etdiyini iddia edib.
Ayzenkot Netanyahunun baş nazir vəzifəsini müvəqqəti icra etməyə davam edəcəyini qəbul etsə də, milli təhlükəsizlik məsələlərindən siyasi məqsədlərlə istifadə oluna biləcəyi barədə xəbərdarlıq edib.
“Təhlükəsizlik qurumlarının və dövlət xidmətinin rəhbərlərinə müraciət edirəm: Netanyahu xalqın etimadına və mandatına malik olmayan müvəqqəti Baş nazirdir. Sizə qarşı yönələn istənilən cəhd qarşısında qətiyyətli olun”, – deyə Ayzenkot bildirib.
Netanyahunun ofisi daha əvvəl onun İranla münaqişədən siyasi qazanc əldə etmək üçün istifadə etməsi barədə ittihamları rədd edib. Son açıqlamalarla bağlı şərh sorğusuna isə cavab verməyib.
Parlamentdə çoxluğa malik olmayan müvəqqəti hökumətin fəaliyyətini davam etdirməsi ehtimalı İsrailin maliyyə bazarlarına da mənfi təsir göstərib.
İsrail şekeli ABŞ dollarına qarşı təxminən 1,6 faiz ucuzlaşaraq bir dollar üçün 3,10 şekel səviyyəsinə düşüb. Tel-Əviv fond birjasının əsas TA-35 və TA-125 indeksləri isə 3 faizdən çox geriləyib.
Koalisiya danışıqlarının nəticəsi Netanyahunun daha bir müddət hakimiyyətdə qalacağını, yaxud ölkədə yenidən seçki keçiriləcəyini müəyyən edəcək.
Polşanın Krakov şəhərinin mərkəzi meydanında silahlı hücum nəticəsində azı 6 nəfər həlak olub, 15 nəfər yaralanıb. Bu barədə Polşa rəsmiləri məlumat veriblər.
Azərbaycan, ABŞ və Ermənistan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsini sürətləndirmək üçün üçtərəfli texniki işçi qruplarının fəaliyyətinə başlayıblar. Bu, 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmaların icrasında növbəti addımdır.
Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı Xankəndidə Zəfər tağını ziyarət edərək önünə əklil qoyub.
Azərbaycanda noyabrın 8-də Zəfər Gününün altıncı ildönümü qeyd olunur. Bu əlamətdar tarix 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi ilə bağlıdır.
Yeni Zelandiyada keçirilən parlament seçkilərində hakim sağ-mərkəzçi Milli Partiya müxalifətdəki Leyboristlər Partiyasını cüzi fərqlə qabaqlayır. İlkin proqnozlara görə, hazırkı üçpartiyalı hakim koalisiya iqtidarda qala bilər.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) noyabrın 8-də ABŞ-nin silah və sanksiyalarla məhdudlaşdırılan digər materialların daşınmasının qarşısını almaq üçün başlatdığı yeni əməliyyatın nəticə verməyəcəyini bildirib.
Polşada Krakov şəhərində altı nəfərin ölümü ilə nəticələnən kütləvi atışmadan sonra noyabrın 8-də ölkə üzrə ikigünlük matəm elan edilib. Polis hadisə ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib.
Türkiyənin Antalya şəhərində noyabrın 9-da başlayacaq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) ərəfəsində təhlükəsizlik tədbirləri gücləndirilib.
Rusiyanın noyabrın 8-nə keçən gecə Ukraynanın Dnepropetrovsk vilayətinin enerji infrastrukturuna endirdiyi zərbələr nəticəsində 600 mindən çox sakin elektrik enerjisiz qalıb. Bu barədə Ukraynanın DTEK enerji şirkəti məlumat yayıb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi və Yəməndə husilərə qarşı döyüşən koalisiya noyabrın 8-də İranın dəstəklədiyi qruplaşmanın Ər-Riyad istiqamətində atdığı iki ballistik raketin havada vurularaq məhv edildiyini açıqlayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın